Turizm zonalarında qanunsuz fəaliyyətlə məşğul olmağa görə cərimələr müəyyən edildi
Turizm və rekreasiya zonalarının ərazisində "Turizm haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə cərimələr müəyyən edilib.
President.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı qanunla İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliklə, Məcəlləyə aşağıdakı məzmunda 428-1.6-cı maddə əlavə edilir:
"428-1.6. Turizm və rekreasiya zonalarının ərazisində "Turizm haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə - fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1237 Tarix: 17 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev: "Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir"
"Bir neçə gün öncə mədən sənayesi üzrə Dövlət Proqramı qəbul olunmuşdur. Burada bir çox tədbirlər nəzərdə tutulur. Bu, bizim inkişafımızın əsas istiqamətləridir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilə
26 sentyabrRəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Türkiyə Prezidenti Azərbaycanda Anım Gün
28 sentyabrXalqımıza baş ucalığı gətirən Şanlı Qələbə
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlad. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanl
25 sentyabr