Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb

Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıbBakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu, forumda səslənən fikirlər, imzalanan müqavilələr, investisiya sənədləri və Prezident İlham Əliyevin bu mötəbər tədbirdə iştirakı və keçirdiyi görüşlər dünya mediasının diqqətində olub. Türkiyənin, Rusiyanın, Avropa, Mərkəzi Asiya və digər ölkələrin media orqanları bu barədə geniş materiallar dərc edib.

Sonxeber.az AZƏRTAC-a istinadla xəbər verir ki, Türkiyənin "SonDurak" media resursunda yazılıb ki, Prezident İlham Əliyevin himayəsi ilə keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 10,8 milyard dollar həcmində 23 investisiya sənədi imzalanıb.

Azərbaycanın Orta Dəhliz kimi layihələrdə iştirakı onun iqtisadi potensialını artırır və sərmayəçilər Azərbaycana sərmayə yatırmaq niyyətlərini bildiriblər.

"Haberler.com" saytında qeyd edilib ki, Azərbaycan Avropa ilə Asiya arasında böyük tranzit potensialına malikdir. Yaradılan nəqliyyat infrastrukturu pespektivdə iqtisadi inkişaf üçün geniş imkanlar yaradıb. Cənubi Qafqazın iqtisadi baxımdan inkişaf etmiş ölkəsi olan Azərbaycanda iqtisadi islahatlar səmərəli həyata keçirilib.

"Bloomberg"də nəzərə çatdırılıb ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR, Fransanın "TotalEnergies" və mərkəzi Abu Dabidə yerləşən "XRG" şirkətləri arasında aparılan danışıqların nəticəsi olaraq Abşeron qaz və kondensat sahəsinə sərmayə qoymaq haqqında razılıq əldə edilib. Materialda diqqətə çatdırılıb ki, "Abşeron" yatağından yaxın 3 ildə əlavə 5 milyard kubmetr təbii qaz hasil ediləcək.

Qırğızıstanın Milli İnvestisiya Agentliyinin saytında dərc olunan materialda bildirilib ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda türk dövlətlərinin qarşılıqlı sərmayə yatırımı məsələsi müzakirə olunub və qərara alınıb ki, türk dövlətlərinin investisiya agentlikləri arasında əlaqələr artırılsın və birgə layihələr təqdim edilərək həyata keçirilsin. Bunlarla yanaşı, dünya maliyyə bazarında fəal rol oynamaq da qərara alınıb.

"Akşam" qəzetinin elektron platformasında dərc olunan materialda vurğulanıb ki, Prezident İlham Əliyev ölkədə alternativ və bərpaolunan enerji mənbələrindən olduqca səmərəli istifadə edir. Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat alternativ enerji istehsal etmək potensialı var. Bu istiqamətdə Azərbaycanda böyük işlər görülür və istismara verilən stansiyalar da fəaliyyətini davam etdirir.

Rusiyanın TASS İnformasiya Agentliyində Azərbaycanın energetika naziri Pərviz Şahbazovun "Regional enerji əlaqələri və yaşıl keçid: Çağırışlar və imkanlar" mövzusunda keçirilən sessiyadakı çıxışına istinadla yazılır ki, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsi üzrə yekun investisiya qərarı 2029-cu ilə planlaşdırılır. Ümumi ötürmə gücü 4 QVt olan layihənin texniki-iqtisadi əsaslandırılması onun mümkünlüyünü təsdiqləyib. Dəhliz 2032-ci ildə tədricən istifadəyə veriləcək və onun tam gücü ilə 2040-cı ilə qədər istifadəyə verilməsi planlaşdırılır.

"Finacial One" portalında vurğulanıb ki, forumda imzalanmış sənədlər süni intellekt, enerji, o cümlədən bərpaolunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su idarəçiliyi sahələrində layihələrin həyata keçirilməsini nəzərdə tutur. Müxtəlif ölkələrin dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının, qlobal investorların, beyin mərkəzlərinin və işgüzar dairələrin nümayəndələrinin qatıldığı forumda Azərbaycan və region üçün investisiya perspektivləri, Orta Dəhlizin inkişafı, sənaye və azad iqtisadi zonalar, süni intellekt və rəqəmsal transformasiya, enerji və yaşıl keçid, kapital bazarları, aqrobiznes, vacib xammal və iqtisadi təhlükəsizlik məsələləri müzakirə olunub. Dünya üçün aktual xarakter daşıyan bu məsələləri Azərbaycan diqqətdə saxlayaraq müasir trendlərdən geridə qalmır.

"Ритм Евразии" analitik portalında dərc edilən materiallarda diqqətə çatdırılıb ki, Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda "The European House - Ambrosett"nin baş direktoru və idarəedici tərəfdaşı Valerio De Molli "Azərbaycan və Cənubi Qafqaz: İnvestisiyaların artımı üçün mərkəz" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın və Cənubi Qafqazın investisiyaların artımı üçün potensialı, regional əlaqələri və bölgənin qlobal iqtisadi sistemdəki inkişaf edən rolu vurğulanıb. Azərbaycanın iqtisadi potensialı haqqında ətraflı məlumat verilib.

"İşçı Haber" saytında yazılıb ki, Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 10,8 milyard dollarlıq investisiya sənədinin imzalanması onun mötəbərliyi ilə yanaşı, Azərbaycanın iqtisadi potensialının da yüksək olduğunu göstərir. Müxtəlif sahələri əhatə edən investisiya sənədləri perspektivdə ölkə iqtisadiyyatının inkişafına böyük təkan verəcək. Forumda iştirak edən dünyamiqyaslı şirkətlər də öz aralarında əməkdaşlıq haqqında razılıqlar əldə ediblər. Azərbaycan keçirdiyi bu forum vasitəsi ilə beynəlxalq şirkətlər üçün əməkdaşlıq imkanı yaradıb.

"Star" qəzetinin elektron variantında yayımlanan məqalədə bildirilib ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun işinə qatılan Azərbaycan Prezidenti İlham Əliyev uzunmüddətli və davamlı artıma nail olmaq üçün neft və təbii qazdan başqa sektorların potensialının qiymətləndirilməli olduğunu bildirib və əlavə edib ki, bərpaolunan enerji, logistika, nəqliyyat, elektrik enerjisi ixracı və mədənçilik gələcəkdə ölkə iqtisadiyyatının mühüm hərəkətverici qüvvələri olacaq. Azərbaycan etibarlı ölkə olduğu üçün buraya sərmayə yatırmaq istəyən şirkətlərin sayı artır. Təsadüfi deyil ki, son 20 ildə Azərbaycana təxminən 350 milyard dollar sərmayə yatırılıb.

"Yeni Dönəm" saytı forumda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə geniş yer verib. Qeyd olunub ki, Prezident İlham Əliyev Bakıda keçirilən İkinci Beynəlxalq İnvestisiya Forumunda çıxış edərək deyib: "Azərbaycandan keçən tranzit yük daşımalarında sürətli artım var və bu il 16 milyon tona çatacaq. Lakin məqsədimiz 2030-cu ilə qədər həm şərq-qərb, həm də şimal-cənub marşrutları üzrə 25 milyon tona, bəlkə də, daha çoxa çatmaqdır. Buna nail olmaq üçün qonşularımızla fəal şəkildə çalışırıq".

Saytda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin regionda apardığı sülh siyasəti bu planların reallaşmasına imkan verir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 69   Tarix: 26 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bayramov Nyu-Yordka Mirzoyanla görüşdü: Nələr müzakirə edildi? (FOTO)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində sentyabrın 24-də Nyu-Yorkda görüş keçirib. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunub ki

25 sentyabr
.

İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin keçən il Nyu-Yorkda Cor

25 sentyabr
.

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib - Video

Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda tədbir təşkil olunub. "Qafqazinfo" xəbər veri

26 sentyabr
.

Azərbaycan xalqı işğalla heç zaman barışmayıb

"İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasın

25 sentyabr
.

Azərbaycan Prezidenti: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

"Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazdadır, amma Mərkəzi Asiya regionunda tamhüquqlu üzv olduq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. Əlbəttə ki, idarəçilik, inzibatçılıq

26 sentyabr
.

İlham Əliyev: "Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır"

"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin sentyabrın 25-də işə başlayan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətində yer alıb. "Baxışımız enerj

25 sentyabr
.

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. AZƏRTAC-a istinadən xəbər verir ki, "SOCAR, XRG və "TotalEnergies" şirkətləri arasında "Abşeron" qaz-kondensat yatağını

26 sentyabr
.

Ərazi bütövlüyü və suverenliyimiz uğrunda

Torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxlayan Ermənistan son illər ərzində daha çox təxribatlar törədir, işğalçı ölkənin silahlı birləşmələri təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini belə hədəf alırdılar. 2020-ci ilin iyul-avqust ayları ərzində Ermənistanın törətdiyi təxriba

25 sentyabr
.

Samir Şərifov Prezidentin Forum iştirakçılarına müraciətini səsləndirdi

Prezident İlham Əliyev Forumun iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısının müraciətini Baş nazirin müavini Samir Şərifov səsləndirib

25 sentyabr