20 Yanvar şəhidinin xanımı: Meyitin üzünü açmağa ürəyim gəlmədi, onu corabından tanıdım
Neftçalada 1990-cı il yanvarın 25-də şəhid olan Nurəddin Ağahüseynovun xanımı ilə qızı o məşum günü indi də ürək ağırısı ilə xatırlayır.
Sonxeber.az report-a istinadən xəbər verir ki, 1990-cı il yanvarın 20-də Bakıda qanlı qırğın törədən sovet ordusu dinc əhalinin qətliamını beş gün sonra Neftçala rayonunda davam etdirib.
1990-cı il yanvarın 25-də Neftçala şəhərinə daxil olan sovet hərbçiləri orada da dinc əhalini hədəfə alıblar.
Həmin gün Kür çayı üzərindəki iaşə obyektində aşpaz işləyən 29 yaşlı Nurəddin Ağahüseynov "Zaporojets" markalı avtomobili ilə Həsənabad qəsəbəsindəki evinə qayıdarkən snayper atəşi ilə alın nahiyəsindən vurulub. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmur.
"Nurəddinin vurulduğunu öyrəndiyimiz gün yollar hər tərəfdən bağlı olduğuna görə xəstəxanaya gedə bilmədik. Ertəsi gün səhər yaxın qohumlarla birlikdə xəstəxanaya getdik. Meyitin üzünü açıb baxmağa ürəyim gəlmədi. Amma onu corabından tanıdım", - deyən şəhidin həyat yoldaşı Şirmayı Ağahüseynova o dəhşətli günün acısını indi də bütün ağırlığı ilə yaşayır.
Həyat yoldaşının şəhid olmasından sonra himayəsində üç azyaşlı uşaq qalan Ş.Ağahüseynova övladlarını böyütmək üçün çox əziyyət çəkdiyini vurğulayıb.
Ailənin sonbeşiyi Xəyalə Ağahüseynova atasının şəhid olmasından sonra gördüyü mənzərəni heç vaxt unuda bilmədiyini deyib:
"Atam şəhid olanda cəmi beş yaşım vardı. Baş verənləri çox da xatırlamıram. Amma bir hadisə yaddaşıma həmişəlik həkk olub. Atamın yas mərasimi nənəmgildə keçirilirdi. Oradan çıxıb öz evimizə gəldik. Dayımla əmim evimizin qarşısından keçən su arxında atamın maşınını yuyurdular. Avtomobil qırmızı rəngdə idi. Onların yanına getdim. Su qıpqırmızı olmuşdu. Soruşdum ki, bu qırmızı nədir? Məni geri çəkib dedilər ki, heç, maşının rəngidir. Amma sonradan dərk etdim ki, suyun rəngini dəyişən atamın qanı imiş".
Qeyd edək ki, Neftçala rayonunda 1990-cı il yanvarın 25-də törədilən qırğında Nurəddin Ağahüseynov və Əbülfəz Cəfərov şəhid olub, doqquz nəfər yaralanıb.








Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Qədim Şuşada gözəllik yaradılır
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bakıda avtomobil gözəllik salonuna girdi
Sabah hava necə olacaq?
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?