"Haber Global": "Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır" - VİDEO
Türkiyə ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlığa qarşı sosial mediada əsassız iddialar və dezinformasiya xarakterli paylaşımlar yayılır.
Oxu.Az xəbər verir ki, "Haber Global"da yayımlanan süjetdə iki ölkə arasındakı münasibətlərə kölgə salmağa yönələn sosial media paylaşımlarından bəhs olunub.
Süjetdə qeyd edilir ki, "bir millət, iki dövlət" anlayışından narahat olan dairələr sosial mediadan istifadə etməklə Türkiyə-Azərbaycan münasibətlərinə qarşı sistemli dezinformasiya kampaniyası aparırlar. Bildirilir ki, bəzi hesablar saxta ad və şəkillərdən istifadə edir, müxtəlif əsassız iddialar, dəyişdirilmiş görüntülər və təhqiramiz ifadələr yayırlar.
Süjetdə bu cür paylaşımların xüsusilə BMT Baş Assambleyasında ekrana çıxarılan bir görüntüdən sonra geniş yayıldığı və Azərbaycanın milli kimliyinin, eləcə də Türkiyə ilə qardaşlıq münasibətlərinin hədəf alındığı vurğulanır.
Daha ətraflı videosüjetdə:
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 423 Tarix: 27 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTəbiətin möcüzəsi - Kəlbəcər azaddır
İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatmaqla çoxəsrlik tariximizin heç zaman unudulmayacaq səhifəsini yazdı. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bir daha bildird
21 noyabrPrezident həmkarı ilə geniş tərkibdə görüşdü - Fotolar - Yenilənib
Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. *. Görüşdə çıxış edən Vyetnam Prezidenti To Lam deyib:
21 noyabrPrezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə hazırlıqdan - Video
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Vyetnamın paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo"nun məlumatına görə, dövlət başçısının rəsmi qarşılanma mərasimi üçün hazırlıqlar görülüb. Həmin anın görüntülərini təqdim edirik:
21 noyabrPrezident və xanımını belə yola saldılar - Video
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri noyabrın 21-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevan
21 noyabr