Hava limanında təyyarə alovlandı: Sərnişinlər xilas olmaq üçün dəqiqələrlə gözlədilər - VİDEO
ABŞ-ın Denver Beynəlxalq Hava Limanında American Airlines-a məxsus sərnişin təyyarəsi qəfildən yanıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Federal Aviasiya Administrasiyasının məlumatına görə, içərisində 172 sərnişin və 6 ekipaj üzvü olan təyyarə Kolorado-Sprinqsdən havaya qalxıb.
Amerikan Airlines şirkətinə məxsus təyyarə Denver Beynəlxalq Hava Limanına eniş edib. Lakin sərnişinlərin enməsi üçün yaxınlaşan zaman mühərrik hissəsindən tüstü qalxıb.
American Airlines şirkəti yanğının mühərrik nasazlığı səbəbindən baş verdiyini açıqlayıb.
Sərnişinlərdən bəziləri təşviş içində xilas olunmaq üçün təyyarənin qanadında gözləyib. American Airlinesdən verilən açıqlamaya görə, sərnişinlər və ekipaj təhlükəsiz şəkildə təxliyə edilib.
Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırmalara başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1611 Tarix: 14 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabrTovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
3 oktyabrLənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş
Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. -ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən ev
14 oktyabrBurulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların
29 sentyabr