Azərbaycan növbəti beynəlxalq foruma ev sahibliyi edib

Azərbaycan növbəti beynəlxalq foruma ev sahibliyi edibAprelin 9-da paytaxtımız Bakı şəhəri daha bir beynəlxalq tədbirə - "Yeni dünya nizamına doğru" mövzusuna həsr olunmuş 7-ci ADA Siyasi Forumuna ev sahibliyi edib. Azərbaycan Prezidenti İlham Əliyev bu Forumunda iştirak edərək geniş məzmunlu çıxış edib.
İlk növbədə qeyd etmək lazımdır ki, bu kimi beynəlxalq Forumların mütəmadi olaraq ölkəmizdə keçirilməsi, bu zaman müxtəlif ölkələrdən olan ekspertlərin Azərbaycana səfərləri ölkəmizi daha yaxşı tanımağa imkan yaradır. ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı Prezident İlham Əliyev bildirib: "Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra ekspertlərin azad edilmiş ərazilərə səfəri ölkəmizin, münaqişənin tarixi haqqında, həmçinin Azərbaycanın bugünkü reallıqları barədə daha çox məlumat verir".
ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bu mötəbər forumda dünyanın 44 ölkəsindən 80-dən çox ekspert, beyin mərkəzlərinin nümayəndələri və tanınmış politoloqlar iştirak ediblər. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunur, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müasir dövrdə Azərbaycan həm regionda, həm də beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanaraq, sülhsevər siyasətini həyata keçirir. Azərbaycan bir çox ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzalayıb. Bütün bunlar coğrafi, siyasi, iqtisadi və nəqliyyat sahələrində Mərkəzi Asiya regionu ilə və Avropa arasında ümumi yanaşmaları formalaşdırmağa imkan yaradıb. Prezident İlham Əliyevin Forumda səsləndirdiyi kimi: "Regionda uzunmüddətli əməkdaşlığa gəldikdə, görə bilərsiniz ki, əgər xəritəyə baxsaq, Azərbaycan burada əsas yer tutur. Bəziləri Azərbaycanı nəinki bu prosesdən, o cümlədən ümumiyyətlə, prosesdən ayırmaq və Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdi göstərir. Lakin bu, birmənalı olaraq uğursuz olacaq".
Beynəlxalq forumda ölkəmizin başçısı öz çıxışında qonşu Ermənistanla olan münasibətlərə xüsusi yer ayırıb. Vurğulanıb ki, bütün şansların olmasına baxmayaraq Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb. Buna görə də Cənubi Qafqaz regionu həm iqtisadi, həm də nəqliyyat marşrutları baxımından bu imkanları itirdi. Bu baxımdan Azərbaycan-Gürcüstan münasibətləri nümunə ola bilər. Enerji təhlükəsizliyi, nəqliyyat, sərmayə, siyasi dialoq və digər sahələrdə əldə edilən uğurlar hər iki dövlətə iqtisadi səmərə gətirib. Eyni zamanda Ermənistan özünü bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində o, tranzit ölkəyə çevrilə bilmədi.
Bu gün Azərbaycandan neft, qaz və yaxud digər yüklərin daşınması Gürcüstan ərazisi ilə gedir və Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Bu, da öz növbəsində Ermənistanın səhvidir. Onlar öz gələcək inkişaflarını səhv hesabladılar və beləliklə, özlərini iqtisadi gələcəklərindən məhrum etdilər.
Xüsusi olaraq qeyd edilib ki, Ermənistan ilə Azərbaycan arasında saziş imzalanarsa, əlbəttə ki, bu, əməkdaşlığın başlanmasından xəbər verə bilər. Dövlətimizin başçısı deyib: "Düşünürəm ki, biz vaxtı itirməli deyilik. Çünki sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir və mən bunu dəfələrlə söyləmişəm".
Bu gün Azərbaycanın Ermənistandan əsas gözləntisi ölkəmizin ərazi bütövlüyü ilə bağlı ölkəmizin ərazi bütövlüyünün təsdiqi, Ermənistan Konstitusiyasında olan iddiaların ləğv edilməsidir. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq.
Prezident İlham Əliyev ADA Universitetindəki çıxışı zamanı bildirib ki, "Lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik". Bu yaxınlarda bununla bağlı təşəbbüslər irəli sürülüb və biz Ermənistanın mövqeyini gözləyirik.
Qeyd edilməlidir ki, Ermənistan və onu xaricdəki havadarları, güclü diasporası ABŞ-dakı seçkilərin nəticələrini səbirsizliklə gözləyirdilər. Ümid edirdilər ki, seçkidə yenidən demokratlar qalib gələcək. Lakin seçkilərdə Donald Trampın prezident seçilməsi onları ciddi şəkildə məyus edərək planlarını alt-üst etdi. Dövlətimizin başçısı vurğulayıb ki, buna baxmayaraq, Ermənistanın siyasi istebleşmenti Azərbaycan mövzusunda olduqca səfərbər vəziyyətdədir. Sadəcə olaraq, burada müəyyən terminlər, müəyyən davranış və taktika fərqlidir. Mahiyyət dəyişmir və biz buna hazır olmalıyıq. Yəni, Ermənistanla sülh müqaviləsi imzalanmayana qədər normallaşma ilə bağlı hələ də yeni siyasi qarşıdurma təhlükəsi davam edəcək.
Bu gün regionda müharibədən sonrakı vəziyyətin inkişafı əsasən Ermənistandan asılıdır. "Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq", - deyən dövlətimizin başçısı əlavə edib ki, biz özümüzü müdafiə etməyə və Ermənistanı belə bir fikrə gəldikdə, onu dərhal cəzalandırmağa hər an hazır olmalıyıq.
Beynəlxalq forumda çıxışı zamanı Prezident İlham Əliyev regionumuz üçün mühüm əhəmiyyət daşıyan qardaş Türkiyə ilə dost İsrail arasında münasibətlərə toxunub. Qeyd edilib ki, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. Bu zaman ölkəmizin fəal rolu bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdırmağa yardımçı olub.
Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik.
İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir.
Prezident, Müzəffər Ali Baş Konabdan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasət beynəlxalq ictimaiyyətin diqqətindədir. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 766   Tarix: 09 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pezeşkian istefa versə, İranda nə dəyişəcək?

İran rəhbərliyində yaşanan daxili gərginlik və Prezident Məsud Pezeşkianın olası istefası ətrafında gəzən şayiələr regional siyasətdə yeni suallar doğurur. Tehrandakı bu siyasi silkələnmənin həm ölkə daxilindəki güc nisbətinə, həm də Cənubi Qafqazdakı processeslərə təsiri diqqətlə izlənilir. Xüsusil

4 avqust
.

Prezidentdən Naim Cahidzadə ilə bağlı iki SƏRƏNCAM

Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikas

4 avqust
.

ABŞ-İran danışıqları niyə nəticəsiz qaldı? - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ və İran arasında diplomatik təmasların bərpası istiqamətində səylər hələlik nəticə verməyib. Reuters-in 12 avqust tarixli məlumatına görə, tərəflər iyunda əldə edilmiş müvəqqəti razılaşmanı yenidən işə salmaq məsələsində ortaq mövqeyə gələ bilməyiblər. Tehran Vaşinqtonun əvvəlki razılaşma üzrə öhdəliklərin

12 avqust
.

Naxçıvanda binalar belə görünəcək - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də "Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı" ilə tanış olublar. "Qafqazinfo"nun məlumatına görə, Baş Plan "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafın

12 avqust
.

İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi

Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. "Qafqazinfo" müsahibəni təqdim edir. Jurnalist: Xoş gördük, cənab Prezident. Əvvəlcə sıx qrafikinizə rəğmən, müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür etmək istərdim. İcazənizlə, suallara keçərdik

11 avqust
.

İran bu bölgədə müharibəyə hazırlaşır? - AÇIQLAMA

İyulun sonlarında İran yük gəmisinə hücum edilməsindən sonra İran Ukraynanın 3 bölgəsini vurmağa hazırlaşıb. Bunu İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi deyib. O bildirib ki, Ukraynanın hücumun səhvən həyata keçirildiyini bildirməsindən sonra cavab addımını dayandırıblar. Bu hadisə İranı

4 avqust
.

Payızda bu ölkə Bakıda səfirlik açacaq

2026-cı ilin payızında Bakıda Estoniya səfirliyi açılacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq Estoniyanın Xarici İşlər Nazirliyindən bildirilib. "Estoniyanın yeni təyin olunmuş səfiri Tiina Nirk hazırda Bakıdadır, Estoniya səfirliyinin açılışı isə payıza planlaşdırılır"

4 avqust
.

Ceyhun Bayramov Kiyevdə

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" hesabında paylaşılıb. Naziri paytaxt Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa qarşılayıb

6 avqust
.

"Müharibənin indiki mərhələsində hava hücumundan müdafiə sistemləri Ukraynanın ən vacib ehtiyaclarından biridir" - BƏHRUZ QULİYEV

"Ukrayna Prezidenti Volodimir Zelenskinin Qərb ölkələrinin ballistik raketlər və hava hücumundan müdafiə sistemlərinin tədarükündə gecikmələrin yaşandığı barədə açıqlaması müharibənin yeni mərhələsinin nə qədər həssas olduğunu göstərir. Bu bəyanat təkcə hərbi çatışmazlıqdan deyil, həm də Qərbi

6 avqust