Azərbaycanda üç elmi istehsalat birliyi ləğv edilir, bəzi institutların statusu dəyişir
Prezident İlham Əliyev Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sonxeber.az bununla bağlı President.az-a istinadən xəbər verib.
Sərəncama əsasən, Nazirlər Kabineti 2025-ci ilin sonunadək mərhələli şəkildə aşağıdakı tədbirlərin görülməsini təmin etməli və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:
1. Elm və Təhsil Nazirliyinin tabeliyində aşağıdakı publik hüquqi şəxslərin yaradılmasını:
- Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutunun;
- Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutunun;
- Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında Fizika İnstitutunun;
- Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında Kimya İnstitutunun;
- İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutunun;
- Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında Botanika İnstitutunun;
- Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutunun;
- Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında Molekulyar Biologiya İnstitutunun;
- müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və təcrübi istehsalat bazasına malik 2 yeni elmi müəssisənin.
2. Nazirliyin tabeliyindəki Polimer Materialları İnstitutunun Sumqayıt Dövlət Universitetinin tabeliyinə verilməsini.
3. Nazirliyin tabeliyindəki Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun (Gəncə), Bioresurslar İnstitutunun (Gəncə), Aqrar Problemlər İnstitutunun (Gəncə), Nəbatat Bağının (Gəncə) Gəncə Dövlət Universitetinin tabeliyinə verilməsini.
4. Nazirliyin tabeliyindəki Təbii Ehtiyatlar İnstitutunun (Naxçıvan), Bioresurslar İnstitutunun (Naxçıvan), Batabat Astrofizika Rəsədxanasının (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsini.
5. Nazirliyin tabeliyindəki "Nafta" Elmi İstehsalat Birliyinin, "Aşqar" Elmi İstehsalat Birliyinin və "Kompozit" Elmi İstehsalat Birliyinin ləğv edilməsini.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video