17 yaşlı qız niyə mağaza sahibini bıçaqlayıb öldürdü?
Milasda mağaza sahibi Halil İbrahim Mercan iş yerində ölü tapılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında Milas rayon mərkəzi, Cümhuriyyət küçəsində baş verib. Belə ki, yoldan keçən vətəndaşlar mağazaların yerləşdiyi küçədə stulda hərəkətsiz oturan şəxsi görüblər.
Vəziyyətdən şübhələnən vətəndaşlar 112 Təcili Zəng Mərkəzinə zəng edib. Xəbər verildikdən sonra əraziyə təcili tibbi yardım və polis qrupları sövq edilib. Qısa müddətdə əraziyə gələn həkimlər şəxsin öldüyünü müəyyən edib. Bıçaqlanan və həddindən artıq qan itirən şəxsin Milasda tərəvəz marketinin sahibi Halil İbrahim Mercan (48) olduğu müəyyən edilib.
Polis qrupları qətllə bağlı araşdırma başladıb və bölgədəki bütün təhlükəsizlik kameralarını izləyib. Yüzlərlə saatlıq təhlükəsizlik kamerası görüntülərini izləyən polis hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı B.Ö. adlı qadını saxlayıb. Onun bu əməli niyə törətdiyi hələlik məlum deyil.
Təhlükəsizlik kameralarına düşən görüntülərdə B.Ö-nin hadisə yerinə çox sakit gəldiyi, küçədə oturan Mercan-ı dəfələrlə bıçaqladığı, daha sonra gəldiyi istiqamətə dönərək sürətlə uzaqlaşdığı görülüb.
Hadisə ilə bağlı araşdırmalar davam edir
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1469 Tarix: 04 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Keçmiş sevgilisi ilə görüşən qadın dəqiqələr sonra polisə zəng vurdu - VİDEO
Türkiyənin Aksaray şəhərində keçmiş sevgilisi olduğunu bildirdiyi S.K. ilə görüşən 29 yaşlı B.İ. aralarında yaranan mübahisə zamanı döyüldüyünü deyərək 112 Təcili Çağrı Mərkəzinə müraciət edib. Hadisə yerinə qısa müddətdə gələn polis əməkdaşları gənc qadını mühafizəyə götürüb, onun şikayəti əsasınd
27 avqustİdman zalında qadına şiddət göstərən şəxs sərbəst buraxıldı - VİDEO
Mersin’in Yenişehir ilçəsində idman zalında baş verən şiddət hadisəsi təhlükəsizlik kameralarına əks olunub. Mübahisə etdiyi qadının boğazını sıxan şəxs, zaldakı başqa bir qadının müdaxiləsi nəticəsində uzaqlaşdırılıb. Hadisədən sonra saxlanılan şübhəli məhkəmə tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəs
27 avqustQazaxda keçmiş məhkum saxlanıldı: Dörd kiloqram narkotik və 300 həb AŞKARLANDI
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Amil Dəmirov saxlanılıb. -ın məlumatına görə, həmin şəxsdən 4 kiloqram narkotik vasitə və 300 ədəd narkotik tərkibli həb aşkarlanıb. Saxlanılan şəxs ifadəsində əldə etdiyi narkotik vasitələri müxtəlif ünvanlar
23 avqustSumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var
Sumqayıt şəhərinin 14-cü məhəlləsi ərazisində yerləşən 2 saylı internat yataqxanasında yanğın baş verib. "Report"a istinadən xəbər verir ki, hadisə yataqxananın dəhlizində qeydə alınıb. Yanğın zamanı yataqxanada yaşayan 199-cu il təvəllüdlü Şahin Maşallah oğlu Hüseynov və onun anası, 1978-c
22 avqustCəlilabadda ikimərtəbəli ev külə döndü
Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib. xəbər verir ki, hadisə rayonun Qarğılı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini Müslüm Əliyevə məxsus ikimərtəbəli fərdi yaşayış evində naməlum səbəbdən yanğın başlayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyini
30 avqust