Məhz İnvestisiya Forumunda iqtisadi artımın təməli qoyulur
Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarını dünyanın aparıcı investorlarına təqdim edən mühüm beynəlxalq platformadır. Çünki hazırda dünyada investisiya uğrunda mübarizə gedir, hər bir ölkə çalışır ki, xarici investorları öz ölkəsində cəlb eləsin və iş yerləri açsın, yeni iqtisadi inkişafa nail ola bilsin.
Azərbaycan da dünyada gedən investisiya uğrunda mübarizə trendlərindən geri qalmamalıdır. Ona görə Azərbaycan da bu trendlərdən geri düşməməlidir. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanda indi qeyri-neft sektorunun inkişafı prioritetdir. Neft-qaz sektoruna sərmayələrdən əlavə, qeyri-neft sektoruna, xüsusilə sənayeləşməyə, kənd təsərrüfatına, logistikaya, digər sahələrə investisiyaları cəlb etmək üçün çalışırıq. Bu, çox vacib bir forumdur.
Bu cür forumlar Azərbaycanın investisiya üçün cəlbedici ölkə kimi təqdim olunması baxımından əhəmiyyətlidir. Belə forumlar Dubayda da, Özbəkistanda da keçirilir. Biz çalışırıq ki, Azərbaycanı cəlbedici bir zona və ölkə kimi göstərək. Eyni zamanda, investorlara ölkəmizdəki azad iqtisadi zonaları, vergi güzəştlərini, digər imkanları göstərək və investorları cəlb edək.
Azərbaycanın investisiya potensialında işğaldan azad edilmiş ərazilər də xüsusi yer tutur. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri həmin ərazilərdə yeni iqtisadi infrastrukturun formalaşmasına şərait yaradır. Burada nəqliyyat, enerji, kənd təsərrüfatı, turizm, şəhərsalma, sənaye, logistika və xidmət sahələri üzrə müxtəlif investisiya imkanları meydana çıxır.
Bu ərazilərin mühüm xüsusiyyəti ondan ibarətdir ki, bir çox hallarda investor üçün mövcud köhnə infrastrukturun yenilənməsi deyil, müasir texnologiyalar əsasında yeni iqtisadi məkanın qurulması imkanı yaranır. "Yaşıl" enerji yanaşmasının tətbiqi, ağıllı şəhər və kənd konsepsiyaları, yeni yollar və enerji infrastrukturu həmin ərazilərin gələcəkdə müasir iqtisadi fəaliyyət mərkəzlərinə çevrilməsi üçün baza formalaşdırır. Burada investisiyanın sosial funksiyası da xüsusi əhəmiyyət daşıyır. Yeni müəssisələrin yaradılması məşğulluğun artmasına, əhalinin dayanıqlı məskunlaşmasına və regionların iqtisadi fəallığının yüksəlməsinə xidmət edir.
Azərbaycanın gənc əhalisi var və iş yerləri təmin edilməlidir. Bu, çox vacib bir mövzu və vəzifədir. Azərbaycan özünü regional hab kimi göstərmək istəyir - logistika imkanları, nəqliyyat dəhlizlərinin inkişafı, yeni layihələr, Orta Dəhliz, Zəngəzur dəhlizi və sair.
Ona görə mən bunu çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycanda iqtisadi artımın təməli məhz belə forumlarda qoyulur.
Günel Aslanlı - AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar