"İstənilən istiqamətdən baxdıqda görürük ki, Azərbaycan daha güclüdür" - AÇIQLAMA

"İstənilən istiqamətdən baxdıqda görürük ki, Azərbaycan daha güclüdür" - AÇIQLAMA"İstənilən ölkə, qonşu dövlətlərlə hansısa konfrantatsiya dövrünü yaşayırsa və zamanla həmin dövlətdə millitarist biz bir əhval-ruhiyyənin baş qaldırdığının şahidi oluruqsa, silahlanma intensiv bir xarakter alırsa, həmin ölkənin ərazisində başqa bir dövlətin silahlı qüvvələri hər hansı bir formada təlimlər keçirirlərsə, müəyyən məsləhətlər verirlərsə, bu həm də sözügedən ölkənin silahlı qüvvələrinin hansısa hərbi əməliyyatlara hazırlığı kimi də dəyərləndirilə bilir. Təbii ki, sadaladığım bütün bu məsələlər xüsusilə Ermənistanda gözə çarpmaqdadır. Ələxsus da son aylarda biz bu əhval-ruhiyyəni kifayət qədər yüksək olduğunu görürük. Məhz millitarist əhval-ruhiyyəni nəzərdə tuturam. Eyni zamanda burada revanşist cəhdlər də var. Çünki, bir tərəfdən hərbi təlimlər keçirilir və sözügedən təlimlər Azərbaycanın sərhədlərinə yaxın ərazilərdə baş tutur. Yəni, bu o deməkdir ki, artıq həmin iki dövlət arasında şərti sərhəddə hansısa hərbi təxribatların baş verməsi üçün çox əlverişli, münbit vəziyyət yaranmış olur. İstənilən halda bu tip təlimlər regionda vəziyyətin çox gərgin müstəviyə daxil olmasına gətirib çıxarda bilən bir haldır".

Bunu Sonxeber.az-a deputat Azər Allahverənov danışıb.

O, açıqlamasında qeyd edib ki, Erməinstan hərbi təlimlər dili ilə danışmaqdan nə qədər çox uzaq durarsa bu addımları daha çox sülhə xidmət etmiş olacaq:

"Əgər iki dövlət arasında sülh prosesi ilə bağlı çox ciddi addımlar atılmaqdadırsa, bunların biri dövlətlər arasında sülh razılaşmasını təmin edəcək bir çərçivə sənədinin qəbul olunması məsələsi var. Bunların hamısı sülhə xidmət edən məsələlərdir. Görsənən budur ki, Ermənistanın siyasi rəhbərliyi bir tərəfdən guya ki, "sülh göyərçini" olduğunu isbata yetirməyə çalışır, amma digər tərəfədən də bu tip addımlara rəvac verir. Bu da da qeyd etdiyim kimi sonrakı mərhələdə hərbi təxribatlar yol açmış olur. Amma, düşünmürəm ki, Ermənistan tərəfi o qədər də başını itirməyib ki, hərbi təlimlərin davamı olaraq Azərbaycana qarşı hərbi əməliyyatlara başlamış olsun. Çünki, ən azından bilir ki, işğalda olan ərazilərini azad etmiş Azərbaycanın silahlı qüvvələri heç bir aspektdə belə Ermənistanın silahlı qüvvələri ilə müqayisə olunacaq dərcədə güclüdür. İstənilən istiqamətdən baxdıqda baxdıqda görürük ki, Azərbaycan daha güclüdür. Erməinstan hərbi təlimlər dili ilə danışmaqdan nə qədər çox uzaq durarsa bu addımları daha çox sülhə xidmət etmiş olar. Amma biz bu gün görürük ki, məhz bu ritorika yenə də müəyyən dairələr tərəfindən dəstəklənir və bu da erməni cəmiyyətində rəğbətlə qarşılanır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2152   Tarix: 02 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15 oktyabr
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]

15 oktyabr
.

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i

15 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətləri niyə hədəfə çevrilir?

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında diplomatik əməkdaşlıq deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara söykənən qardaşlıq modelidir. Məhz bu münasibətlərin xüsusi xarakteri Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamları, tanınmı

15 oktyabr
.

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb

15 oktyabr
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr