"Azərbaycan və Gürcüstan yaşıl enerji layihələrinin icrasında birgə addımlar atırlar" - DEPUTAT
"Azərbaycan və Gürcüstanın əsrlər boyu davam edən dostluq və mehriban qonşuluq əlaqələri bu gün də müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etməkdədir" - bunu Sonxeber.az -a açıqlama verən deputat Pərvanə Vəliyeva deyib:
"Gürcüstan Prezidenti ilk xarici səfərini Azərbaycana edib. Səfər çərçivəsində bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirilib. Bu səfər iki dövlət arasında tarixi əlaqələrin davamlılığını və regionun sabitliyinə verdiyi töhfələri bir daha nümayiş etdirir. Azərbaycan və Gürcüstanın əsrlər boyu davam edən dostluq və mehriban qonşuluq əlaqələri bu gün də müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etməkdədir. Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığı təkcə ikitərəfli deyil, həm də qlobal miqyasda xüsusi əhəmiyyət daşıyır. Belə ki, Bakı-Tbilisi Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bakı-Tbilisi Qars dəmir yolu Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.
Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında bu dövlətlərin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları vacib rol oynayır. İkitərəfli əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. BMT, ATƏT, GUAM kimi bir sıra beynəlxalq platformalarda ölkələrimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və bir-birinə dəstək nümayiş etdirirlər. Azərbaycan 11 ölkəyə Gürcüstan tranzit vasitəsilə təbii qaz ixrac edir və bu sayın artacağı gözlənilir. Bu əməkdaşlıq Gürcüstanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bundan əlavə, iki ölkə yaşıl enerji layihələrinin də icrasında birgə addımlar atırlar. Xüsusilə bərpa olunan enerji mənbələri üzərində işlər, hər iki hökumətin məsuliyyətini və gələcək inkişaf perspektivlərini ortaya qoyur.
Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq regionda sabitlik, inkişaf və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayır. İki dövlət arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam edir".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO
Daha bir ali təhsil ocağının fəaliyyəti DAYANDIRILIR - AÇIQLAMA
Bu şəxslərin hərbi xidmətinə MÖHLƏT VERİLMƏYƏCƏK - AÇIQLAMA
Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət
AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - FOTO
Cövdət aktrisa xanımı ilə - Foto
"Süni intellekt vasitəsilə hazırlanmış musiqi heç vaxt bəstəkarın yaratdığı musiqinin yerini verə bilməz" - Faiq Sücəddinov
II qrupda bu universitetlər təhsil haqlarını artırdı (TAM SİYAHI)
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ - VİDEO
Valideynlərə XƏBƏRDARLIQ: Bu məhsulların qiyməti BAHALAŞDI
Magistratura karyerada üstünlük yaradır, yoxsa sadəcə diplom sayını artırır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Eyni supermarket, fərqli qiymət: Bu nə dərəcədə düzgündür? - İQTİSADÇIDAN AÇIQLAMA
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
Mədəni irsimizə HÖRMƏTSİZLİK: Turizm imicinə mənfi təsir göstərə bilər