İsmayıllıda QƏZA: Ölənlər var
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində, İsmayıllı-Qəbələ avtomobil yolunun 12-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İsmayıllı rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarına aşması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobildəki sərnişinlər deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıblar.
Xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan iki nəfər sərnişini xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Yol-nəqliyyat zamanı həyatını itirmiş bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
09:12
İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobilin sürücüsü Orxan Rəhimlinin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.
Hadisə nəticəsində Oğuz rayon sakinləri, 2000-ci il təvəllüdlü Səfər Etibar oğlu Rəşidov və 2000-ci il təvəllüdlü Şükür Araz oğlu Şükürlu dünyasını dəyişiblər.
Daha iki nəfər, 1997-ci il təvəllüdlü Orxan Mehman oğlu Rəhimli və 1988-ci il təvəllüdlü İsmayıllı sakini Tural Eldar oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1252 Tarix: 22 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrİnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrMasajist əlavə yolpulu istədi, müştəri onu təhqir edərək evdən qovdu - VİDEO
Türkiyədə evinə 5 min lirə qarşılığında masaj üçün çağırdığı qadının əlavə yolpulu istəməsinə əsəbiləşən şəxsin davranışı kameraya düşüb. xarici mediaya istinadla xəbər verir ki, razılaşdırılan məbləğdən əlavə yolpulu tələb edilməsi tərəflər arasında mübahisəyə səbəb olub. Masajist baş verənlərə etira
29 sentyabrMəktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb
13 oktyabrBurulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların
29 sentyabrQaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabrQızı ilə çörək almağa gedən ata motosikletin qurbanı oldu - VİDEO
İstanbulun Başakşehir rayonunda 45 yaşlı Mehmet Kartop 12 yaşlı qızı ilə çörək almağa gedərkən motosikletin vurması nəticəsində yaralanıb. Hadisə anı təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, sürətlə hərəkət edən və nömrəsi müəyyənləşdirilməyən motosiklet Kartopa çırpıldıqda
29 sentyabr