Ərdoğandan gözlənilən açıqlama gəldi - Video

Ərdoğandan gözlənilən açıqlama gəldi - VideoTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsi barəsində genişmiqyaslı korrupsiya əleyhinə aparılan əməliyyat çərçivəsində Əkrəm İmamoğlunun saxlanılmasından danışıb.

"Qafqazinfo" xəbər verir ki, ölkə başçısı bu barədə Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş millət vəkilləri ilə iftar məclisində çıxış edib.

Prezident müxalifətin məhkəmənin iddialarına cavab verə bilmədiyini deyib: "Onlar polisə hücum edəcək, hakimləri, prokurorları, məhkəmələri təhdid edəcək qədər azğınlaşıblar. Müxalifət partiyası CHP, media və digər strukturlarla diplom, korrupsiya və oğurluq məsələlərində məhkəmənin irəli sürdüyü iddialara heç vaxt cavab vermir.

Məsələni siyasi şüarlarla məhdudlaşdıraraq milləti asanlıqla aldatmağa çalışırlar. "Bu diplom alın təri ilə, qanunauyğun alınan sənəddir" deyirlərsə, bunu hüquqi arqumentlərlə müzakirə etmək olar. "Bələdiyyədə oğurluq, korrupsiya, ədalətsizlik, qəliz münasibətlər yoxdur" deyirlərsə, yenə hüquqi sübutlar əsasında danışmaq, müzakirə etmək olar. Amma bunları etmirlər, edə bilmirlər. Bütün bunların və daha çoxunun doğru olduğunu ən yaxşı onlar bilirlər.

Onlar bilirlər ki, bu məlumatların və sənədlərin əksəriyyətini məhkəməyə öz partiyaları veriblər. Görünən odur ki, timsah göz yaşları tökən CHP rəhbərlərinin əksəriyyəti bağlı qapılar arxasında sevincdən sakit otura bilmir. CHP-nin problemləri ölkə və millət məsələsi deyil, öz qərargahındakı bir qisim həvəskarın məsələsidir. Şəxsən bizim partiya və müttəfiq olaraq müxalifətin şoularına ayırmağa vaxtımız yoxdur".

Xatırladaq ki, martın 18-i İstanbul Universiteti İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun diplomunu ləğv edib. Martın 19-u isə o, İstanbul bələdiyyəsinə qarşı genişmiqyaslı korrupsiya əleyhinə əməliyyat çərçivəsində saxlanılıb.

İmamoğluya qarşı irəli sürülən ittihamlar arasında cinayətkar təşkilata rəhbərlik etmək və üzvü olmaq, hədə-qorxu yolu ilə pul tələb etmə, rüşvət alma, şəxsi məlumatların qanunsuz əldə edilməsi və tenderin nəticələrinin saxtalaşdırılması var.

Ərdoğanın çıxışının videosunu təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 6469   Tarix: 20 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub. AZƏRTAC-a istinadən xəbər verir ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətdiyini və nəticədə azərbaycanlı hərbçilərin həlak olduqların

15 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr
.

Füzuli şəhərində aparılan bərpa işləri

Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzul

15 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətləri niyə hədəfə çevrilir?

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında diplomatik əməkdaşlıq deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara söykənən qardaşlıq modelidir. Məhz bu münasibətlərin xüsusi xarakteri Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamları, tanınmı

15 oktyabr
.

Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənista

15 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]

15 oktyabr