Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə

Xalqımıza baş ucalığı gətirən Şanlı QələbəErmənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlad. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı Qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.
Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncam"a əsasənxalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü qeyd olunur.
Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamda da qeyd edildiyi kimi: Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimiz bundan sonra da dərin ehtiramla anılacaq.
Azərbaycan xalqının,ordusunun və dövlətinin birliyinin və əzminin nəticəsi olan bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.

İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 980   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevlə xanımını belə qarşıladılar - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, Vyetnamın və Azərbaycanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü

21 noyabr
.

Yeni Azərbaycan Partiyası - 34 illik siyasi tarix, güclü dövlətçilik və milli inkişaf strategiyasının təcəssümü

Azərbaycanın müasir siyasi tarixində Yeni Azərbaycan Partiyasının yaradılması dövlətçilik salnaməmizin ən mühüm hadisələrindən biridir. 1992-ci il noyabrın 21-də təsis edilən partiya ölkənin müstəqilliyinin ciddi təhlükələrlə üzləşdiyi, siyasi böhranın dərinləşdiyi, idarəçilik sisteminin zəiflədiyi v

17 noyabr
.

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

"Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində söyləyib. "Qüvvələrimizi birləşdirərə

19 noyabr
.

Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Əməkdaşlıq hansı istiqamətlərdə genişlənəcək?

"Azərbaycan-Vyetnam əməkdaşlığı tarixində yeni səhifə açılır. Bunun zəruriliyi bir neçə amillə izah olunur. İlk növbədə, Azərbaycan-Vyetnam münasibətlərinin tarixi ənənələrə və möhkəm köklərə malik olduğunu qeyd etmək lazımdır. İkinci Dünya müharibəsindən sonra əsası qoyulan əlaqələr ötən 80 il

20 noyabr
.

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilini

17 noyabr
.

Prezidentlər Birgə Bəyanat qəbul etdilər - Fotolar

Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı"nı qəbul ediblər. "Qafqazinfo"

21 noyabr
.

Təbiətin möcüzəsi - Kəlbəcər azaddır

İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatmaqla çoxəsrlik tariximizin heç zaman unudulmayacaq səhifəsini yazdı. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bir daha bildird

21 noyabr
.

Prezident və xanımının şərəfinə rəsmi nahar verilib

Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, prezidentlər tədbirdə çıxış ediblər

21 noyabr
.

25 Noyabr - Kəlbəcər Şəhəri Gününü qalib və güclü ölkənin vətəndaşları kimi qeyd etmək qürurvericidir

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb

21 noyabr