Marsda sirli buzlaqlar kəşf edildi
Beynəlxalq tədqiqatçılar "qırmızı" planetin səthində dik qayalıqlara bənzər yeni geoloji formasiyalar aşkar ediblər.
"Qafqazinfo" xəbər verir ki, "Earth and Planetary Science Letters" jurnalında dərc olunan araşdırmaya görə, bu strukturlar qədim buz kütlələrini gizlədir və Marsın keçmiş iqlim dövrlərinə işıq salmaqla yanaşı, gələcək insan missiyaları üçün mühüm su ehtiyatlarına işarə edir.
Alimlər NASA və Avropa Kosmik Agentliyinin (ESA) peyklərindən əldə edilən məlumatlardan istifadə edərək şimal yarımkürəsindəki Alba Mons vulkanı ətrafındakı kraterləri tədqiq ediblər. İkiqat peyk görüntüləri əsasında yaradılan üçölçülü xəritələr və kompüter modelləri vasitəsilə məlum olub ki, həmin 29 formasiya qayalar, toz və zibil ilə örtülmüş nəhəng buz kütlələrindən ibarətdir. Xarici qoruyucu təbəqə buzu atmosferin mənfi təsirlərindən qoruyur. Bəzi buzlaq yamacları 3 kilometrə qədər uzanır, strukturlar isə 209 metrə çatan dik qayalıqlarla bitir.
Planetimizin qonşusunda suyun mövcudluğu və onun təbəqələr altında qorunub saxlanılması barədə əldə edilən bu məlumatlar Marsa təşkil olunacaq gələcək missiyalar üçün su ehtiyatlarına çıxışı asanlaşdıra bilər. Tədqiqatçılar yaxın gələcəkdə Alba Mons bölgəsinin daha ətraflı şəkillərini toplamağı və planetin digər hissələrində oxşar strukturlar axtarmağı planlaşdırırlar.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 48 Tarix: 18 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRomantik şəxsiyyət TESTİ: Bir çiçək ideal ikinci yarınızı aşkarlayacaq
Sevgi tərzinizi kəşf etmək üçün səkkiz çiçəkdən birini seçin. Hər kəsin öz ideal partnyoru var. Bəziləri səxavətli jestlər və gözəl görüş gözləyir, bəziləri isə dinc ev mühitinə üstünlük verir. bildirir ki, bu təəccüblü dərəcədə dəqiq romantika testi, münasibətdən nə istədiyinizi və çiçək seçimləriniz
15 noyabrBeyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec
17 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrUşaqlar niyə kitab oxumaqdan uzaqlaşır? - Psixoloq səbəbləri açıqladı
Müasir dövrdə uşaqlar saatlarla telefon və planşet qarşısında vaxt keçirsələr də, kitab oxumağa gəldikdə tez darıxırlar. Mütəxəssislər bunun əsas səbəblərindən biri kimi rəqəmsal oyunların və qısa videoların daha sürətli əyləncə təqdim etməsini göstərirlər. xəbər verir ki, bu barədə Türkiyənin TRT Habe
18 noyabrSoyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15 noyabr24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy
10 noyabrYarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin
Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü
16 noyabr