"Bakı Təşəbbüs Qrupunun fəaliyyəti Fransa rəsmilərini təşvişə salıb" - DEPUTAT

"Bakı Təşəbbüs Qrupunun fəaliyyəti Fransa rəsmilərini təşvişə salıb" - DEPUTAT"Fransanın Dənizaşırı məsələlər üzrə naziri Manuel Vals Bakı Təşəbbüs Qrupunu tanımadığını bildirir. Bununla belə tanımadığı quruma cavab verməyə məcbur olur, müraciətlə bağlı açıqlama vermək ehtiyacı duyur. Əlbəttə ki, onlar BTQ-in fəaliyyəti ilə yaxından tanışdırlar, onun hər addımını izləyirlər və bu fəaliyyət onları təşvişə salır. Çünki BTQ bütün dünyanın Fransa haqqında bilməli olduğu iyrənclikləri üzə çıxarır. Özünü demokratiyanın vətəni adlandıran Fransanın özündən on min kilometrlərlə uzaqda yaşayan digər xalqların torpaqlarını 21-ci əsrdə belə müstəmləkə altında saxlamaqda davam etməsi, onlara öz müqəddəratını təyinetmə hüququnu tanımaması barədə artıq dünya ictimaiyyəti davamlı olaraq BTQ vasitəsilə, onun həyata keçirdiyi beynəlxalq tədbirlərlə məlumatlandırılır. Buna görə də, imperiya təfəkkürlü bütün rəsmilər narahatlıq keçirirlər" - bu barədə deputat Pərvanə Vəliyeva Sonxeber.az -a danışıb:

"Fransanın koloniyalarında azadlıq hərəkatlarının, siyasi fəalların Fransaya qarşı müqavimətinin səbəbkarı BTQ deyil, rəsmi Paris və onun həyata keçirdiyi sərt kolonial siyasətdir. BTQ-in fəaliyyəti isə beynəlxalq hüquq çərçivəsindədir. Bu ərazilərin Fransaya tarixən heç bir aidiyyatı olmayıb və onlar işğal edilərək özünküləşdirilməyə çalışılıb. 17-ci əsrdə qul ticarətinin genişlənməsi ilə 1635-ci ildə Martinik və Qvadalupun Fransa müstəmləkəsinə çevrilməsindən başlayaraq, 1883-cü ildə isə Vyetnamın son olaraq Fransa tərəfindən işğal edilməsi baş vermişdi. Fransız tacirlər bu ərazilərdə yaşayan insanları qul kimi işlədir, satır, alır, ucuz işçi kimi faydalanırdılar. Torpaqların təbii və mədəni sərvətlərini də daşıyıb Parisə aparırdılar. Xalqların dillərini, mədəniyyətlərini, dinlərini, irqlərini dəyişmək, fransızlaşdırmaq üçün əllərindən gələni edirdilər.
1946-cı ildə BMT Baş Assambleyası özünüidarəetmə hüququ verilməyən 74 ərazini siyahıya aldı. Bu ərazilər arasında Fransız Qvianası, Martinik və Yeni Kaledoniya kimi Fransanın zəbt etdiyi torpaqlar da var idi. 1947-ci ildə isə Fransa bu ərazilər haqqında BMT-yə hesabat verməyi dayandırdı və onları BMT-nin nəzarətindən çıxardı. Bu, BMT-nin özünüidarəetmə üzrə standartları tam formalaşdırmasından əvvəl baş verdi – bu standartlar isə yalnız 1960-cı ildə Dekolonizasiya Bəyannaməsi ilə müəyyən edildi. Fransa 1947-ci ildə, 1946-cı ildə qəbul edilmiş Dördüncü Respublikanın Konstitusiyasını əsas gətirərək, müstəmləkələrini birtərəfli qaydada BMT siyahısından çıxarmışdı. Bu addım beynəlxalq hüququn normalarını pozdu və Fransaya bağlı ərazilərin tam və hərtərəfli dekolonizasiyasına mane oldu.
1953-cü ildə BMT qərara aldı ki, bir ərazinin Tam Özünüidarəetmə Səviyyəsinə çatıb-çatmadığına nəzarət edən dövlətlər deyil, məhz BMT olmalıdır. Fransanın 1947-ci ildə öz ərazilərini BMT nəzarətindən çıxarması kolonial düşüncə tərzi və irqi ayrı-seçkilik yeritməklə əlaqəli idi.
BMT-nin siyahıdan çıxarılan əraziləri yenidən siyahıya qaytarması təxminən 40 il çəkdi. Kanaki (Yeni Kaledoniya) və Ma’ohi Nui (Fransız Polineziyası) müvafiq olaraq 1986 və 2013-cü illərdə yenidən BMT-nin qeyri-muxtar ərazilər siyahısına qaytarıldı. Digər Fransa əraziləri, məsələn, Vallis və Futuna, Qvadelup və Martinik isə hələ də "asılılıq vəziyyətində olan periferiyalar" olaraq qalır.
BTQ beynəlxalq QHT olaraq həmin ərazilərin dekolonizasiyası üçün Fransa hökuməti ilə Kanaki arasında vasitəçilik edə bilər. Bununla bağlı BTQ Fransanın Dənizaşırı ərazilər nazirinə məktub da ünvanlayıb.
QHT-lər vətəndaş cəmiyyəti diplomatiyası çərçivəsində vasitəçi və ya təşviqatçı rolunu oynaya bilərlər.
Məsələn, İtaliyada fəaliyyət göstərən Sant’Egidio Cəmiyyəti (katolik QHT) 1992-ci ildə Mozambikdə vətəndaş müharibəsini bitirən sülh danışıqlarına vasitəçilik etmişdi. Bu, bir QHT-nin münaqişə tərəfləri arasında uğurla vasitəçi olduğuna nümunədir.
İnanırıq ki, BTQ də bu məsələdə uğurlu vasitəçi ola bilər".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1540   Tarix: 09 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15 oktyabr
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]

15 oktyabr
.

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i

15 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətləri niyə hədəfə çevrilir?

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında diplomatik əməkdaşlıq deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara söykənən qardaşlıq modelidir. Məhz bu münasibətlərin xüsusi xarakteri Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamları, tanınmı

15 oktyabr
.

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb

15 oktyabr
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr