"Zəngəzur Dəhlizi Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı ilə bağlı mühüm əhəmiyyət kəsb edir" - DEPUTAT

"Zəngəzur Dəhlizi Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı ilə bağlı mühüm əhəmiyyət kəsb edir" - DEPUTAT"Naxçıvanı Azərbaycanla birləşdirən Zəngəzur Dəhlizi Cənubi Qafqazda strateji bir ərazidir və xüsusilə Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı ilə bağlı mühüm əhəmiyyət kəsb edir" bunu Sonxeber.az -a danışan deputat Pərvanə Vəliyeva deyib:

"Ölkə başçısı cənab İlham Əliyev mart ayının 5-də Türkiyə Respublikasına səfəri zamanı qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ankara şəhərində görüşərkən İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında baş tutan açılış mərasimində bir sıra mühüm strateji məsələləri müzakirə etmişdir. Bu önəmli görüş ölkələrimiz arasında mövcud olan hərtərfli münasibətlərin inkişafının nəticəsidir. Eyni zamanda baş tutan açılış mərasimi hər iki ölkə üçün yeni layihələrin və yeni əməkdaşlığın başlanğıcıdır.

Görüşün əsas meyarı İgdır-Naxçıvan qaz boru kəmərinin açılışı ilə Naxçıvanın qaz təchizatını şaxələndirmək və genişləndirməklə yanaşı, eyni zamanda İğdır əhalisinin də bu istiqamətdə rifahının və təbii qaza olan tələbatının yüksəltməkdən ibarətdir. İğdır-Naxçıvan qaz kəməri layihəsinin açılışı günü iki ölkənin möhkəm qardaşlığını sübut edən önəmli bir gündür.

Naxçıvan qədim Azərbaycan torpağı olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırmaqla Ermənistana birləşdirmiş və bununla da Naxçıvan bir əsrdən artıqdır ki, Azərbaycala quru bağlantısı pozulmuş və Azərbaycandan ayrı düşmüşdür.

Sovet hakimiyyətinin bu ədalətsiz qərarı əsasında baş verən ayrılıq uzun illərdir ki, Naxçıvanda yaşayan soydaşlarımızın həyat tərzinə öz mənfi təsirini buraxmışdır. Hələ Birinci Qarabağ müharibəsi zamanı Erməni qəsbkarları Qarabağı işğal etməklə yanaşı Naxçıvana da işğal etmək məqsədilə təsir və təzyiqlər göstərərək Naxçıvanı blokadaya salmışdır. Buna baxmayaraq Naxçıvan əhalisi Ulu Öndər Heydər Əliyevin başçılığı altında səfərbər olub öz doğma torpaqlarını işğalçılara verməmək üçün sona kimi mübarizə aparmışlar.

Naxçıvanın işğal olunmamasının əsas səbəblərindən biri də həmin vaxt Naxçıvan ilə Türkiyə arasında olan və bu iki dövləti birləşdirən "Ümid" körpüsü olmuşdur ki, həmin körpü vasitəsilə qardaş ölkə Türkiyədən gələn yardımlar Naxçıvan əhalisinə çox böyük dəstək olmuşdur.

Məhz Türkiyə tərəfindən Naxçıvana edilən həmin dəstəklər, maddi və mənəvi yardımlar ölkələrimiz arasında mövcud olan qardaşlıq və birlik münasibətlərinin köklərinə söykənir ki, bu gün də bu iki ölkə həmin prinsiplərə əsaslanaraq həm iqtisadi, həm siyasi, həm də digər sferalarda öz vəhdətini nümayiş etdirirlər.

Naxçıvanla bərabər Qərbi Azərbaycan da, tarixən Azərbaycanın bir hissəsi olub. Qərbi Azərbaycan, qədim dövrlərdən müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu bir bölgə olmuşdur. Bu bölgə, xüsusilə 1828-ci ildə Türkmənçay Sazişi ilə Azərbaycanın böyük bir hissəsinin Rusiyaya verilməsi nəticəsində parçalanmışdır. XX əsrdə baş verən siyasi hadisələr nəticəsində bir neçə dəfə, o cümlədən 1980-ci illərin sonlarına doğru Qərbi Azərbaycan əhalisi kütləvi şəkildə öz doğma torpaqlarından çıxarılmışdır. Bu hadisələr həmçinin Qərbi Azərbaycanlıların digər bölgələrə, xüsusilə Naxçıvana və Türkiyəyə köçməsinə səbəb olmuşdur.

Naxçıvanı Azərbaycanla birləşdirən Zəngəzur Dəhlizi Cənubi Qafqazda strateji bir ərazidir və xüsusilə Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı ilə bağlı mühüm əhəmiyyət kəsb edir. Zəngəzur Dəhlizi Azərbaycanı, Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirən bir marşrut olaraq, iqtisadi və coğrafi baxımından böyük əhəmiyyətə malikdir. Bu dəhlizin açılması, Azərbaycan və Türkiyə üçün daha geniş ticarət əlaqələri və regional inkişaf baxımından böyük perspektivlər yarada bilər. Azərbaycan, Türkiyə və digər tərəfdaş ölkələr Zəngəzur dəhlizinin açılmasının iqtisadi inkişaf üçün vacib olduğunu və regionda sabitlik və əməkdaşlığın güclənməsinə səbəb olacağına inanırlar. Bu layihə həmçinin Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin daha da inkişaf etməsinə və Qafqazın nəqliyyat mərkəzinə çevrilməsinə şərait yarada bilər.

Bunun üçün isə həm müəyyən zamana, həm də Azərbaycana hər zaman dəstək olan Türkiyə kimi ədalətli tərəfdaşlara ehtiyac vardır".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1999   Tarix: 06 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - FOTO

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə, o cümlədən qış idman növü üzrə yarışlar

26 sentyabr
.

Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat yayıb. xəbər verir ki, bəyanatda deyilir:. "27 sentyabr - Anım Gününün növbəti ildönümündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtira

27 sentyabr
.

İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

"İndi dünyada digər önəmli amil təhlükəsizlikdir. Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikriləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. "Bizdə kriminogen vəziyyə

26 sentyabr
.

Prezident: "30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür"

"Azərbaycanda çox önəmli bir amil siyasi və iqtisadi sabitlikdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. Dövlətimizin başçısı deyib ki, bu, Azərbaycanda artıq 30 ildən ço

26 sentyabr
.

İlham Əliyev Sərdar Berdiməhəmmədova məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

25 sentyabr
.

Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

"Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir. Bu da yerli və xarici investisiyalar üçün gözəl bir fürsətdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə söyləyib. "Gücl

26 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

27 sentyabr
.

Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlad. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanl

25 sentyabr
.

Ərazi bütövlüyü və suverenliyimiz uğrunda

Torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxlayan Ermənistan son illər ərzində daha çox təxribatlar törədir, işğalçı ölkənin silahlı birləşmələri təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini belə hədəf alırdılar. 2020-ci ilin iyul-avqust ayları ərzində Ermənistanın törətdiyi təxriba

25 sentyabr