Bələdiyyələrlə bağlı üç qanuna dəyişiklik edildi
Prezident İlham Əliyev "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Büdcə sistemi haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 86-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Sonxeber.az President.az-a istinadən xəbər verir ki, fərmanla "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 4-cü hissəsinin birinci və ikinci cümlələrində "informasiya sistemi" dedikdə "Bələdiyyələrlə iş" informasiya sistemi nəzərdə tutulur.
Həmçinin, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsinin birinci və ikinci cümlələrində "informasiya sistemi" dedikdə "Bələdiyyələrlə iş" informasiya sistemi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Büdcə sistemi haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 86-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etmək həvalə olunub.
Eləcə də "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 233 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 713 (Cild I) 2-ci hissəsinin ikinci abzası 2.1-ci bənd hesab olunur və aşağıdakı məzmunda 2.2-ci bənd əlavə edilir:
"2.2. həmin Qanunun 11-ci maddəsinin 4-cü hissəsinin birinci və ikinci cümlələrində "informasiya sistemi" dedikdə "Bələdiyyələrlə iş" informasiya sistemi nəzərdə tutulur.".
"Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 605 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarixli 257 nömrəli Fərmanı) 2.19-cu bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunur və aşağıdakı məzmunda 2.20-ci bənd əlavə edilir:
"2.20. həmin Qanunun 37.8-ci maddəsinin birinci və ikinci cümlələrində "informasiya sistemi" dedikdə "Bələdiyyələrlə iş" informasiya sistemi nəzərdə tutulur.".
"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Büdcə sistemi haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə bu linkdən tanış olmaq mümkündür.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
Sabunun məişətdə 10 faydalı istifadə üsulu
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR