"Beynimiz milyon illərdir "pis ola bilər" siqnalını "yaxşı olar" siqnalından daha prioritet hesab edib" - AÇIQLAMA
"İnsan beyninin mənfi düşüncələrə daha həssas yanaşması faktı yeni bilinən bir şey deyil. Təkamül psixologiyası bucağından baxsaq da bu tam anlaşılan məsələdir. Qədim insan kol dibindən gələn xışıltının meymun yox, pələng olma ehtimalına qarşı həssas olmalı idi ki, sağ qala bilsin. Ona görə beynimiz milyon illərdir "pis ola bilər" siqnalını "yaxşı olar" siqnalından daha prioritet hesab edib. Müasir insan isə təhlükəni mütləq reallıqda yox, həm də informasiyada axtarır. Artıq xəbər lentimizdə də "pələng" axtarmağa, görməyə daha meyilliyik".
Bu sözləri Sonxeber.az-a sosioloq Yusif Nəbiyev danışıb.
O, açıqlamasında qeyd edib ki, sosial aspektdən baxanda isə problem daha dərindir:
"Ziqmund Baumanın "axıcı müasirlik" (fluid modernity) konseptinə görə, həyat o qədər dəyişkən və qeyri-sabitdir ki, insanlar riskləri idarə edə bilmirlər və nəticədə narahatlıq bir növ sosial norma halına gəlir. Əvvəllər insanı ailə, qohumluq, icma kimi sabit strukturlar qoruyurdusa, indi fərd təkdir və özü öz dərdinə çarə tapmaq məcburiyyətindədir. Təbii ki, belə şəraitdə beyin müsbətə deyil, təhlükəyə fokuslanır. Çünki təhlükə daha real görünür.
Nəticə baxımından, mənfi fikirlərin daha qalıcı olması sosial münasibətləri zədələyə bilir. İnsan özündə daşıdığı narahatlığı çevrəsinə də ötürür və nəticədə cəmiyyətdə neqativ bir domino effekti yaranır. Yəni fərdi narahatlıq tədricən sosial narahatlığa çevrilir.
Təəssüf ki, bu problem təkcə psixoloji mexanizmin nəticəsi deyil, müasir dünyanın quruluşu da mənfiliyi sistemli şəkildə qidalandırır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 863 Tarix: 04 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrBakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
2 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrAzərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
1 noyabr