İlham Əliyevə təbriklər gəlməkdə davam edir

İlham Əliyevə təbriklər gəlməkdə davam edirKüveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Uca Allahdan Zati-alinizə cansağlığı, uzun ömür, dost ölkənizə və xalqınıza davamlı inkişaf, tərəqqi, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq diləyirəm.

Bayramınız mübarək!"

Bundan başqa, Mərakeşin Kralı VI Məhəmməd dövlətimizin başçısına təbrik məktubu göndərib:

"Müqəddəs Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Zati-alinizə ən xoş arzularımı çatdırıram".

12:59

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

"Türk dünyasının ortaq dəyəri, baharın müjdəçisi, əcdadlarımızdan bizə çox əhəmiyyətli bir miras olan Novruz bayramı münasibətilə Sizi təbrik edirəm. Bu bayramı qardaşlıq ruhu ilə səciyyələnən gözəl günlərdə qeyd etməyimizin sevincini yaşayırıq.

Novruz baharın gəlişi ilə yeniləşməni, bolluq və bərəkəti, qardaşlığı simvolizə edən mühüm bayramdır, eyni zamanda, keçmişimizdən güc alaraq gələcəyimizi qurmaq iradəmizi gücləndirən bir imkandır.

Bu il Novruz bayramı ilə birlikdə qeyd etdiyimiz, mənəvi saflığın, həmrəyliyin rəmzi olan Ramazan bayramı münasibətilə də Sizi təbrik edirəm. Ümidvaram ki, bu bayram da türk dünyasına sevinc bəxş edəcək, birliyimizi, həmrəyliyimizi daha da gücləndirəcəkdir.

Novruz və Ramazan bayramlarının bütün dünyaya sülh, əmin-amanlıq və bərəkət gətirməsi arzusu ilə Zati-alinizə cansağlığı, xoşbəxtlik və uğurlar diləyir, dərin ehtiramımı bildirirəm".

Bundan başqa, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova da dövlətimizin başçısına təbrik məktubu göndərib:

"Sizi və ailə üzvlərinizi Türk Mədəniyyəti və İrsi Fondu adından və şəxsən öz adımdan bütün müsəlman, o cümlədən Türk dünyasının təqvimində müstəsna dəyərə sahib olan müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz ilk gündən bu vaxta qədər Türk və İslam dünyasının birliyi və ölkənin inkişafı naminə göstərdiyiniz tarixi xidmətlər hər zaman yüksək qiymətləndirilir.

Sizin təşəbbüsünüzlə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu Türk-müsəlman tarixi-mədəni dəyərlərini, humanist prinsiplərini dünyada təbliğ edir və bu istiqamətdə lazımi tədbirləri həyata keçirir.

Bu gün işğaldan azad olunmuş Azərbaycan torpaqlarında tarixi-mədəni, dini abidələr, o cümlədən məscidlər, məbədlər və kilsələr bərpa edilir. Doğma Qarabağda, əziz Şuşada Azərbaycanın dağıdılmış dini abidələrinin bərpası ilə bağlı humanist addımlar, ilk növbədə, sizin müsəlman və Türk dünyasının tarixi-dini, mədəni dəyərlərinə göstərdiyiniz yüksək ehtiramın ifadəsi kimi müasir dünya tarixinin parlaq səhifələrinə həkk olunur.

Sizin rəhbərliyinizlə sürətli inkişaf yolunda mətinliklə irəliləyən Azərbaycan dövləti multikultural dəyərləri siyasi gerçəklik timsalında bəşəriyyətə möhtəşəm şəkildə təqdim edir, dini dəyərlərin insanlar tərəfindən qarşılıqlı hörmət müstəvisində qorunmasının dünyada nadir rast gəlinən bəşəri örnəyini yaradır.

Möhtərəm cənab Prezident, sizi və ailə üzvlərinizi müqəddəs Ramazan bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, Uca Allahdan Azərbaycana Sizin rəhbərliyinizlə daha böyük yüksəlişlər, bol ruzi-bərəkət və davamlı əmin-amanlıq nəsib etməsini arzulayırıq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 923   Tarix: 02 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15 oktyabr
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]

15 oktyabr
.

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i

15 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətləri niyə hədəfə çevrilir?

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında diplomatik əməkdaşlıq deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara söykənən qardaşlıq modelidir. Məhz bu münasibətlərin xüsusi xarakteri Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamları, tanınmı

15 oktyabr
.

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb

15 oktyabr
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr