"Bu gün bizim vəzifəmiz dövlətin inkişafı üçün əlimizdən gələni etməkdir" - AÇIQLAMA

"Bu gün bizim vəzifəmiz dövlətin inkişafı üçün əlimizdən gələni etməkdir" - AÇIQLAMA"Mütəmadi olaraq Azərbaycanın mediya məkanında dövlətçilik tarixinin, milli adət-ənənələrin, elm və mədəniyyətin təbliği ilə bağlı materiallar dərc olunur. Burada Azərbaycanın mədəniyyətşünaslarından, tarixçilərindən, siyasətçilərdən, politoloqlardan fikirlər öyrənilir və hesab edirəm ki, bu da təbliğat baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki, Azərbaycan tarixən çox çətin geostrateji bölgədə yerləşməsinə baxmayaraq, öz dövləçilik tarixi olub və ümmətdən-millətə, millətdən-dövlətə şüarı ilə qurucu babalarımız bu coğrafiyada dövlət yaradıblar. Bu gün bizim vəzifəmiz də bu dövlətin inkişafı üçün əlimizdən gələni etməkdir".

Bunu Sonxeber.az-a politoloq İlyas Hüseynov danışıb.

O, açıqlamasında qeyd edib ki, 90-ci illərdə ölkədə xaos, anarxiya hökm sürürdü, lakin Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dövlət və dövlətçilik adına mühüm işlər görüldü:

"90-cı illərdə Azərbaycan öz müstəqilliyini yenidən bərpa edəndə ölkədə xaos, anarxiya hökm sürürdü. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dövlət və dövlətçilik adına mühüm işlər görüldü. Ölkənin konstitusiyasının qəbul olunmasından tutmuş, qanunverucilik sisteminin qurulmasına qədər bütün proses Heydər Əliyevin nəzarəti altında icra olunurdu. Eyni zamanda möhkəm təməllər üzərində qurulmuş siyasi, iqtisadi mədəni sistem bu gün öz töhvələrini verir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında bizim torpaqlarımız işğaldan azad olundu, suverənliyimiz bərpa olundu və postmüharibə reallıqlarında öz ərazi tamlığını formalaşdıran dövlətin qarşısında mühüm prioritetlər dayanır. Əlbəttə ki, burada milli adət-ənənlərin qorunub saxlanılması, irsimizin müdafiyəsi, eyni zamanda elm adamlarının, mədəniyyət xadimlərinin bu istiqamətdə fəaliyyəti önəmli əhəmiyyət kəsb etməkdədir. Hesab edirəm ki, Azərbaycanın gələcəyi hesab olunan gənclərimiz də məhz milli ruhda böyüməli, tərbiyə almalıdılar. Cənab Prezidentin hər zaman vurğuladığı bir fikir var ki, onun rəhbərliyi altında olan vətənpərvər Azərbaycan gəncləri Qarabağı, Şərqi Zəngəzuru işğaldan azad etdi. Bu çox önəmli tezis olmaqla yanaşı, həm də ona dəlalət edir ki, bu illər ərzində Azərbaycanda torpağına, millətinə bayrağına, dövlətinə sahib çıxan gənclər yetişib və onlar bu gün Azərbaycanın qürurudur".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2127   Tarix: 03 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15 oktyabr
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]

15 oktyabr
.

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i

15 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətləri niyə hədəfə çevrilir?

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında diplomatik əməkdaşlıq deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara söykənən qardaşlıq modelidir. Məhz bu münasibətlərin xüsusi xarakteri Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamları, tanınmı

15 oktyabr
.

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb

15 oktyabr
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr