Film və seriallarda verilən qonorarlar aktyor və aktrisalarımızı niyə qane etmir? - AÇIQLAMA

Film və seriallarda verilən qonorarlar aktyor və aktrisalarımızı niyə qane etmir? - AÇIQLAMAAzərbaycanda aktyorlar tez-tez film sahəsinə vəsait ayrılmamasından şikayət edir. Onlar qonorarların az olduğunu və film və ya serialların az büdcə ilə çəkildiyi üçün keyfiyyətin də az olduğunu bildirirlər.

Bəs görəsən Azərbaycanda kino və serial sahəsini inkişaf etməyə qoymayan amillər nələrdir? Bu problemin həlli üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilov Sonxeber.az – a açıqlama verib:

"Azərbaycanın, xüsusən də Şimali Azərbaycanın 10 milyon 200 min əhalisi elə də böyük kreativ bazar deyil ki, burada kinofilmlər, incəsənət əsərləri, sənət nümunələri, seriallar, kliplər, konsertlər və digər kreativ səneyeyə aid edilə biləcək yaradıcı məhsulları yaradan şəxslər əldə etdikləri vəsaitlə özlərini və ailələrini dolandıra bilsinlər. O cümlədən Azərbaycanın teleserial və kino sahəsində də bu problem var. Sovet dövrünün ilkin vaxtlarında sənətə və kinoya dövlətin vinti kimi baxan rəsmi dairələr incəsənətin bu sahəsi ilə bağlı xüsusi proqram qəbul etdilər. Aktyorlar, ssenaristlər, rejisorlar, musiqiçilər və.s yaradıcı nəsil formalaşdı. Onlara yüksək qonorarlar verildi, məvaciblər artırıldı. Eyni zamanda onların qastrolları təmin edildi, şəhər mərkəzində evlər verildi və.s Hətta bir sıra incəsənət adamları dünyanın aparıcı ölkələrinə təhsil almağa göndərildi. İllər keçdi. Müstəqillik dövründə iqtisadi, sosial gərginlik oldu. Qarabağ problemi bir formasiyadan digər formasiyaya keçdi. Sosializm ləğv oldu, bazar kapitalizminə keçdik. Sonra isə kino sahəsi yeni iqtisadi formasiyaya heç cür uyğunlaşdırıla bilmədi. Film və incəsənətin üzdə olan bir çox sahələri məsələn kliplər, seriallar, klassik Avropa bəstəkarlıq musiqi nümunələri, opera,balet, teatr tənəzzülə uğramağa başladı. Tənəzzül olan yerdə isə uğurdan və ya hər hansı iqtisadi mənfəətdən söhbət gedə bilməz. Amma son illər bununla bağlı müyyən ardıcıl işlər görülür. Bilirsiz ki, ölkə başçısı serialların çəkilməsi ilə bağlı hər il 5 milyona yaxın datasiya ödəyir. Eyni zamanda müstəqil kinostudiyalar kinofilmlər, komediyalar, seriallar çəkməyə başlayıb. Reklamlar milliləşdirilib. Artıq müğənnilər və fanaqram istehsalçıları, konsert təşkilatçıları, toy biznesi ilə məşğul olan şəxslər müəyyən mənada kreativ sənayedən qazanc əldə etməyə başlayıblar. Amma nədənsə aktyorlarımız bu məsələdə bir qədər geri qalıblar. Müstəqil studiyaların yaratmış olduğu filmlər əsasən bazara ünvanlanmış konversiya xarakterlidirlər. Onların bir çoxu uğur qazanıb, milyonlarla baxış əldə edib. Amma dediyim kimi, bazar çox kiçik olduğuna görə iqtisadi cəhətdən elə də böyük mənfəət əldə etmirlər. Son illərdə Azərbaycanda bir neçə maraqlı serial çəkilib. "Alatava", "Xəyanət", xüsusən də "Vətəndaş A" serialı yüzminlərlə baxış əldə ediblər. Mən bir kulturoloq olaraq "Vətəndaş A" serialının yaradıcı heyyətinə xüsusi hörmət və sayğımı bildirirəm. Ordakı aktyorlardan tutmuş, gənclərə verilən mesajlara, qaldırılan ictimai-sosial problemlərə qədər hər detal bizi çox sevindirir. Biz çoxdandır ki, belə ictimai-sosial əhəmiyyətli ekran əsəri gözləyirdik. Amma bu çox azdır. Belə uğurlu sənət nümunələri çox olmalıdır ki, insanlarımız xarici film və seriallardan özlərini çəkib öz filmlərimizə qayıtsınlar. Film və seriala çox baxış olduqda, düzgün reklam olunduqda seriyalar artacaq və aktyorlarımız da yaxşı qonorar alacaq. Serial və kino sənəti də inkişaf edəcək. Amma yalnız Azərbaycanın daxili üçün yox, İran, Türkiyə və türkdilli ölkələr üçün də film və seriallar çəkməyə başlamalıyıq. Seriallarımız, xüsusən, Şərq ölkələri üçün mütləq türkiyə türkcəsinə, fars, ərəb, uydu dillərinə tərcümə edilib onların bazarlarına çıxarılmalıdır ki, aktyorlarımızın inkişafı və qazancı təmin olunsun. Əlbəttə seriallarımız getdikcə inkişaf edəcək. Necə ki, Türkiyədə ilk vaxtlar serial sənayesi çox zəif idi, amma yeniləndikcə Türkiyə serialı dünyanın aparıcı serial sahəsində öz yerini tutdu. Aktyorlarımızın özləri də özlərini brendləşdirməyə hazır olmalıdırlar.

Aktyorlarımız bir filmə çəkilir sonra gedib toyda tamadalıq edir və özünün bütün yaradıcılığını bitmiş hesab edir. Halbuki onlar biraz çəkinməlidir, kütlənin arasına az çıxmalıdır, müxtəlif elitar tədbirlərə dəvət almalıdırlar. Bu tədbirlər sadəcə elə belə deyil, qonorarlı olmalıdır. Ümumiyyətlə serial, film, şou proqramları, televiziya verilişləri Azərbaycanda çox surətlə inkişaf etməlidir".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2804   Tarix: 02 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah rayonlara yağış yağacaq

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında oktyabrın 21-də arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

20 oktyabr
.

Bakıda hava yağmursuz olacaq, rayonlara yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanı

19 oktyabr
.

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd

20 oktyabr
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19 oktyabr
.

Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2 oktyabr 2026-cı il tarixində Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı aparılan araşdırmalar və laborator müayinələr yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusun

20 oktyabr
.

Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video

Azərbaycan hərbçisi Nəsimi Musayevin Zəngəzurda saxlanılma anına dair kadrlar yayılıb. xəbər verir ki, müvafiq kadrları Ermənistanın nəşri tirajlayıb. Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Zəngəzuru

20 oktyabr
.

Minimum əməkhaqqı artacaq? - Video

Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər

18 oktyabr
.

Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun

20 oktyabr
.

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycan

19 oktyabr