"Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin gələcəyinin təyin olunmasında həlledici rol oynayıb" - DEPUTAT

"Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin gələcəyinin təyin olunmasında həlledici rol oynayıb" - DEPUTAT"16 ilin keçməsinə baxmayaraq biz Ulu önderin ideyalarını, fikirlərini öyrənməyə davam edirik. Çünki Heydər Əliyevin Azərbaycana rəhbərlik illəri ölkəmizin taleyinin və gələcəyinin təyin olunmasında həmişə həlledici rol oynayıb".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın müstəqiliyinin əldə edilməsində, dövlətimizin bu qədər güclü olmasında və xalqımızın firəvan yaşamasında Ulu öndər Heydər Əliyevin misilsiz zəhmətləri var. Ulu öndər haqqında hər bir azərbaycanlı saatlarla danışar. Bilirsiniz ki, Ulu öndər SSRİ dövründə ən böyük vəzifələrdən birini tuturdu. Xalqın çağırışı ilə Azərbaycana gələrək bizi yenidən əsarət altına düşməkdən xilas etdi. O dövrdə Heydər Əliyev bizi xilas etmək üçün hər yoldan istifadə etdi".

Birinci dönəmdə onun Milli Məclisdə çıxışları hər kəsin yaddındadır. O zaman Milli Məclisdə oturanlar onun çıxış etməsini istəmirdi. Min bir oyunlarla onun çıxışlarını kəsir, ayaqlarını yerə vururdular ki, onun səsi eşidilməsin. Onun çıxışlarını boykot edirdilər. Bu gün deputatlar düyməni basıb rahat çıxış edirlər. Amma o zaman çıxışlar tribunada olurdu. Ona da imkan vermirdilər. Ulu öndər özü tək-tək rayonları gəzib insanların problemləri ilə maraqlanırdı. Bir dəfə Ulu öndər hər bölgədən olan vəzifəli şəxsləri dəvət etmişdi. Mən həmin dövrdə çay fabrikinin müdiri idim. O görüşə mən də dəvətli idim. 40-50 nəfər o görüşdə iştirak edirdi. Ulu öndər hər birimizin qarşısına tapşırıq qoydu ki, orduya dəstək olmalısınız. Bilirsiniz ki, o dövürdə ordumuzda vəziyyət ürəkaçan deyildi. Əsgərlərimiz yırtıq çəkmədə gəzir, geyim, silah yox dərəcəsində idi. Kimin nəyə gücü çatırdısa, orduya yardım edirdi. Moskva ilə əlaqəsi olanlara tapşırıq verdi ki, əsgərlər üçün hərbi ləvazimatlar və geyimlər gətirsinlər. Ulu öndər Heydər Əliyev rayonlarda işlərini düzgün aparmayan bəzi icra başçılarına öz iradlarını bildirib, söylədi ki, bölgələrdə, kəndlərdə hörməti olan cavan, yaşlı nəsli ətrafına yığıb dövləti yenidən qurmaq istəyir. Onlardan da tək istəyi dövlətçiliyimizə dəstək olmaları idi. Ulu öndər Heydər Əliyev hər birimizdən dəstək istəyirdi".

Cavanşir Paşazadə vurğulayıb ki, Ulu öndər Heydər Əliyev zarafatı, yumoru çox sevirdi: "O, bir dəfə yağışlı gündə Lənkərana gəlmişdi. O görüşdə baş nazirin müavinləri və başqa vəzifəli şəxslər iştirak edirdi. Yağış hər birini islatmışdı. Ulu öndər Heydər Əliyev o zaman onlara baxıb dedi ki, mən necə göründüyümü bilmirəm, amma yağış sizi çox isladıb. Naxçıvanda alça yeməsi, çayı dişləmə qəndlə içşməsi onun sadəliyinin bariz nümunələridir. Ulu öndər hər tərəfli bir insan idi. Bilirsiniz ki, Ulu öndər hər zaman uşaqları çox sevib. Eləcə də uşaqlar onu öz babaları kimi görürdü. Heç bir zaman yaddımdan çıxmaz, Moskvada yayımlanan "Pole Çudes" verilişində anası ilə birlikdə iştirak edən balaca qızdan dünyanın ən bacarlıqlı siyasətçisini soruşanda o, Heydər Əliyev cavabını verdi. Bilirsiniz ki, o dövrlər Ulu öndərimiz Heydər Əliyev Moskvada işləyirdi. Düşünün, 8 yaşında, siyasətdən uzaq olan bir uşağın ürəyində ulu öndərimiz Heydər Əliyevə qarşı necə böyük sevgi olub".

Cavanşir Paşazadə Ulu öndər Heydər Əliyevlə bir neçə görüşünün olduğunu qeyd edib:

"Mən özümü xoşbəxt hiss edirəm ki, belə bir dahi şəxsin əlini sıxıb, görüşmüşəm. Əgər xalqını sevib, dəyər verən bir liderə sahibsək, biz çox xoşbəxt xalqıq. Allah Ulu öndər Heydər Əliyevə rəhmət etsin. Ulu öndər Heydər Əliyev həm keçmiş sovet, həm də müstəqillik dönəmində Azərbaycanın inkişafı, onun dünya dövlətləri cərgəsində layiqli yerini tutması üçün böyük əmək sərf edib, xalqın və eyni zamanda özünün adını əbədi olaraq tarixə yazıb. Heydər Əliyevin hakimiyyətdə olduğu dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir.

1969-cu il iyulun 14-də başlanan yol Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinə gətirib çıxarıb. Ulu Öndərin siyasi iradəsi və uzaqgörənliyi sayəsində Azərbaycan iqtisadi və milli mədəni yüksəliş dövrünə qədəm qoydu. Bu gün biz 14 iyul tarixini müstəqilliyimizin başlanğıcı kimi qəbul edir və qeyd edirik. Azərbaycanın dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin qurduğu möhkəm təməl üzərində ölkəmiz bu gün müasir, dinamik inkişaf edir, regionda söz sahibidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Ulu Öndərin strateji xəttinin layiqli davamı və daha da möhkəmləndirilməsidir. Dövlətimizin milli maraqlarının qorunması, beynəlxalq arenada Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, qlobal layihələrdə fəal iştirak Prezident İlham Əliyevin siyasətinin prioritetlərindədir. Eyni zamanda, sosial siyasət sahəsində genişmiqyaslı proqramlar icra olunur, əhalinin rifahının yüksəldilməsi, sosial ədalətin təmin edilməsi dövlət siyasətinin əsas sütunlarından biridir. Azərbaycanın hərtərəfli inkişafına xidmət edən bu siyasət, əlbəttə ki, Ümummilli Liderin qoyduğu dəyərlər əsasında həyata keçirilir.

12 dekabr Azərbaycan xalqının Ümummilli Lideri, böyük dövlət xadimi Heydər Əliyevin anım günüdür. Ulu öndər Heydər Əliyev Azərbaycan dövləti və xalqı var olduqca hər zaman ürəyimizdə, yaddaşlarımızda yaşayacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 543   Tarix: 04 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr