"Biz köhnə sovet məkanında separatizmə qalib gəlmiş və öz ərazi bütövlüyün bərpa etmiş xalqıq" - ARAŞDIRMA

"Biz köhnə sovet məkanında separatizmə qalib gəlmiş və öz ərazi bütövlüyün bərpa etmiş xalqıq" - ARAŞDIRMA"Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə, milli tarixi kimliyinin formalaşması müddətində çox böyük mədəni, tarixi irs yaratmış və dünyaya dayanıqlı dövlət bəxş etmiş qədim, ulu bir xalqdır. Davamlı şəkildə, istər Azərbaycanın işğal olduğu dövrdə, istərsə də sovet dövründə bizim qədim, tarixi ənənələrə malik olmadığımız, sanki XX əsrdə formalaşmış olduğumuz, həm adımızı, həm də əlifbamızı dəyişmək hesabına tarixi yaddaşımızı unutdurmağa çalışmışdılar. Lakin, Azərbaycan xalqı bu müddət ərzində apardığı mübarizə və bir əsrdə iki dövlət qurma qabliyyəti ilə birgə sübut etmişdir ki, bu xalq qədim dövlətçilik və tarixi ənənələrə malik olan bir xalqdır. Bunun nəticəsində də, biz indi öz ərazisini tam azad etmiş, suverənliyinə nail olmuş, şərqdə qadınlara ilk seçki hüquq vermiş xalq kimi öz dövlətçilik ənənələrimizi davam etdiririk".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Məmmədli danışıb.

"Biz köhnə sovet məkanında separatizmə qalib gəlmiş və öz ərazi bütövlüyün bərpa etmiş xalqıq" - ARAŞDIRMAO, açıqlamasında qeyd edib ki, biz köhnə sovet məkanında separatizmə qalib gəlmiş və öz ərazi bütövlüyün bərpa etmiş xalq kimi bir daha tarixi ənənələrə sadiqliyimizi nümayiş etdirmişik:

"Ulu öndəirimiz, Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu və Cənab Prezident İlham Əliyevin inamla, regionda aparıcı söz sahibi olan bir ölkə kimi inkişafı davam edir. Biz köhnə sovet məkanında separatizmə qalib gəlmiş və öz ərazi bütövlüyün bərpa etmiş xalq kimi bir daha tarixi ənənələrə sadiqliyimizi nümayiş etdirmişik. Amma bununla yanaşı xalqımızın həm islamdan öncəki, həm də islam mədəniyyəti müddətində böyük sənət əsərləri, tarixi və ədəbiyyat əsərləri formalaşıb. Bu istiqamətdə də təbliğatımızı davamlı şəkildə qurmalıyıq ki, sözügedən əsərlər dünyaya tanıdılsın. İslamdan öncəki mədəniyyətimiz geniş təbliğ olunmalıdır, islam mədəniyyəti dövründə isə Azərbaycanın hələ də kəşf olunmamış, hələ də tarixin rəflərində üzəri tozla örtülmüş sənət əsərlərimizi biz dünya ictimaətinin nəzərinə çatdırmalıyıq. Xüsusən, dünyanın mərkəzlərindəki kitabxanalarında bizim neçə-neçə tarixi mənbələrimiz aşkar olunub və aşkar olunmaqda davam edir. Model sənət əsərlərimiz dünyaya geniş nümayiş etdirilməlidir. Burada turizmin inkişafının mühüm rolu vardır. Bu istiqamətdə həm sözügedən mədəniyyətin daşıyıcıları kimi dünyanın nüfuzlu ali təhsil müəssisələrində, elmi araşdırmalarda uğur qazanmış gənclərimiz vasitəsi ilə təbliğ etməliyik. Diplomatik missiyalarımız, davamlı mədəniyyət səfərləri hesabına biz bu prosesi təbliğ edib və dünya ictimaətinə bir daha necə qədim, necə böyük bir mədəniyyətin daşıyıcısı olduğumuzu sübut etməliyik".

Politoloq Tural İsmayılov saytımıza açıqlamasında qeyd edib ki, SSRİ dağıldıqdan sonra ölkəmizin milli adət-ənənələri də daxil olmaq üzrə, elm və mədəniyyətimizin təbliğatı istiqamətində heç bir iş görülə bilmirdi :

"Biz köhnə sovet məkanında separatizmə qalib gəlmiş və öz ərazi bütövlüyün bərpa etmiş xalqıq" - ARAŞDIRMA"Bu gün Azərbaycan öz dövlətçilik modeli ilə bir çox dünya dövlətlərinə örnək olan mənzərəni formalaşdırır. Bütövlükdə Azərbaycan Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra dünya tarixinə yön verən çox böyük dəyişikliklərin avanqardı oldu. Öncəliklə nəzərə almalıyıq ki, SSRİ dağıldıqdan sonra ölkəmizin milli adət-ənənələri də daxil olmaq üzrə, elm və mədəniyyətimizin təbliğatı istiqamətində heç bir iş görülə bilmirdi. Çünki, 90-cı illərin əvvəllərində böyük bir xaos və ictimai-siyasi qara qışqırıq ölkə gündəminin trendinə çevrilmişdir".

Politoloq onu da vurğuladı ki, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda dövlətçilik tarixinin, milli dəyərlərin təbliği sahəsində böyük işlər görüldü:

"Ölkədə sosial-iqtisadi inkişaf və dövlətçilik təməllərinin möhkəmləndirilməsi ilə paralel kontekstdə milli vətənpərvərlik ruhu, eyni zamanda ənənələrimiz, dövlətçilik kultumuzun ideoloji və fəlsəfi əsasları ilə bağlı çox geniş , düzgün maarifləndirmə işləri aparıldı. Məhz, bu milli təbliğatın nəticəsidir ki, böyük bir vətənpərvərlik kültürü formalaşdı. İctimai şüurumzda xalqın dövlətçilik, vətənpərvərliyə sıx bağları daha da inkişaf etmiş oldu ki, biz bunun nəticəsini 44 günlük Vətən müharibəsində gördük. Azərbaycan xalqı öz Ali Baş Komandanın ətrafında bir yumuruq oldu və torpaqlarımızı işğaldan azad etdik. Daha sonra antiterror əməliyyatları ilə Xankəndi və ətrafındakı separatçılıq təhlükəsini də tamamilə aradan qaldırmış olduq. Bütün bunların hər biri ölkənin güclü siyətinin, ordu quruculuğunun nəticəsi ilə yanaşı, ölkədə aparılan maarifləndirmənin, dövlətçilik tariximiz və mədəniyyətimizin təbliği sahəsində uzaqgörən siyasətin məntiqi nəticələri idi".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" mövzusuna uyğun olaraq dərc edilir.
"Biz köhnə sovet məkanında separatizmə qalib gəlmiş və öz ərazi bütövlüyün bərpa etmiş xalqıq" - ARAŞDIRMA


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2853   Tarix: 18 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15 oktyabr
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]

15 oktyabr
.

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i

15 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətləri niyə hədəfə çevrilir?

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında diplomatik əməkdaşlıq deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara söykənən qardaşlıq modelidir. Məhz bu münasibətlərin xüsusi xarakteri Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamları, tanınmı

15 oktyabr
.

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb

15 oktyabr
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr