İlk dəfə Azərbaycana gəlir
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana səfər edəcək.
"Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, bu, Ştaynmayerin ölkəmizə ilk səfəri olacaq. Onu xanımı Elke Büdenbender də müşayiət edəcək.
Almaniya prezidenti Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək. O, Bakının tarixi mərkəzinə baş çəkəcək və xristian, müsəlman və yəhudi ruhaniləri ilə tolerantlıq və dinlərarası anlaşma mövzusunda müzakirələr aparacaq, həmçinin Azərbaycanda qadınların vəziyyəti ilə bağlı panel müzakirəsində iştirak edəcək.
Qeyd edək ki, Ştaynmayer martın 30-dan aprelin 2-dək baş tutacaq səfərində, həmçinin Ermənistana da gedəcək.
Xatırladaq ki, o, 2017-ci ildən bəri Almaniya Prezidenti vəzifəsini icra edir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 921 Tarix: 17 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident xanımı ilə Türkiyədədir - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfər edib. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriba
16 aprelTbilisidə Prezidentin şərəfinə lanç verildi - Fotolar
Aprelin 6-da Gürcüstanda dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə Tbilisidə Gürcüstanın hakim partiyasının ("Gürcü Arzusu") fəxri sədri Bidzina İvanaşvilinin adından lanç verilib. xəbər verir ki, bu haqda Prezidentin Mətbuat Xidməti məlumat yayıb
6 aprelAzərbaycan Prezidenti Litvanın baş nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Litva Respublikasının Baş naziri İnqa Ruqinieneni qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Litvanın baş nazirinin ölkəmizə səfərinin səmərəli olacağına və ikitərəfli əlaqələrimizin inkişafına töhfə verəcəyin
9 aprelAzərbaycan Türkiyəyə başsağlığı verdi
Azərbaycan Türkiyəyə başsağlığı verib. "Qafqazinfo" xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Qardaş Türkiyədə bu gün və dünən orta məktəblərdə baş vermiş silahlı hücum hadisələri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir
15 aprel