Dəbdəbəli avtomobil-ev təqdim edildi
Məşhur tüninq studiyası "Brabus" ilk dəfə olaraq öz kolleksiyasına təkərli ev əlavə edib.
Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, "Big Boy 1200" adlanan kamperin uzunluğu 12 m olsa da, maksimum üç sakin üçün nəzərdə tutulub.
Müstəqil yaşamaq üçün lazım olan hər şeyə malik lüks nəqliyyatın qiyməti 1,26 milyon avrodan başlayır.
Təkərli evin eni 4,5 m-dir və 30 kvadrat metrdən çox yaşayış sahəsini əhatə edir. İçəridə 160x200 sm ölçülü ikinəfərlik və tək çarpayı, mətbəxdə plitə, soba, soyuducu, qabyuyan maşın, qəhvə maşını və şərab şkafı, qonaq otağında divan və stol, həmçinin vanna otağında duş və tualet var.
İnteryerə həmçinin iki 43 düymlük televizor, peyk internet bağlantısı, isti döşəmə, kondisioner, kameralar və damda günəş panelləri yerləşdirilib. Ev bahalı parçalar və dəri, qara ağac və karbon lifi ilə bəzədilib.
Avtomobil-ev 530 at gücünə malik 12,8 litrlik dizel mühərriki ilə çalışır. "Big Boy 1200"ün maksimal sürəti 90 km/saat ilə məhdudlaşır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2412 Tarix: 07 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYorğunluq və baş ağrılarının əsl səbəbi...
Gün ərzində kifayət qədər su qəbul etmədikdə yaranan baş ağrıları, xroniki yorğunluq, diqqət dağınıqlığı və daimi halsızlıq orqanizmin "gizli susuzluq" siqnallarıdır. "Qafqazinfo"nun xəbərinə görə, tibb mütəxəssisləri bildirirlər ki, yalnız boğaz quruyanda su içməyi xatırlamaq hüceyrələri
19 noyabrMikrodalğalı soba xərçəng yaradır?
Mikrodalğalı sobada qızdırılan yemək zərərlidirmi? - Çoxlarının qorxduğu məsələ. Bir çox evdə və iş yerində yeməkləri qızdırmaq üçün mikrodalğalı sobadan istifadə olunur. Bu cihaz vaxta qənaət etsə də, onun sağlamlığa təsiri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəziləri mikrodalğalı sobada qızdırıla
22 noyabrSobada xırtıldayan kartofun sirri: yağ yerinə yumurta ağı
Aşpazların tövsiyə etdiyi fərqli üsula görə, sobada bişirilən kartofun xarici qatının yaxşı qızarması və xırtıldaması üçün yağ əvəzinə yumurta ağından istifadə olunur. Bu üsulda daha tez bişməsi üçün xırda (körpə) kartoflara üstünlük verilməsi məsləhət görülür. hazırlanma qaydasını təqdim edir:. Yumurt
21 noyabrQışda paltarları radiatorun üzərində qurutmaq təhlükəlidir - xəbərdarlıq
Qış aylarında paltarları tez qurutmaq üçün birbaşa istilik radiatorlarının (kombi petəklərinin) üzərinə sərmək geniş yayılmış vərdiş olsa da, sənaye mühəndisi Xorxe Morales de Labra bu üsulun həm maddi, həm də sağlamlıq baxımından zərərli olduğu barədə xəbərdarlıq edib. xəbər verir ki, mütəxəssis b
21 noyabrYarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin
Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü
16 noyabrMarsda sirli buzlaqlar kəşf edildi
Beynəlxalq tədqiqatçılar "qırmızı" planetin səthində dik qayalıqlara bənzər yeni geoloji formasiyalar aşkar ediblər. "Qafqazinfo" xəbər verir ki, "Earth and Planetary Science Letters" jurnalında dərc olunan araşdırmaya görə, bu strukturlar qədim buz kütlələrini gizlədi
18 noyabrÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabr