ÜMT: Buzlaqların əriməsi milyonlarla insanın həyatı üçün təhlükə yaradır
2024-cü ildə dünya buzlaqları yenidən kütlə itirib — artıq üçüncü il ardıcıl olaraq. Proses son altı ildə buzlaqların rekord sürətlə əriməsindən xəbər verir ki, bu da təkcə ətraf mühit üçün deyil, həm də milyonlarla insanın həyatı üçün ciddi təhlükə yaradır.
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) məlumat yayıb.
Buzlaqlar buz qalxanları ilə birlikdə Yer kürəsindəki şirin suyun təxminən 70 %-ni saxlayır, dağlıq bölgələr isə planetin "su qüllələri" rolunu oynayır. Onların yox olması milyonlarla insanın su təchizatını təhlükə altına qoyacaq.
1975-ci ildən bəri dünya doqquz min milyard tondan çox buzlaq buzu itirib – bu, Almaniya ölçüsündə və 25 metr qalınlığında buz blokuna bərabərdir. Ərimənin indiki tempi ilə Qərbi Kanada, ABŞ, Skandinaviya, Mərkəzi Avropa, Qafqaz və Yeni Zelandiyadakı əksər buzlaqlar XXI əsrin sonuna qədər yox ola bilər.
İsveçrə Buzlaqları Monitorinq Xidmətinin məlumatlarına görə, buzlaqların ümumi kütlə itkisi 450 milyard ton təşkil edib ki, bu da 2024-cü ili müşahidələrin başlanğıcından bəri itkilərin miqyasına görə dördüncü edir. Ən pis nəticə 2023-cü ildə qeydə alınıb.
"2022-ci ildən 2024-cü ilədək tarixdə ən böyük buzlaq kütləsi itkisini müşahidə etdik", – ÜMT-nin başçısı Seleste Saulo bildirib.
Xüsusilə Skandinaviya, Şpitsbergen arxipelaqı və Şimali Asiya buzlaqları zərər çəkib, burada itkilər rekord həddə çatıb.
"Biz bir çox məsələlər üzrə danışıqlar apara bilərik, lakin buzun ərimə nöqtəsi kimi fiziki qanunları dəyişmək mümkün deyil", – ÜMT-nin su ehtiyatları və kriosfer şöbəsinin direktoru Stefan Ulenbruk vurğulayıb.
Buzlaqları qorumağın yeganə yolu istixana qazı emissiyalarının təcili azaldılmasıdır, ekspertlər xəbərdarlıq edir. Əks halda, bəşəriyyət fəlakətli nəticələrlə üzləşə bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1082 Tarix: 23 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Samarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib
Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"
22 sentyabrApennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf
İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen
22 sentyabrÇin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis
24 sentyabrİranla münaqişədə həlak olan Amerika əsgərlərinin sayı 19-a çatıb
Pentaqonun rəsmi məlumatlarına görə, İranla münaqişədə həlak olan amerikalı hərbçilərin ümumi sayı 19-a çatıb. xəbər verir ki, ABŞ ordusu statistikasını yenilədikdən sonra İrana qarşı əməliyyatda ölənlərin sayı bir nəfər artıb. Eyni zamanda, hərbçinin şəxsiyyəti rəsmi olaraq açıqlanmır. Pentaqon sözçüs
23 sentyabrMəkkədə təhlükə: Sakinlərə xəbərdarlıq edildi
Səudiyyə Ərəbistanının qərbindəki Məkkə şəhərində, eləcə də krallığın bir neçə digər şəhərində təhlükəsizlik barədə xəbərdarlıq elan edilib. -ın xəbərinə görə, müvafiq bəyanat krallığın mülki müdafiə xidməti öz "X" hesabında dərc edilib. Bəyanatda Məkkə sakinlərinə dərhal ən yaxın təhlükəsi
24 sentyabrABŞ-da ovçu qadını maralla səhv salaraq öldürüb
ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunub. xəbər verir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib. Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed, Ellendale şəhərində açıq sahədə güllə yaras
21 sentyabr