Qadınları öldürən "kişi xəstəliyi": "Bu əlamətlə varsa, həkimə gedin"

Qadınları öldürən "kişi xəstəliyi": "Bu əlamətlə varsa, həkimə gedin"Qadınlar infarkt və ürək xəstəliklərinə daha meyillidirlər. Eyni zamanda qadınların yaşadığı infarkt sinə ağrısı şikayəti ilə özünü göstərmir.

Trend Sputnik-ə istinadən xəbər verir ki, ürək xəstəlikləri daha çox "kişi xəstəliyi" olaraq qəbul edilsə də, ürək xəstəlikləri qadınlar üçün bir nömrəli ölüm səbəbidir. 80-ci illərdən bu günə qədər infarkt hallarının azalması müşahidə edilsə də, 50-60 yaşlı qadınlarda bu hal getdikcə artır.

Belə ki, kişilərdə infarkt sonrası ölüm halları 36 faiz olduğu halda, qadınlarda bu rəqəm 47 faiz təşkil edir. Mütəxəssislərə görə, hamiləlik və digər metabolik problemlər qadınlarda damar tutulmalarına səbəb ola bilir.

Buna görə də qadınların ürək-damar xəstəlikləri ilə əlaqəli tez-tez müayinələrdn keçməsi məsləhət görülür. Hamiləlik zamanı təzyiq ürək xəstəliyini 6 dəfə, diabet riskini isə 3 dəfə artırır. Bu risk doğuşdan 10 il sonra belə ortaya çıxa bilər.

Qadınlarda infarkt özünü nəfəs çatışmazlığı, yorğunluq, çənə və ya dişlərdə ağrı, qollarda ağırlıq hissi və həzmsizlik problemi ilə büruzə verir. Qadınlar anidən gələn yorğunluq, sinə üzərində ağırlıq, mədə ağrısı, boyun, kürək, çənə, sağ qol və sağ çiyində ağrı, ani soyuq tərləmə halları yaşayırlarsa, mütləq həkimə müraciət etməlidirlər.

ABŞ mütəxəssisləri iddia edirlər ki, qadınlarda ürək xəstəlikləri və infarkt riskinin çox olması onların damarlarının daha nazik, ürək damarlarının isə dar və uzun olması ilə bağlıdır.

Qadınların infarkt səbəbləri belədir: qadınların ürəyi daha kiçikdir, ürəyin atış sayı az, nəbz sayı yüksəkdir və menstruasiya dövründə qan laxtalanması elektrokardioloji problemlərə yol açır.

Mütəxəssislər qadınlara 40 yaşından sonra tez-tez həkim müayinəsini də məsləhət görürlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3852   Tarix: 22 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021
.

Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO

Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik

9 sentyabr 2021
.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021
.

Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI

Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictima

12 sentyabr 2021
.

Qızdırma yaradan yeni virus aşkarlanıb

Rusiyanın "Vektor" mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər. Yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə "manych" adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən "Krım-Konqo hemorragik qızdırması"

10 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021
.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021