"Bu gün Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlərin keçirilməsi iki ölkə arasındakı dərin əməkdaşlığın simvoludur" - AÇIQLAMA

"Bu gün Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlərin keçirilməsi iki ölkə arasındakı dərin əməkdaşlığın simvoludur" - AÇIQLAMA"Azərbaycan Ordusunun, onun şəxsi heyəti və hərbi personalının Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir" - bunu Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar parlamentdə jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini dəstəkləyir:

"Azərbaycanın dövlət başçısının dediyi kimi, artıq "bir millət, iki dövlət" yox, "bir millət, üç dövlət"ik. Bundan əlavə, bir millət olmaqla yanaşı, həm də bir orduyuq. Ona görə də Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalı, əməkdaşlığı gücləndirməlidirlər. Bunun üçün birgə hərbi təlimlərin keçirilməsi şərtdir".

"Bu gün Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlərin keçirilməsi iki ölkə arasındakı dərin əməkdaşlığın simvoludur", - bunu Sonxeber.az -a açıqlamasında politoloq Tural İsmayılov deyib:

"Azərbaycan bu gün təkcə siyasi, kültürəl və mənəvi anlamda deyil, həm də hərbi və müdafiə sənayesi sahəsində də Türkiyə ilə əməkdaşlığını yüksək səviyyəyə çatdırıb. Azərbaycanla Türkiyə arasında imzalanan "Şuşa" bəyənnaməsindən sonra münasibətlərimizin həcmi daha da artdı. Bu gün Azərbaycanda səfərdə olan Türkiyə Parlamentinin komitə sədri Hulusi Akar da Azərbaycanla Türkiyənin hərbi potensialından bəhs edib. İki ölkənin çox uğurlu hərbi formatı var. Hansı ki, bu formatda təkcə qarşılıqlı hərbi məsləhətləşmələr aparmırıq, həm də Azərbaycan və Türkiyə birgə təlimlər həyata keçirir. Bu hərbi təlimlər Azərbaycan ordusunun peşəkarlıq imkanlarının daha da artırılmasına xidmət edir. Hər bir halda bu gün Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlərin keçirilməsi iki ölkə arasındakı dərin əməkdaşlığın simvoludur. Azərbaycanın uğurları Türkiyənin, Türkiyənin uğurları isə Azərbaycanın uğurları kimi qəbul edilir. Bu gün müxtəlif yüksək platformalarda Azərbaycanla Türkiyə arasında ən uğurlu əməkdaşlıq metodları mövcuddur. Düşünürəm ki, bütün bunlar digər bir çox dövlətlərə örnəkdir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2642   Tarix: 15 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15 oktyabr
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]

15 oktyabr
.

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i

15 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətləri niyə hədəfə çevrilir?

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında diplomatik əməkdaşlıq deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara söykənən qardaşlıq modelidir. Məhz bu münasibətlərin xüsusi xarakteri Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamları, tanınmı

15 oktyabr
.

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb

15 oktyabr
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr