Qəbələdə baş verən avtoqəzanın YENİ DETALLARI: Sürücülük hüququ olmayıb
"Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücülərdən biri sərxoş olub və onun avtomobil idarəetmə hüququ olmayıb".
Sonxeber.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
"Tövlə kəndində baş verən hadisədə VAZ-2101 markalı, 27-BT-834 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Aqsif Yaşar oğlu Qəribli sükan arxasında sərxoş vəziyyətdə olub və onun avtomobil idarə etmə hüququ olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Hadisənin baş verməsində günahkar tərəfin kimliyini istintaq müəyyən edəcək.
BDYPİ bu hadisədə təqsirin kimdə olmasından asılı olmayaraq, nəqliyyat vasitələrinin sükanı arxasında sərxoş, eləcə də idarəetmə hüququ olmadan əyləşən şəxslərin əksər hallarda nəticəsi faciə ilə bitən kobud qayda pozuntularına yol verdiklərini bir daha xatırladır və bu kimi qanunazidd əməllərə meyilli olan şəxsləri ölüm və ağır xəsarətlərlə nəticələnən sözügedən hadisədən düzgün nəticə çıxarmağa çağırır",- deyə M.Ağayev bildirib.
*** 10:52
Qəbələdə yol qəzası baş verib, bir nəfər ölüb, dördü xəsarət alıb.
Sonxeber.az report-a istinadən xəbər verir ki, hadisə yanvarın 31-də axşam saatlarında rayonun Tövlə kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-2106" və "VAZ-2101" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ-2106"da olan sərnişin, 1958-ci il təvəllüdlü Ehsan Kərimov hadisə yerində ölüb, digər sərnişin, 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü, 56 yaşlı Emin Muşdaqov, digər avtomobilin sürücüsü, 30 yaşlı Ağasif Qəribli və sərnişini, 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanlılar daha iki hərf öyrənməli olacaqlar - Yeni ƏLİFBA
Azərbaycanda YENİ QAYDA: Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ - FOTO
Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandı
Sentyabrda neçə gün iş olmayacaq? - AÇIQLANDI
Azərbaycanda çoxunun evində var: 250 MANATA ALIRLAR - FOTO
İçinə bir dənə əlavə edin: Qatıq turşumayacaq
Hər ailəyə 120 min manat yardım - Azərbaycanda Sinqapur təcrübəsi?
"Sabah"ın stadionu Aİ ilə 30 minlik oldu - Video
Pensiyalarla bağlı ŞAD XƏBƏR: 10 faiz artım...
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı ŞAD XƏBƏR - TARİX
Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
5 ildir gölməçədə yaşayır, suyun içində yemək yeyir
Pensiya kapitalı ilə bağlı AÇIQLAMA - Hüququnuz necə müəyyənləşir?
XƏBƏRDARLIQ! Bakıda bu tarixədək LEYSAN OLACAQ
Buna görə 70 manat dövlət rüsumu alınacaq