Zelenskidən gözlənilməz addım: Sırskini vəzifədən AZAD ETDİ
Ukrayna prezidenti Volodimir Zelenski Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edib.
Musavat.com xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında məlumat verib.
Mixail Drapatı Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı olub.
Zelenski Ukrayna qoşunları komandanı müavinini də əvəz edərək, bu vəzifəyə 95-ci hava hücumu briqadasının komandiri Oleq Apostolu təyin edib.
"Hər ikisi döyüşdə effektivliyini sübut etdi", - Zelenski qeyd edib.
O, həmçinin əlavə edib ki, ölkənin hərbi rəhbərliyində kadr dəyişiklikləri Sırski ilə razılaşdırılıb.
Zelenskinin sözlərinə görə, Drapatı və Apostolun əsas vəzifəsi Ukrayna Silahlı Qüvvələrinin döyüş effektivliyini artırmaq, döyüşçülərin yüksək keyfiyyətli hazırlığını təmin etmək və Ukrayna Silahlı Qüvvələrində insanların idarə olunmasına innovativ yanaşmalar tətbiq etməkdir:
"Dövlətimizin məqsədlərinə tam nail olmaq üçün Ukrayna ordusunun daxili dəyişikliklərə ehtiyacı var".
Qeyd edək ki, A.Sırski baş komandan vəzifəsinə bu ilin fevralında Valeri Zalujnının azad olunmasından sonra təyin edilmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1378 Tarix: 30 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı
Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı
15 noyabrQazaxıstanda yeni kəpənək növü aşkar edilib
Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi
15 noyabrABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd
15 noyabrABŞ-nin baş prokuroru da hərbi bazaya köçürüldü
ABŞ-nin baş prokuroru, eyni zamanda ədliyyə naziri olan Todd Blanş artıq bir neçə aydır ki, ölkənin hərbi bazalarından birində məskunlaşıb. xəbər verir ki, bu barədə "Fox News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Baş prokurorun yaşayış yerini dəyişməsinin səbəbləri açıqlanmayıb
15 noyabr"Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı
ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu
15 noyabrUkraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb
Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə
14 noyabr