"İlham Əliyevin Çinə səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına müsbət təsir göstərəcək" - AÇIQLAMA
Prezident İlham Əliyev aprel ayında Çinə səfər edəcək.
Bu barədə "Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi" mövzusunda konfransda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, ÇKР МК Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançao bildirib.
"İlham Əliyevin Çinə səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına müsbət təsir göstərəcək" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Azərbaycanla Çin arasında çox yaxşı əməkdaşlıq perspektivləri mövcuddur. Bu münasibətlər sistemi hər gün daha da inkişaf edir. Azərbaycan prezidenti İlham Əliyev və Çin rəhbəri Si Tsinpin arasında üstün səviyyəli əlaqələr mövcuddur. İlham Əliyevin Çinə səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına müsbət təsir göstərəcək.
Ötən il iki ölkə arasında müqavilə imzalandı və artıq Çin vətəndaşları Azərbaycana vizasız şəkildə gələ bilirlər. Azərbaycan Çinin də gələcəkdə bizim vətəndaşlarımız üçün belə bir imkan yaradacağını gözlədiyini müxtəlif platformalarda bildirir. İki ölkə əlaqələrinin yüksək keyfiyyəti ilə bağlı prezident İlham Əliyevin Çinin dünyaca məşhur nüfuzlu televiziya kanallarına verdiyi müsahibələr daha əvvəllər tirajlanıb. Bu baxımdan prezidentimizin Çinə səfəri iki ölkənin münasibətlərinin hazırkı perspektivi və gələcək inkişaf potensialı baxımından vacib və müstəsna əhəmiyyətə malikdir. Azərbaycan və Çin əlaqələri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək. İlham Əliyevin Çinə səfərindən sonra Çinlə münasibətlərimizin daha da təkmilləşəcəyini düşünürəm"
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2327 Tarix: 03 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLiderlərin səmimi görüntüləri - Video - Fotolar
Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri
15 oktyabr17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir
Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi
15 oktyabrBakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]
15 oktyabrAzərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"
"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i
15 oktyabrİlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb
15 oktyabrLaos üzv dövlət qismində AQEM-ə qoşulub
Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib
15 oktyabr