Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı
Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Oxu.Az "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib.
Rumıniyanın rəsmi qurumları hadisələri təsdiqləyiblər. Ölən və xəsarət alan olmayıb.
İlk insident noyabrın 13-də, yerli vaxtla saat 21:40-da baş verib. Palau bayrağı altında üzən "Larissa 1" gəmisi həmin vaxt Rumıniya sahillərindən təxminən 12 kilometr aralıda, "Sfântu Gheorghe" yaşayış məntəqəsi yaxınlığında olub.
Gəmi Rumıniyanın Sulina limanına, oradan isə son təyinat məntəqəsi olan Ukraynaya doğru hərəkət edirmiş. PUA hücumu nəticəsində gəminin yük kranı zədələnib. Rumıniyanın "HotNews" nəşrinin məlumatına görə, kapitan ekipaj üzvlərindən heç kimin xəsarət almadığını və zərbədən sonra yanğın baş vermədiyini bildirib.
Noyabrın 14-də Konstansa hərbi limanında çıxış edən Rumıniyanın müdafiə naziri Ştefan-Radu Oprea ölkə hakimiyyətinin hadisə barədə məlumatlandırıldığını və araşdırmaya başlanıldığını təsdiqləyib.
Nazir bildirib ki, hakimiyyət Rumıniya ərazisi yaxınlığında dronların fəaliyyətini izləyir. Onun sözlərinə görə, noyabrın 13-də Tulça dairəsində PUA hücumu təhlükəsi ilə bağlı ən azı iki dəfə xəbərdarlıq elan edilib. Rumıniya hakimiyyəti gəmiyə hücum edən pilotsuz uçuş aparatının mənşəyini hələ müəyyənləşdirməyib.
Rumıniyanın "News.ro" agentliyinin məlumatına görə, noyabrın 14-də axşam saatlarında ölkə sahilləri yaxınlığında daha iki ticarət gəmisi dron hücumuna məruz qalıb. Bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Yunanıstan bayrağı altında üzən "Evia Petrol V" tankeri yerli vaxtla saat 21:10-da Sulina limanından təxminən dörd dəniz mili şərq-cənub-şərq istiqamətində hücuma məruz qalıb. Təxminən 35 dəqiqə sonra isə Sulina kanalı yaxınlığında "Marsol" quru yük gəmisi hədəf alınıb.
Hər iki gəmidə yanğın baş verib, lakin ekipaj üzvləri alovu söndürə biliblər. Ölən və xəsarət alan olmayıb.
Rumıniya Müdafiə Nazirliyi, həmçinin İlan adasının şərqində hava hədəfinin aşkarlandığını və bununla əlaqədar iki "F-16" qırıcı təyyarəsinin havaya qaldırıldığını bildirib. Tulça dairəsinin sakinlərinə PUA hücumu təhlükəsi barədə xəbərdarlıq edilib. Gəmilərə hücum edən dronların mənşəyi hələlik müəyyən edilməyib.
Qeyd edək ki, bundan əvvəl də Qara dənizdə ticarət gəmilərinə qarşı bir sıra PUA hücumları qeydə alınıb.
Oktyabrın 28-də Konstansa limanına doğru hərəkət edən ticarət gəmisi Bolqarıstanın ərazi sularında dron hücumuna məruz qalıb. Oktyabrın 23-də isə Konstansa yaxınlığında baş verən başqa bir hücum nəticəsində bir dənizçi həlak olub, daha üç nəfər itkin düşüb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Əhaliyə hava XƏBƏRDARLIĞI - Sel və daşqın olacaq
TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Ağdamda yeni və müasir şəhər salınır
Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Bu ərazilərdə SU OLMAYACAQ
ABŞ-da şənbə günü 2000-dən çox uçuş ləğv edildi
Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
"4 ildir bu xəstəliyə görə kökəlmirəm"
Birdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK