İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTOİkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "SOCAR, XRG və "TotalEnergies" şirkətləri arasında "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı"nı SOCAR-ın prezidenti Rövşən Nəcəf, "TotalEnergies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz və ADNOC/XRG-nin İcra Ofisi Direktorluğunun direktoru Omar Əl-Suveydi mübadilə ediblər.

"SOCAR ilə "Comstock Resources" şirkəti arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişi"ni SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Comstock" şirkətinin prezidenti Roland Burns mübadilə ediblər.

"SOCAR ilə "Apollo" şirkəti arasında "upstream" işlənmə və hasilat layihələrinə investisiya üzrə strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu"nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Apollo" şirkətinin idarəedici direktoru Conatan Bar mübadilə ediblər.

"SOCAR ilə "Securing Energy for Europe GmbH" (SEFE) şirkəti arasında təbii qaz, LNG, enerji təhlükəsizliyi, enerji infrastrukturunun inkişafı və hasilat layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və SEFE şirkətinin idarəedici direktoru Alexander Demidov mübadilə ediblər.

"SOCAR ilə İtaliyanın "Eni S.p.A." şirkəti arasında Kot-d"İvuar Respublikasında yerləşən "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10 faiz iştirak payının əldə olunması üzrə Əməliyyatın Tamamlanmasına dair Protokol"u SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Eni" şirkətinin Mərkəzi Asiya Bölgəsi üzrə rəhbəri Seger Hoijtink mübadilə ediblər.

"SOCAR və "ExxonMobil" şirkəti arasında Azərbaycan Respublikasının Orta Kür hövzəsi üzrə qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi"ni SOCAR-ın prezidenti Rövşən Nəcəf və "ExxonMobil" korporasiyasının qlobal qeyri-ənənəvi kəşfiyyat üzrə meneceri Kit Simpson mübadilə ediblər.

"SOCAR və "Oracle" şirkəti arasında Oracle Alloy Agreement (və yaxud Əsas Şərtlər Toplusu)"nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və ABŞ-nin "Oracle" şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə texnologiya mühəndisliyinin baş vitse-prezidenti Ceyson Ris mübadilə ediblər.

"SOCAR ilə VNG arasında Strateji Əməkdaşlığa dair Saziş"i SOCAR-ın prezidenti Rövşən Nəcəf və "VNG AG" şirkətinin idarəedici direktoru Konstantin Herzog von Oldenburg mübadilə ediblər.

"Azərbaycan Biznesinin İnkişafı Fondu ilə Hindistanın "UFlex Group" şirkəti arasında Üçtərəfli Birgə Müəssisə Müqaviləsi"ni Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və "UFlex Group" şirkətinin İdarə Heyətinin sədri və Baş direktoru Aşok Çaturvedi mübadilə ediblər.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə "Carlsberg Group" şirkəti arasında Strateji Tərəfdaşlıq və İnvestisiya Çərçivə Sazişi"ni Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Carlsberg Group"un Mərkəzi və Şərqi Avropa və Hindistan üzrə icraçı vitse-prezidenti Nikos Kalaitzidakis mübadilə ediblər.

"Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu ilə "Hong Kong Renteng International Trade Co. Limited" şirkəti arasında İnvestisiya Müqaviləsi"ni Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və "Hong Kong Renteng International Trade Co. Limited" şirkətinin İdarə Heyətinin sədri Yang Xueren mübadilə ediblər.

11:24

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub.

Oxu.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTOİkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTOİkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTOİkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTOİkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTOİkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTOİkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTOİkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTOİkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTOİkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 106   Tarix: 26 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İdarəetmə qabiliyyətinə malik vətənpərvər beyinlərə daha çox ehtiyacımız var

"Mənim kimi döyüşəcək çox insan tapmaq olar. Amma savadlı, düşünən, idarəetmə qabiliyyətinə malik vətənpərvər beyinlərə daha çox ehtiyacımız var. Bir əsgərimiz şəhid olur, onun yerinə başqası gəlir. Amma bir komandirin yaralanması daha böyük itkilərə səbəb ola bilər". Bunu BİG.AZ-ın "Səmim

26 sentyabr
.

Almaniyanın "sülh" maskası cırıldı: Lazımsız mükafat fonunda Ermənistana dəstək nəyi dəyişir?

Ermənistanın baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində səylərinə" və "Avropa İttifaqı ilə yaxınlaşmasına" görə Almaniyanın Hessen Sülh Mükafatına layiq görülüb. 1993-cü ildə Hessen əyalətinin keçmiş baş naziri Albert Ossvald və onun adını daşıyan fon

24 sentyabr
.

İlham Əliyev: "Bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq"

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iqtisadi sahədə ölkəmiz üçün prioritet istiqamətləri açıqlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bir neçə prioritet sahəni qeyd edən dövlətimizin başçısı bildirib:. "İlk növbədə, bərpaolunan enerjidir

26 sentyabr
.

Prezident: "30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür"

"Azərbaycanda çox önəmli bir amil siyasi və iqtisadi sabitlikdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. Dövlətimizin başçısı deyib ki, bu, Azərbaycanda artıq 30 ildən ço

26 sentyabr
.

İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbayca

25 sentyabr
.

Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverən İbiş oğlu İsmayılova "general-leytenant" ali hərbi rütbəsi verilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb

25 sentyabr
.

Anım Günü xalqımızın dövləti, torpağı, bayrağı uğrunda canından keçməyə hazır olmasının təsdiqi günüdür

2020-ci il 27 sentyabr tarixi Vətən müharibəsinin başlandığı, Azərbaycan xalqınımn hər bir fərdinin işğaldakı torpaqlarımızı azad etmək üçün birləşdiyi, bir yumruğa çevrildiyi müqəddəs bir gündür. Məhz 27 sentyabr günündən başlayaraq 10 noyabr tarixinə qədər Ali Baş Komandanın rəhbərliyi altında şanl

25 sentyabr
.

Samir Şərifov Prezidentin Forum iştirakçılarına müraciətini səsləndirdi

Prezident İlham Əliyev Forumun iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısının müraciətini Baş nazirin müavini Samir Şərifov səsləndirib

25 sentyabr
.

İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO+YENİLƏNİB

Sentyabrın 26-da Bakı şəhər halqasında "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışı keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər. Qeyd edək ki, "Formula-1" Azərbayca

26 sentyabr