KTMT-dən çıxdığı halda Ermənistanı hansı aqibət gözləyir? - ŞƏRH
"ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması İrəvan və Vaşinqton arasında münasibətləri keyfiyyətcə yeni müstəviyə qaldırır. Bundan əvvəl də strateji dialoq yönündə iki dövlət arasında hüquqi sənəd imzalanmışdı, lakin belə görünür ki, demokratların hakimiyyətlərinin son günlərində belə bir sənədi imzalaması həm də Bayden administrasiyasının sorosçulara olan son dəstəyi kimi də anlaşılır".
Bunu Oxu.Az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.
O bildirib ki, bundan sonra ABŞ tərəfindən Rusiyanın inteqrasiya platformasına qarşı müəyyən demarşlar ola bilər:
"Bəs bu, hansı formada özünü göstərə bilər? Ermənistan Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birliyindən çıxa bilər, Rusiya sərhədçilərinin isə bütün Ermənistan ərazisində yerləşməsi sona çatar, nəticədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Ermənistan ərazisini tərk edər. Eyni zamanda, Gümrüdəki 102-ci hərbi bazanın fəaliyyətinə də xitam verilə bilər və s. Yəni bütün bunlar İrəvanın istəkləri ilə yanaşı, Qərb tərəfindən də tələb olunan şərtlər kimi nəzərdən keçirilir".
"Bunun ardınca, əlbəttə ki, Ermənistan təhlükəsizlik zəmanətləri kontekstində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yerini başqa bir hərbi inteqrasiya ilə doldurmaq məqsədləri güdür. Bu, yavaş-yavaş Ermənistanın NATO-ya üzvlüyünü formalaşdıra və Avropa İttifaqına gedən yolunu aça bilər. Nəhayət, KTMT-dən çıxmaq həm də Moskva ilə İrəvan arasında münasibətlərin daha da gərginləşməsinə, soyuq münasibətlərin daha çətin müstəviyə yönəlməsinə gətirib çıxaracaq. Bu da şübhəsiz ki, Cənubi Qafqazda vəziyyəti daha da turbulentləşdirə bilər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, ABŞ hansı dövlətlə bu cür sənəd imzalayıbsa, bu, daha sonra geosiyasi kollapsa yol açıb".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 973 Tarix: 19 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabr