Sən Allah, gedin ayıbınıza kor olun

Sən Allah, gedin ayıbınıza kor olunBu gün maraqlı bir eksperiment eledik. Sosial şəbəkələrdə (həm də xalqımız arasında, çünki sosial şəbəkələr elə bizim xalqdı) çox qısa zamanda məşhurlaşmış Kəmalə Günəşli adlı müğənni ilə müsahibə elədik.

Kəmalə Günəşli, Tamara, Niqulya kimi adlarla məşhurlaşmış, biabırçı, heç bir məzmunu olmayan "mahnılar" oxuyan bu xanımı uca xalqımız çox qısa müddətdə varlandırdı, ev-eşik, maşın, qızıl-brilyant sahibi elədi. Bəli, bəli, məhz uca xalqımız elədi.

İkisinin də sağlığına qismət...

Biz müsahibəni alanda bilirdik ki, uca xalqımızın ancaq media üçün "elit takılan" nümayəndələri sosial şəbəkələrdə bizi qınayacaq, hətta təhqir edəcək. Amma axşam yenə gedib toylarına, ad günlərinə, dost-tanış məclislərinə Kəmalə xanımı çağıracaqlar. Hələ üstəlik əllərini də arada nəzir qutusu kimi 100 manatlıq və dollarlıqlarla dolduracaqlar. O xanım da bunu çəkib sosial şəbəkələrdə paylaşacaq. Uca xalqımız da bunu izləyəcək, bir-birinə göndərəcək, hətta o birilər də məclislərinə onu çağırmaq üçün yarışacaqlar.

Hələ ən ağırı o olacaq ki, yanında toya apardığı xanımına 100 manatlıq paltar almayan bir bəy o biri bəylərdən geri qalmamaq üçün Niqulya xanımın ovcuna növbəti 100-lüyü basacaq. Amma bunlar gəlib, məsələn, lent.az-ın səhifəsində "aa, Niqulyadan müsahibə almısınız, sizə ayıb olsun, səviyyəsizlər" yazmaqla səviyyələrini artıracaqlar, camaata "elit", yüksək dəyər sahibləri və böyük musiqinin mühafizəçiləri kimi görünəcəklər. Neçə illərdi jurnalistəm deyib, cümlənin mübtədası ilə xəbərinin yerini hələ də düz yaza bilməyənlər də bir yandan zəhləmizi tökəcək. Sən Allah, gedin ayıbınıza kor olun!

Kəmalə Günəşli adlı bu müğənninin instaqram hesabını 794 min adam izləyir. 794 min! Tiktok səhifəsinin 362 min abunəçisi var. Videolarına 12.8 milyon baxış olub! Ayrı-ayrı videolarına 100 minlərlə baxış var.

Sual yaranır, kimdi bu adamlar? Çinlilərdi, ya yaponlar? Bəlkə uzaq Braziliyadan qulaq asırlar sizin Kəmalə Günəşliyə? Bu uca xalqımızın elit nümayəndələri, sizsiniz, Kəmalə Günəşlini varlandıran da, məşhurlaşdıran da, bizi ondan müsahibə almağa məcbur edən də.

Kəmalə Günəşlini söyməyə öyrəşdiyiniz media, televiziya məşhurlaşdırmayıb. Onu Siz məşhurlaşdırmısınız, çünki sosial şəbəkələrdəki sizsiniz. Onun lent.az redaksiyasına gəldiyi "Lexus"u (Sağlığına qismət!) Siz almısınız. Məhz Siz! O heç bir korrupsiya proyektinin iştirakçısı deyil, tender əməliyyatlarında iştirak etməyib. Özünüzdən hoqqa da çıxartmayın, onu varlılar da məclislərinə dəvət eləmir.

Varlılar bir vaxt sizin kabinetlərdə, palatka toylarında guya lağ üçün oxudub (indi Kəmaləyə etdiyiniz bəhanə kimi), varlandırıb, indi əliniz çatmayan, ad, titul, çoxlu pul qazananları toylarına, məclislərinə çağırır.

Kəmalə Günəşli özü demiş, " kasıb-kusub"un müğənnisidi.

Baxdığınızı, pul xərclədiyinizi, məşhurlaşdırdığınızı Sizə göstərmişik, həm də bütün "səviyyəsi" ilə, niyə qəzəblənmisiniz?

Səmimi olmağı öyrənin, bütün problemlər yalnız bundan sonra həll olunacaq...


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3624   Tarix: 19 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar

Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n

6 noyabr
.

Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları

Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə

7 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

8 noyabr
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

7 noyabr
.

Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur

Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək

15 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr