"Bizim həmkarlar son zamanlar aztəminatlı təbəqəyə çevriliblər" - İlham Quliyev - VİDEOMÜSAHİBƏ
"Dövlət tərəfindən 2 bina inşa olundu və orada 400-ə yaxın jurnalist evlə təmin edildi. Düşünürəm ki, bizim çox təəssüf ki, aztəminatlı təbəqəyə çevrilmiş jurnalistlərin mənzil problemlərinin həll olunması ilə bağlı yaxşı nümunə oldu. Amma sonradan təəssüf ki, bu istiqamət dəyişdirildi və jurnalistlərimiz üçün başqa variantlar təqdim olunmağa başladı".
Bu sözləri "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev Sonxeber.az-a müsahibəsində jurnalistlərin mənzil təminatının yaxşılaşdırılmasına dair fikirlər səsləndirərkən qeyd edib.
O, bildirib ki, bu istiqamətdə böyük problemlər var:
"Bunlardan biri jurnalistlərin sosial ipoteka almaq imkanlarının yaradılmasıdır. Bu əslində uzunmüddətli perspektivdə jurnalistlərə daha ədalətli formada yararlanmaq imkanı verir. Bunun üçün jurnalistlərin yaxşı əməkhaqqı olmalıdır ki, ilkin ödənişi formalaşdırsınlar və banklar onalara ipoteka kreditlərini verə bilsinlər. Bundan əlavə onlar həmin krediti ödəməklə bərabər, həm də öz gündəlik təlabatlarını da ödəyə bilsinlər. Bu sahədə böyük problemlər var. Təəssüf ki, bu barədə çox danışılmır amma, bizim həmkarlar son zamanlar aztəminatlı təbəqəyə çevriliblər. Kənardan bu iş çox bər-bəzəkli görünür, baxanlar elə bilir ki, bunlar "qaz vurub, qazan doldurur", amma çox təəssüf ki, burada əməkhaqqı ürəkaçan deyil. Texniki heyətdən tutmuş, yaradıcı heyətə qədər əməkhaqqıları çox aşağıdır. Bunun nəticəsidir ki, adi dil bilikləri olan jurnalistlər bir neçə ildən sonra bu sahədən gedirlər. Çünki başqa sahələrdə onlara daha yaxşı əməkhaqqı ilə iş təklifi gəlir və onlar seçimi digər sahələrin xeyrinə etməyə məcbur qalırlar. Bu səbəbdən düşünürəm ki, biz jurnalistikada əməyin qiymətləndirilməsi məsələsinə çox təcili olaraq baxılmalıyıq".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya