"Azərbaycan COP29 keçirilməsinin də öhdəsindən layiqincə gələcək" - Şahin Seyidzadə ilə MÜSAHİBƏ

"Azərbaycan COP29 keçirilməsinin də öhdəsindən layiqincə gələcək" - Şahin Seyidzadə ilə MÜSAHİBƏDeputat Şahin Seyidzadə Sonxeber.az-ın suallarını cavablandırıb.

- 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror əməliyyatları tək ərazi bütövlüyümüzü deyil, həm də suverenliyimizi bərpa etdik. İstərdik ilk olaraq bu barədə danışaq.

- Son illər ərzində ölkəmizin həyatında müsbətə doğru çox dəyişikliklər, hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında 1 günlük antiterror hərbi əməliyyat nəticəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan tarixi ərazi bütövlüyünü, suverenliyini bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Tarixi qələbənin əldə olunmasında, suverenliyimizin bərasında əsas amil xalqımızın birliyi, həmrəyliyi eləcə də, öz dövlətinə və onun rəhbərinə sonsuz inamı, arxalanması oldu. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etdi.

Ali Baş Komandan, Prezident cənab İlham Əliyev münaqişə ilə bağlı bütün çıxışlarında dönə-dönə vurğulayırdı ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq. Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü, tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına uyğun deyil, bu istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilər. Bizə isə tam, mütləq qələbə lazım idi.

2023-cü il sentyabrın 19-da Qarabağda apardığı, separatçı Dağlıq Qarabağ Respublikasının ləğvi ilə nəticələnən birgünlük hərbi əməliyyatlarından sonra ölkənin ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini bəyan etdi.Ümumiyyətlə, 2023-ci ilin 20 sentyabrına qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Hesab etmək olar ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq. Artıq bu gün digər ölkələr suverenliyini öz gücü, öz ordusu hesabına tam bərpa etmiş ölkə kimi bizim nümunəmizdən faydalanırlar. Bəli, xalqımız bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Əlbəttə, hamımız xoşbəxtik ki, biz bu tarixi günləri gördük, yaşadıq və bu tarixi Zəfər Azərbaycan xalqının, dövlətinin tarixində əbədi qalacaqdır.

- Bu gün qarşıya qoyduğumuz hədəflərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Necə ki, 30 il ərzində ölkəmizə qarşı ikili standartlar sərgiləyən təşkilatlar və dövlət bu gün dəhlizin açılmasına maneə yaradır. Xüsusilə də Fransa, ABŞ və digərləri.

- Azərbaycan xalqının Vətən müharibəsində qazandığı ən mühüm, tarixi nailiyyətlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. İqtisadi inkişaf mərhələsinin vacib amili olan Zəngəzur dəhlizi, türk dünyası ölkələrinin iqtisadi birliyi üçün yeni imkanlar yaradacaq, region ölkələrinin maraqlarına tam cavab verərək regionda nəqliyyat kommunikasiyalarının açılması ilə qarşılıqlı dialoq, etimad mühiti formalaşdıracaqdır. 10 noyabr Bəyanatı bu dəhlizin açılmasına hüquqi əsas verir və bu ideyanın reallaşması çox uzaqda deyil.

Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsində mühüm yeniliklər yaradacaq. Bu baxımdan ölkə başçımızın dediyi kimi, Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Yerləşdiyi regionun lider dövlətinə çevrilən, irimiqyaslı, beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və icraçısı olan Azərbaycanın dayanıqlı inkişafı, 5-ci nəsil silahlarla silahlanmış güclü orduya sahib olması və bütün bunların fonunda artan nüfuzu bəzi ermənipərəst ölkələrin dincliyini əlindən alıb. Artıq 3 ilə yaxındır ki, Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə qəbul olunması, dünya ölkələri ilə əlaqələrin daha da şaxələnməsi və ölkəmizin etibarlı tərəfdaş imici qazanması Fransa, İran, Hindistan kimi ölkələri narahat edir. Cənubi Qafqazda münaqişənin davam etməsi üçün bu dövlətlər Ermənistanın Azərbaycana düşmənçilik mövqeyindən istifadə edirlər.

Ermənistana hərbi, iqtisadi, siyasi yardımlar göstərən İran Vətən müharibəsindəki qələbəmizdən sonra ölkəmizə qarşı qərəzli münasibətini nümayişkaranə şəkildə göstərdi. Belə ki, Azərbaycan sərhədlərinə yaxın ərazidə genişmiqyaslı hərbi təlimlər keçirməsi, Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab etməsi ilə açıq-aşkar təcavüzkar ölkənin yanında olduğunu sübut etdi. Vaxtilə özünü Azərbaycana dost və tərəfdaş adlandıran cənub qonşumuzun dövlətimizin milli maraqlarına zidd, terrorizmə, işğalçılığa, revanşizmə meyilli olan Ermənistana himayədarlıq etməsi bunu deməyə əsas verir. İran rəsmilərinin Ermənistana mütəmadi səfərləri, Qafan rayonunda İran konsulluğunun açılması, iki ölkənin bir-birinə dostluq, qardaşlıq mesajları, ölkəmizin ünvanına ittihamlar səsləndirməsi İran-Azərbaycan münasibətlərini gərginləşdirməklə bərabər, həm də region dövlətləri arasında ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə mənfi təsir göstərir.

30 il davam edən Qarabağ münaqişəsi zamanı ölkəmizə qarşı ikili münasibət bəsləyən, ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri kimi yaranmış vəziyyəti sülh yolu ilə həll etmək, münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, münaqişənin həllinə imkan verməyən Fransa 44 günlük İkinci Qarabağ müharibəsindən sonra öz mövqeyini daha açıq şəkildə bildirdi. Bu müstəmləkəçi ölkə qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış edərək Azərbaycanın Ermənistana qarşı dəhşətli müharibə apardığını bəyan etdi. Fransa Senatının və Milli Assambleyasının ölkəmizin əleyhinə qərəzli, "Azərbaycan və digər regional aktorların Ermənistanın müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmasını", "Fransa hökumətindən Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin olunmasını", "Ermənistana humanitar yardımın artırılmasını " və s. bu kimi tələblərin irəli sürüldüyü qətnamə qəbul etməsi, Beynəlxalq Frankofoniya Təşkilatının Tunisin Cebra şəhərində keçirilən XVIII sammitində təşkilata üzv dövlətlərin ölkəmizə qarşı aqressiv mövqe nümayiş etdirməsi Makronun bu istiqamətdə fəal iş apardığının göstəricisidir. Haqqı, ədaləti bərpa edən, müstəqilliyini, suverenliyini qoruyan, erməni vandallarından ərazilərini təmizləyən Azərbaycanı işğalçı adlandıran bu dövlət ozünün tayı olan Ermənistanın ölkəmizin sülh təklifini qəbul etməsinə hər vəchlə mane olur, onun yanında olduğunu, müdafiəsində dayandığını nümayiş etdirir.

İrandan sonra Gorusda konsulluq açmaq istəyi ilə Fransa bir daha Zəngəzur dəhlizinin açılmasının, dolayısı ilə isə sülh müqaviləsinin imzalanmasının əleyhinə olduğunu göstərir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, sülh müqaviləsinin imzalanmasına ciddi səylər göstərildiyi bir vaxtda Fransanın bu addımı bütövlükdə Cənubi Qafqazda əmin-amanlığı, sülhü təhdid etməkdir.

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh razılaşması əldə etmək üçün səylərini dəstəklədiyini vurğulasa da bu istiqamətdə heçbir əsaslı addım atılmamışdır. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Senatda çıxışı zamanı regionda kommunikasiyaların açılmasının vacibliyini gündəmə gətirib. Onun səsləndirdiyi fikirlərdən bəlli olur ki, ABŞ Zəngəzur dəhlizinin mümkün qədər tez işə düşməsini istəyir. Bunun üçün rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında ən qısa vaxtda sülh müqaviləsinin imzalanmasının zəruriliyini də qəbul edir. Sülh sazişinin niyə vacib olmasına gəlincə, O’Brayn bunun səbəblərindən biri kimi Orta Asiya ölkələrinin resurslarının dünya bazarlarına Azərbaycan və Ermənistan ərazisindən quru yolla çıxmaq imkanını qeyd edib.

Qeyd edilməlidir ki, Cənubi Qafqaz regionuna son səfəri zamanı da Ceyms O’Brayn analoji mövqe ifadə etmişdi. Lakin, istər İran, Fransa, Rusiya, yaxud da hər hansı bir dövlətin Zəngəzurda konsulluq açması Azərbaycanı öz mövqeyindən döndərməyəcək. Zəngəzur dəhlizinin açılması mütləqdir. Ermənistan və digər dövlətlər, beynəlxalq qurumlar bunu istəsə də, istəməsə də biz Azərbaycan dövləti olaraq ortaya güclü iradə qoymuşuq. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır".

- Sülh müqaviləsinin imzalanmasına dair müzakirələr aparıldığı bir zamanda Ermənistan humanitar yardımlar adı altında silahlandırılır. Bunun nəticəsində Ermənistan silahlı qüvvələri Naxçıvan və digər istiqamətlərdə təxribatlarını davam etdirir. Bu təxribatlar Ermənistan üçün necə nəticələnə bilər?

- ABŞ Ermənistan ordusuna məsləhətçi qismində hərbi dəstək verir. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi ABŞ dövlət katibinin müavini Uzra Zeyin ABŞ ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində çalışacağına dair məlumata münasibət bildirərkən deyib. O açıq-aşkar bildirib ki, təkcə rəsmi Vaşinqton yox, digər tərəfdaşları da Ermənistan ordusuna qısamüddətli və uzunmüddətli razılaşmalar əsasında köməklik göstərməkdə davam edir. ABŞ-nin Ermənistan ordusuna təyin etdiyi nəzarətçi şəxsə Ermənistan Müdafiə Nazirliyindəki fəaliyyətinə görə ABŞ ödəniş edəcəyi də məlum olub. ABŞ ordusunun Ermənistan Müdafiə Nazirliyinə nümayəndəsini təyin etməklə Vaşinqton İrəvana təhlükəsizlik sektorunun idarə edilməsinin təkmilləşdirilməsində dəstək vermək niyyətindədir. Bu da öz növbəsində Ermənistan-Amerika münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək. Erməni hərbi ekspert Hayk Nahapetyan bildirib ki, Ermənistanın müdafiə naziri və Baş Qərargah rəisi həmin işçiyə hesabat verəcək: "Əgər işçinin vəzifə təlimatında "mülki" sözü yazılıbsa, bu, onun kəşfiyyat işləri aparmayacağı anlamına gəlmir. Məsələn, Aİ-nin Ermənistanda yerləşən müşahidəçilərinə də "mülki" sözü qeyd edilib, lakin onların hamısı xüsusi xidmət orqanlarının əməkdaşlarıdır". Nahapetyan amerikalı rəsminin Ermənistan ordusunda işlədiyinə görə ABŞ Dövlət Departamentindən maaş alacağına diqqət çəkib: "ABŞ ordusunun nümayəndəsi olsaydı, Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndəsi olsaydı, həmin struktur tərəfindən maliyyələşdirilərdi. ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir, Dövlət Departamenti isə ABŞ tərəfindən işğal olunmuş dövlətləri istismar və idarə edən bir qurumdur. Ciddi problemlər yaranacaq. Rusiya da bu təyinatın mənasını yaxşı anlayır".

Həmçinin Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edən, özünü sülhsevər, sülhə tərəfdar kimi göstərməyə çalışan Avropa Birliyi də Ermənistana hərbi dəstək göstərməkdə davam edir. Artıq 4 ilə yaxın bir vaxtdır ki, Ermənistana Avropa İttifaqı "monitorinq missiyası" adı altında hərbçilərdən ibarət kəşfiyyat qrupu göndərilməsini təmin edir. Hətta bu bəs deyilmiş kimi Avropa İttifaqı Sülh Fondu vasitəsilə humanitar dəstək qismində Ermənistana milyonlarla dollar hərbi sursat, vəsait göndərir. Sülh Fondu hansısa separatçı, terrorist bir ölkəyə hərbi dəstək göndərirsə demək onun məqsədi heç də sülh deyil. Qərb bir tərəfdən sülhdən və əməkdaşlıqdan danışırsa da, digər tərəfdən, Ermənistanı silahlandırır və yenidən müharibəyə hazırlayır və regionda yenidən gərginliyin yaranmasına təkan verməyə çalışır.

Dünyaca məşhur "Bloomberg" yazır ki, Fransa iqlim maliyyəsinə sərhədləri xaricində kifayət qədər vəsait ayırmayan ölkələr sırasındadır. Paris iqtisadi çətinlikləri əsas gətirərək beynəlxalq iqlim dəstəyinə məhdudiyyətlər tətbiq edir. Bu isə Emmanuel Makronun rəhbərliyi altında Fransanın qlobal problemlərin həllinə biganə münasibət sərgilədiyini göstərir. İqtisadi artımla bağlı nazirliklərin büdcəsi ixtisar edilərək 10 milyard avroya qənaət etməyə başlandığı da bildirir.

Bəs necə olur ki, Fransa digər ölkələrin daxili işlərinə qarışmaq, təxribat törətmək məqsədilə milyonlarla avro ayırmaq üçün vəsait tapır, amma bəşəriyyətin gələcəyi üçün vəsait xərcləyə bilmir. (Məsələn, Afrikadakı keçmiş müstəmləkələrdə baş verən hərəkatları yatırmaq və Ermənistana silah tədarükünü maliyyələşdirmək üçün vəsait ayırır). Bu faktlar göstərir ki, bəşəri ideallardan bəhs edən Fransa, əslində, gələcəyin ən mühüm problemlərinə etinasız yanaşmaqla müxtəlif adlar altında dünyada eləcə də Azərbaycanda sabitliyi pozmağa meyillidir.

Xüsusilə qərbdən humanitar yardım adı altında daimi hərbi dəstək alan Ermənistan isə son bir neçə ayda Naxçıvan istiqamətində artıq neçənci dəfədir ki, təxribat törədir. Avqustun 15-i saat 18:10 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub. Bundan təxminən 9 saat sonra Ermənistan Naxçıvana yenə də atəş açıb. Avqustun 16-sı saat 03:20 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Həmçinin atəş açmaqla yanaşı, Naxçıvanla sərhəddə vaxtaşırı təlimlər keçirirlər, ora qoşunlar cəmləşdirilib və s. Qeyd edək ki, hər dəfə silahlı bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Lakin Ermənistan bilməlidir ki, Muxtar respublikanın atəşə tutulması İrəvana baha başa gələ bilər. Qarabağda başı əzilən düşmən Naxçıvana "diş qıcamaqda" davam edərsə, növbəti dəfə dəmir yumruğun işə düşməsi qaçılmaz olacaqdır. Başqa sözlə, hazırda İrəvan hökumətinin apardığı siyasət, qarşısına qoyduğu xarici siyasi məqsədlər və nail olacaqları növbəti onilliklərdə həm Ermənistanın taleyinə təsir edəcək, həm də regionun ümumi geosiyasi mənzərəsini də müəyyənləşdirəcək faktorlardan olacaq.

- İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Qarabağa nələr qazandıracaq?

- "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün ən önəmli strateji istiqamətlər müəyyənləşdirilmişdir. Dövlət Proqramının ümumi qayəsini Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, regiona əhalinin geri qayıdışının təmin edilməsi, əhalinin rifah səviyyəsinin yüksəldilməsi və son nəticədə bölgənin tarazlı və dayanıqlı inkişafına nail olunması məqsədilə əlverişli mühitin yaradılması təşkil edir.

Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə yenidən qurulmasına, dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi inkişafın təmin olunmasına hədəflənmişdir. Artıq 2022-ci ildən etibarən keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə, öz ata-baba torpaqlarına "Böyük Qayıdış"ı başlanıb. 2023-cü ilin 19-20 sentyabrında 24 saatdan da az müddətdə davam etmiş lokal antiterror tədbirləri Qarabağın hər bir guşəsində dövlətimizin suverenliyinin tam təmin olunması ilə nəticələnib və bununla da qayıdış prosesinin coğrafiyasının genişləndirilməsinə şərait yaranıb. Hazırda Azərbaycan keçmiş məcburi köçkünlərin "Böyük Qayıdış" layihəsini uğurla həyata keçirməkdədir. "Böyük Qayıdış" proqramının ikinci mərhələsi isə üç fazadan ibarət olmaqla, 2026-2040-cı illəri əhatə edəcək və proses 2040-cı ilə qədər yekunlaşacaq.

Ərazilərin bərpası və əhalinin qayıdışına dair ölkə başçısının qarşıya qoyduğu hədəflər təhlükəsizlik, müasir yaşayış məntəqələrinin salınması, əhalinin dayanaqlı məskunlaşması, infrastrukturun qurulması, ərazilərin iqtisadi inkişafının dəstəklənməsi və ekoloji təmiz mühitin təmin edilməsi məsələləridir . Bölgədə iqtisadi inkişafın təmin olunması sahibkarlıq mühitinin formalaşması və daha da şaxələndirilməsi, sahibkarların güzəştli maliyyə və kredit resurslarına əlçatanlığının təmin olunması, həmçinin bölgədə fəaliyyət göstərəcək gömrük və vergi güzəştlərinin tətbiq edilməsi, xarici və yerli investorların bölgəyə cəlb edilməsi və həmin investisiyaların sığortalanması bizə deməyə əsas verir ki , həmin proqramın icrasından sonra bölgədə geniş iqtisadi inkişafa təkan veriləcək və iqtisadi fəaliyyət təmin ediləcəkdir. Bölgədə çalışan insanların işlə təmin olunması ümumilikdə Respublikada işsizliyin azaldılmasına yoxsulluğun aradan qaldırılmasına insanların rifah halının daha da yaxşılaşdırımasına və s. əhəmiyyətli təsir göstərəcəkdir.

44 günlük Vətən müharibəsinin başa çatmasından ötən müddət ərzində Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, bir çox ölkənin bacarmadığı nəhəng layihələri təkbaşına reallaşdırmağa qadirdir. Heç bir ölkədən yardım almadan viran edilmiş şəhər, qəsəbə və kəndlərə yeni nəfəs verməklə Azərbaycan qüdrətli dövlət olduğunu təsdiqləyir.

Azərbaycanın yalnız bir bölgəsini əhatə edən bu dövlət proqramının miqyası bir çox dünya dövlətlərinin bütövlükdə ölkə miqyasında qəbul etdikləri inkişaf proqramlarından daha əhatəli və hədəfyönümlüdür. Bu miqyasda yenidənqurma və inkişaf proqramının ölkənin öz daxili imkanları hesabına icra edilməsi isə bir çox ölkələr üçün əlçatmaz təcrübədir. Dövlət proqramı göstərir ki, yaxın gələcək növbəti illər üçün Qarabağ və Şərqi Zəngəzurda planlaşdırılan işlər tikinti və quruculuqla məhdudlaşmır. Tədbirlər planının əhəmiyyətli bir hissəsini dayanıqlı icmaların yaradılması, sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin və gələcəkdə məşğulluğun təmin edilməsi və.s kimi kompleks məqsədlərə söykənir.

Dövlət Proqramına əsasən 2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 280 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Proqram çərçivəsində 34500 mənzil və fərdi yaşayış evi inşa ediləcəkdir. 197 məktəbəqədər və ümumi təhsil müəssisəsinin, 8 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur. Sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin yaradılması və bu sahədə məşğulluğun artırılması "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. 2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 26 avtomobil yolu layihəsi başa çatdırılacaq. Geri qayıdan əhalinin dayanıqlı məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi Proqramın fəaliyyət istiqamətlərindən biridir.
"Azərbaycan COP29 keçirilməsinin də öhdəsindən layiqincə gələcək" - Şahin Seyidzadə ilə MÜSAHİBƏHazırda azad edilmiş ərazilərdə Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası", Zəngilanda "Dost Aqropark" və s. müəsissələr fəaliyyət göstərir. Proqram çərçivəsində ərazidə olimpiya İdman Komplekslərinin və Gənclər Evlərinin inşası da nəzərdə tutulub. Ərazilərdəki yaşayış məntəqələrində "ASAN Xidmət" və "DOST" mərkəzləri yaradılacaqdır. Ümumilikdə 49 Ailə Sağlamlıq Mərkəzi və 39 tibb məntəqəsi tikiləcək. İşğaldan azad edilmiş ərazilərə mərhələli formada ümumilikdə 34500 ailənin köçürülməsi nəzərdə tutulur.

- Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq. Eləcə də 2025-ci ildə Azərbaycan həmçinin III MDB Oyunlarına ev sahibliyi edəcək. Gəncə şəhəri həmin dövrdə rəsmi olaraq idman paytaxtı elan ediləcək. Bu iki mühüm hadisə ölkəmizdə mədəniyyət və idman sahəsinin inkişafına necə təsir edəcək?

-MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Bu xəbər bizi çox sevindirdi, qürurlandırdı. Çünki, bu qərar həm də bizim 30 illik haqq savaşımıza, şəhidlərimizin qanı bahasına qazanılan Zəfərimizə bir ehtiram nümunəsidir. Laçın Azərbaycanın ən dilbər guşələrindən, şəhərlərindən biri idi. Erməni işğalı nəticəsində şəhər vandalizmə məruz qalaraq yerlə-yeksan edilmişdi. Şükürlər olsun k, Laçınımız bu gün işğaldan azad olmuş digər şəhər, kəndlərimiz, yaşayış məntəqələrimiz kimi əvvəlki əzəmət və qürurunu bərpa etməkdədir, quruculuq prosesləri burada dinamik şəkildə həyata keçirilir, keçmiş məcburi köçkünlərin bir qismi artıq doğma yurdlarına qayıdıb və bu qayıdış ardıcıl şəkildə davam edəcəkdir.

"Azərbaycan COP29 keçirilməsinin də öhdəsindən layiqincə gələcək" - Şahin Seyidzadə ilə MÜSAHİBƏEyni zamanda növbəti il Azərbaycanda III MDB oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Bildiyimiz kimi, bu oyunlar ilk dəfə 2020-ci ildə planlaşdırılsa da, dünyada baş vermiş COVID-19 pandemiyası ilə əlaqədar təxirə salınmışdı. MDB Oyunları 2021-ci ildə Kazanda, 2023-cü ildə isə Minsk şəhərində keçirildi. Minskdə baş tutan oyunlardan sonra Rusiya Prezidenti Vladimir Putin nitqində qeyd etmişdi ki, dünya idman tədbirlərinin siyasiləşməsi idman anlayışının süqutunu yaxın edir. Bu səbəbdən MDB Oyunları bütün idmançılarla ədalətli davranacaq və siyasiləşmədən davam edəcəkdir. Belə prinsipial məqamda, qütbləşmənin dərinləşdiyi bir dövrdə III MDB Oyunlarına Azərbaycanın evsahibliyi barədə qərarın verilməsi bir daha ölkəmzn müsbət imicindən xəbər verir.

2025-ci ildə ölkəmizin həyatında baş verəcək bu tarix hadisələr Azərbaycanımıza, bizə nə vəd edir, yaxud bundan gözləntilərimiz nədir?

Əvvəlcə onu vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin dövlətimizə rəhbərliyi dövründə MDB çərçivəsində əməkdaşlıq tamamilə yeni mərhələdə davam etdi. Eyni zamanda bu təşkilat Azərbaycanın üzləşdiyi təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb etmək üçün əlverişli bir foruma çevrildi. Xüsusən Vətən müharibəsi və antiterror tədbirləri zamanı biz MDB çərçivəsində əməkdaşlığın önəmini praktik formada hiss etdik. Buna görə də ölkəmz MDB ilə bərabərhüquqlu və faydalı əməkdaşlığın müxtəlif aspektdə genişləndirilməsində maraqlı və qətiyyətlidir. Məhz MDB Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar da ilk növbədə bu aspektdən dəyərləndirilməlidir. Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi, həmçinin mühüm idman hadisəsi olan III MDB Oyunlarının ölkəmizdə keçirilməsi ilk növbədə MDB coğrafiyasında ölkəmizə olan inamın göstəricisidir. Sirr deyil ki, bu və buna bənzər tədbirlərin təşkili qlobal arenada ölkəmizin imicinə birbaşa müsbət təsir edir. Bu yanaşma həm də xalqımızın mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin təbliği, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi baxımından böyük önəm kəsb edəcək.Bu oyunların Azərbaycana həvalə edilməsi ilk növbədə ölkəmizin sabitlik və təhlükəsizlik adası olmasının və MDB çərçivəsində bu reallığın tam formada qəbul edildiyinin göstəricisidir. İqtisadi kontekstdən yanaşdıqda isə həm Laçın şəhərinin MDB mədəniyyət paytaxtı seçilməsi, həm də III MDB Oyunlarının ölkəmzdə keçirilməsi turizm potensialına əsaslı təsir etməklə qeyri-neft sektorunun inkişafına stimul yaradacaqdır. Həmçinin Avroviziya, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 və COP29 kimi tədbirlərin ardınca ölkəmizə növbəti dəfə beynəlxalq tədbirə evsahibliyinin etimad göstərilməsi Azərbaycan gəncliyində milli özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin inkişafına da müsbət təsirini göstərəcəkdir.

Bu, eyni zamanda Azərbaycan Respublikasının hazırda məruz qaldığı ədalətsiz siyasi hücumlar fonunda informasiya müharibəsində haqq səsimizin bir daha dünyaya çatdırılması üçün önəmli platforma olacaqdır.

-Azərbaycan növbəti dəfə böyük və mötəbər tədbirə ev sahiblik edəcək. Noyabrın 11-dən 22-dək Bakıda dünyanın ən mötəbər tədbirlərindən biri - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. COP29-dan əsas gözləntilər nədir?

- COP-BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış 198 ölkəni əhatə edən sazişdir. Məlum olduğu kimi COP29 bu il Azərbaycanda keçiriləcək. İndiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gələcək. Lakin COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Çünki iki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən onminlərlə xarici qonağı qarşılayacaqdır. Əminəm ki, Azərbaycan COP29 keçirilməsinin də öhdəsindən layiqincə gələcək.

COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Azərbaycan neft-qaz ölkəsi olaraq bütün dünyaya sübut edəcək, göstərəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin əsasını təşkil edir. Ölkəmiz yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Buna misal olaraq, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Azərbaycan həm də bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" 5 milli prioritetdən biri "təmiz ətraf mühit" və "yaşıl artım"la bağlıdır. Azərbaycan imzaladığı anlaşma memorandumuna və müvafiq müqavilələrə əsasən həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal edilməsi nəzərdə tutulur. Həmçinin dövlət başçısı ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan etmişdir ki, bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.

COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanıb. Tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm də ona görə əhəmiyyətlidir ki, bu, Azərbaycanın lokal antiterror tədbirlərindən iki ay yarım sonra verilib. Bu isə Azərbaycanın mövqeyinin, atdığı prinsipial addımların dünya ictimaiyyəti tərəfindən bəynilərək dəstəkləndiyini bildirir. COP2 neft-qaz ölkəsi olan dövlətimizin yaşıl iqtisadiyyatı prioritet sahə kimi inkişaf etdirdiyini bütün dünyaya bəyan edəcəkdir. Belə nüfuzlu tədbirin Bakıda keçirilməsi Azərbaycanın imicinin daha da formalaşmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına da böyük təkan verəcəkdir.

-COP çərçivəsində Azərbaycanın sədrliyi iqlim maliyyələşdirilməsi mövzusuna həsr olunub. Bu mövzu COP-un gündəliyində duran ən vacib məsələlərdən biridir. İqlim maliyyələşməsinin qarşısında duran əsas problemlər nədir, COP29 və Azərbaycan bu məsələnin həllinə necə töhfə verə bilər?

-COP28 qalıq yanacaq dövrünün "sonunun başlanğıcı"na işarə edən bir razılaşma ilə yekunlaşdı ki, bunu bir dönüş nöqtəsi hesab edilməlidir. Bu mənada COP29-dan gözləntilər daha böyükdür. Əsas gözləntilərə bərpa olunan enerjiyə keçidi sürətləndirmək üçün konkret tədbirlər və öhdəliklər, inkişaf etməkdə olan ölkələr üçün iqlimin maliyyələşdirilməsinin gücləndirilməsi və emissiyaların azaldılması üçün gücləndirilmiş siyasət daxildir. Bundan əlavə, Müəyyən edilmiş Milli Töhfələrin (MDM) həyata keçirilməsində şəffaflıq və hesabatlılığa diqqət yetiriləcək. Məqsəd bütün ölkələrin Paris Sazişində müəyyən edilmiş məqsədlərə doğru ölçülə bilən tərəqqiyə nail olmasını təmin etməkdir.

Bundan əlavə, COP29 üçün qlobal gözləntilər yüksəkdir, BMT-nin Azərbaycandakı komandası da bunu bir fürsət kimi görür. COP29-un Bakıda keçirilməsi müsbət impulsdan yararlanmaq və Azərbaycanın iqlimlə bağlı fəaliyyət ambisiyalarını artırmaq şansı verir. COP29-dan əsas gözlənti inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə ödəniləcək iqlim fəaliyyəti üzrə yeni maliyyə məbləğinin müəyyənləşdirilməsidir. Bundan öncəki iqlim maliyyəsinin məbləği kimi 2020-ci ilədək 100 milyard ABŞ dolları müəyyənləşdirilsə də, hesabatlara əsasən buna yalnız 2022-ci ildə nail olunub. Ona görə də Bakı COP-unda dövlətlərin qarşısında duran əsas məqsəd yeni məbləği müəyyən etmək olacaq. Hazırda mövcud olan 100 milyard maliyyə hədəfi qlobal istiləşmənin 1,5 dərəcə selsi hədəfinə nail olunması, iqlim dəyişmələrinin ən çox təsir etdiyi ölkələrin problemlərinin həlli üçün kifayət deyil. Ümumilikdə bu hədəfin ciddi şəkildə artırılmasına, ən azı 500 milyard, hətta 1 trilyon dollar həcmində müəyyən edilməsinə ehtiyac var. Dünya ictimaiyyəti inkişaf etmiş ölkələrdən bunu gözləyir. Bu məsələdə ilk növbədə G7 ölkələri, müəyyən dərəcədə isə G20 ölkələri məsuliyyəti dərk etməli, müvafiq qərarlar qəbul etməli, konsensusa gəlməlidirlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 242   Tarix: 30 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

COP29 vaxtı kafe və restoranlar necə işləyəcək? – AÇIQLAMA

"COP29-la bağlı müxtəlif mağaza, restoran, gözəllik salonları və digər bu kimi iaşə obyektlərinin fəaliyyəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb və bu səbəbdən onların iş rejimində hansısa dəyişikliyin olması gözlənilmir". xəbər verir ki, bunu APA-ya açıqlamasında COP29 Əməliyya

29 oktyabr
.

Arzu Əliyevadan pianinoda maraqlı ifa - Video

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın maraqlı videosu yayılıb. Axşam.az xəbər verir ki, videoda onun pianinoda ifa etdiyi əks olunub. A.Əliyeva Emin Sabitoğlunun "Payız gəldi" mahnısını ifa edib

30 oktyabr
.

Toy karvanından canlı yayım edənlər cəzalandırıldı - Video

Toy karvanında avtoxuliqanlıq əməli törədərək sosial şəbəkədə yayımlayan sürücülər barədə tədbirlər görüb. xəbər verir ki, bu barədə Baş DYP İdarəsi məlumat yayıb. Bildirilib ki, Xaçmaz rayon sakinləri Rəvan Osmanlı və Fuad Mirzəyev Gəndob-Yalama yolunda toy karvanında hərəkət edərkən sosial şəbəkəd

29 oktyabr
.

Azərbaycanda polis bu şəxsi axtarır

Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Abbasov Elvin Elman oğlu oktyabr ayının 19-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə -ə itkin düşən şəxsin yaxınları məlumat verib. E.Abbasovun Sabunçu rayonu, Zabrat1 qəsəbəsindəki evindən çıxaraq naməlum istiqamətə gedib. Əlamətləri belədir

29 oktyabr
.

Sərnişin öldü - Təyyarə Bakıya endi

Türkiyədən Pakistana uçan təyyarədə sərnişinin ölməsi səbəbindən hava gəmisi Bakıya məcburi eniş edib. "Qafqazinfo" xəbər verir ki, İstanbuldan Pakistanın Lahor şəhərinə uçan təyyarədə sərnişin qismində olan 1951-ci il təvəllüdlü Pakistan vətəndaşı Parveen Nusraat ölüb. Bu səbəbdən TK0714 reys

30 oktyabr
.

Azərbaycanda Atatürk adına qoyulan qadağa götürüldü

2024-cü ildə Azərbaycanda yeni doğulan 1 uşağa Atatürk adı qoyulub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat əldə edib. Bildirilib ki, bu, son 10 ildə Azərbaycanda Atatürk adı verilən ilk körpədir. Qeyd edilib ki, Azərbaycanda rəsmi qurumlar uzun müddət yeni doğula

30 oktyabr
.

Sumqayıtda partlayışda xəsarət alanların biri öldü

Sumqayıtda ötən həftə müəssisədə baş vermiş partlayış nəticəsində xəsarət alan şəxslərin biri vəfat edib. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hər iki şəxs oktyabrın 23-ü saat 11:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardı

30 oktyabr
.

"Ermənistan Gürcüstandakı hadisələrdən sonra Qərbin regionda əsas dayaq nöqtəsi olmağa çalışacaq" - Deputat

"Ermənistanın Avropa İttifaqına daxil olması ilə bağlı referendumun keçirilməsi üçün tələb olunan 50 min imza əvəzinə 60 min imza toplanıb. Bu haqda Ermənistanın "Eurovote" imzatoplama qərargahı öz "Facebook" səhifəsində məlumat yayıb". Bunu -a danışan deputat Pərvanə Vəliyev

30 oktyabr
.

DİQQƏT! - Bunu edən sürücülər 20 AZN CƏRİMƏLƏNƏCƏK

Bakıda bir çox yerdə elektrik doldurma stansiyaları quraşdırılıb. Lakin sürücülər avtomobillərini elektrik enerjisi ilə doldura bilmirlər. Səbəb isə həmin zolağı digər avtomobillərin park məqsədilə zəbt etməsidir. xəbər verir ki, eleketrik doldurma stansiyaları qoyulub, qurğuya yaxınlaşmaq üçün yolkənar

29 oktyabr