Şantajın qanunla cəzası nədir? - AÇIQLAMA
Bu gün ölkədə şantaj edildiyi üçün həyatı alt-üst olan çox sayda insan var. Gözləmədiyin bir anda səni təhdid edərək "nəsə" tələb edən biri, gizli bir sirri sənə qarşı vasitə kimi istifadə edir.
Bəs görəsən qanunla şantajın cəzası nədir?
Mövzu ilə bağlı vəkil Rəşad Əliyev Sonxeber.az – a açıqlama verib:
"Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını tələb etmə Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə məsuliyyət yaradır.
Bu əmələ görtə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, zor tətbiq etmə ilə törədildikdə, xeyli miqdarda (beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ) əmlak əldə etmək məqsədi ilə törədildikdə isə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulub.
Hədə-qorxu ilə tələb etmə mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda (dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ) əmlak əldə etmək məqsədi ilə törədildikdə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə isə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin əməllər xüsusilə külli miqdarda (beş yüz min manatdan yuxarı olan mәblәğ) əmlak əldə etmək məqsədi ilə törədildikdə isə on üç ildən on yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1446 Tarix: 22 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrMasazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30 sentyabrYeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabrGürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri
2 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrOtağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1
11 oktyabr