"Xruşovka"lar nə zaman söküləcək? - AÇIQLAMA

"Xruşovka"lar nə zaman söküləcək? - AÇIQLAMA"3-4-5 mərtəbəli binaların sökülməsi prosesi böyük maliyyələşmə tələb edir. Böyük vəsait tələb edilir. Ona görə ki, bu binalar 60-70-ci illərdə inşa olunub. Əslində, bu yaşayış binalarının istismar müddəti bitib".

Sonxeber.az xəbər verir ki, bunu Qaynarinfo-ya əmlak eksperti Elnur Azadov Bakıda 3, 4 və 5 mərtəbəli binalar sökülmə prosesini şərh edərkən deyib.

Onun sözlərinə görə, bunların arasında qəzalı vəziyyətdə olan binaların sayı daha çoxdur:

"Coğrafi baxımdan bu binaların harada sökülməsi də maraqlı olardı. Yəni, bunlar hansı əraziləri əhatə edəcək. Düşünmürəm ki, dövlət büdcəsindən bu boyda vəsait ayrıla bilər. Əgər nəzərdə tutulursa ki, bəzi ərazilərə tikinti şirkətləri cəlb olsun, fikrimcə, ölkədə bu boyda resurs yoxdur. Bakı şəhərinin yenilənməsində iştirak edə biləcək çox az sayda tikinti şirkətləri var ki, onların da resursları çox azdır. Orta hesabla ölkədə 100-120-yə yaxın tikinti şirkət var. Onların da az qismi bu prosesə cəlb oluna bilər. Ona görə bu prosesdə ən vacib məsələ maliyyənin hansı mənbədən verilməsidir. Tək mənzillər deyil, qeyri-yaşayış sahələri də var. Onların da dəyəri milyonlarla ölçülür".

Elnur Azadov ölkədə 11 min 5 mərtəbəli "xurşovka" deyilən binaların olduğunu xatırladıb:

"Səhv etmirəmsə, onların da 1000-dən çoxu qəzalı kimi siyahıya alınıb. Hətta yarımqəzalı vəziyyətdə olan binaların köçürülməsi, sökülməsi hansı resurslarla həyata keçiriləcək sual altındadır. Çünkü bu proses böyük vəsait tələb edir. Məsələn, "Sovetski" adı ilə tanınan ərazini sökülməsi, köçürülməsi üçün 10 ildən çox vaxt sərf olunub və kifayyət qədər də vəsait xərclənib. Lakin nəzərə alsaq ki, ərazi bir o qədər də böyük deyildi və orada 1-2 mərtəbəli evlər özbaşına tikilə evlər idi. İndi də söhbət burada minlərlə mənzilin köçürülməsindən gedir".

Ekspert buna misal olaraq qeyd edib ki, birinci mikrarayonda evlərin qəzalı vəziyyətdə olması aidiyyatı qurumlar tərəfindən təsdiqlənib:

"Bununla bağlı Nazirlər Kabinetinin 83 saylı qərarı var. 7 il keçməsinə baxmayaraq, həmin ərazidə 1800-ə yaxın mənzil var, 6 mindən çox əhali yaşayır. Bu proses hələ də həyata keçirilməyib. Həqiqətən də həmin ərazidə olan evlər FHN-dən və Nazirlər Kabinetinin qərarı ilə qismən qəzalı vəziyyətdə olduğu təsdiq olunub. Bu daha prioritet məsələdir, nəinki şəhərin müəyyən bir ərazisində yerləşən 3-4-5 mərtəbəli binaların sökülməsi ilə bağlı işin icra olunması".

Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən, paytaxtda mərkəzə yaxın ərazilərdə 3, 4 və 5 mərətəbəli fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov bildirib ki, söküləcək binaların yerində isə meşə tipli parkların salınacağı, yaşıllıq zonalarının artırılacağı planlaşdırılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1359   Tarix: 20 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr