İmtahandan kəsilən tələbə bıçaqla 8 nəfəri öldürüb - VİDEO
Çində peşə məktəbində imtahandan kəsilən şagird bıçaqla hücumu nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Vuxi İncəsənət və Texnologiya Peşə Məktəbində yerli vaxtla saat 18:30-da baş verən hücumun şübhəlisi, Xu soyadlı 21 yaşlı tələbə hadisə yerində yaxalanıb. Yixing polisinin verdiyi açıqlamada, Xu-nun imtahanlardan kəsildiyi üçün məzun ola bilmədiyi və təcrübə keçdiyi yerdəki maaşdan razı olmadığı bildirilib.
Qərb sosial media platformalarında yaralıların küçədə uzandığını və insanların köməyə tələsdiyini əks etdirən görüntülər paylaşılıb. Bununla belə, Çinin Veibo kimi sosial media platformalarında yalnız polisin açıqlamasını görmək olur, hadisə ilə bağlı görüntülər və fotoşəkillər senzuradan keçirilir.
Bu, bir həftə ərzində ikinci ölümcül hücum idi. Bundan əvvəl ölkənin cənubundakı Çjuhay şəhərində bir şəxs öz avtomobili ilə idman qurğusunda izdihamın üzərinə sürmüş, nəticədə 35 nəfər həlak olmuş, 43 nəfər yaralanmışdır. Oktyabr ayında Pekində məktəbə hücum olub və 5 uşaq bıçaqla yaralanıb.
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1527 Tarix: 18 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arabadan yıxılan 10 aylıq körpə öldü
Şamaxıda körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dekabrın 17-si saat 05 radələrində 02.02.2025-ci il təvəllüdlü Elgün Elşən oğlu Süleymanov yaşadığı Şamaxı şəhəri Namazəliyev küçəsindəki evdə arabadan yıxılıb. Ehtiyatsızlıqdan yıxılan 10 aylıq körp
18 dekabrYolda düşürdüyü sərnişini geri qayıdanda vurub öldürdü
Bu ilin iyununda Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınan piyada 1985-ci il təvəllüdlü Elmir Ağamalıyevin ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, ehtiyatsızlıqdan zərərçəkmişin ölmünə səbəb olan 199-cu il təvəllüdlü Nica
17 dekabrAlüminium qabı ilə birlikdə udduğu həb 4 il sonra ağciyərindən çıxarıldı
Antalyada 75 yaşlı Sahibe Güzin Zeybekoğlunun 4 il əvvəl diqqətsizlik nəticəsində alüminium qabı (blisteri) ilə birlikdə udduğu həb bronxoskopik üsulla ağciyərindən çıxarılıb. türk mediasına itinadən xəbər verir ki, Zeybekoğlu, "Şiddətli öskürək və həddindən artıq bəlğəm şikayətlərim var idi, sonrada
19 dekabrOdunun içindən çıxan ağac qurdunu yedi - VİDEO
Adətən Uzaq Şərq ölkələrinə xas olan həşərat yemə mədəniyyətini xatırladan görüntülər bu dəfə Qara dəniz bölgəsində qeydə alınıb. türk mediasına istinadən xəbər verir ki, qışa hazırlıq məqsədilə odun doğrayan bir vətəndaş, odunun içindən çıxan ağac qurdunu tərəddüd etmədən yeyib. Həmin anlar onun yanınd
19 dekabrDaha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - Video
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmət
17 dekabr