"Öz milli dəyərlərimizi, dövlətçilik ənənələrimizi dünyada uğurla təmsil edirik" - DEPUTAT

"Öz milli dəyərlərimizi, dövlətçilik ənənələrimizi dünyada uğurla təmsil edirik" - DEPUTAT"Azərbaycan çox dərin tarixi köklərə, milli adət-ənənlərə malik bir diyardır. Bizim tariximiz çox qədimlərə söykənir. Tarixin sınaqları, ağrılı, acılı çətinlikləri ilə üz-üzə qalsaq da, hər zaman həmin sınaqlardan üzüağ, alnıaçıq çıxmışıq. Öz milli-mənəvi dəyərlərimizi, tariximizə bağlılığımızı qoruyub saxlamışıq və həmin ənənələr uzun zamanlardan bu günlərə qədər gəlib çatıb. Bugünkü nəsil də sözügedən dəyərləri qoruyub saxlayaraq inkişaf etdirməkdədir. Azərbaycan neçə dövlətçilik mərhələsini, imperiyaların, xanlıqların və SSRİ-nin tərkibdə olsa da, zaman-zaman öz millətçilik ideyalarına sadiq qalmış və onu qurmağa çalışmışdır. 1918-ci ildə şərqdə ilk demokratik cümhuriyyəti quran azərbaycanlılardır. Artıq 1991-ci ildən müstəqilliyimizi bərpa edərək, onu dəyərlərimiz üzərində inkişaf etdirmişik və bu mənada Ulu öndər Heydər Əliyev az qala yoxdan var düzəldərək, yeni bir müstəqil Azərbaycanın əsasını qoymuşdur. Hər bir xalqın tarixinə, ənənələrinə baxdıqda onun yadigar qoyduğu abidələr, yazılı, şifahi xalq ədəbiyyatı, müasir çağdaş, dünyada baş verən hadisələrə çox dəqiq analiz edən yazarları, mədəniyyət xadimləri, siyasətçiləri zaman-zaman yetişmiş və hətta dünya səviyyəsinə də çıxmışdır. Nizamidən, Füzulidən, Nəsimidən, Şəhriyardan, Bəxtiyardan bu yana Azərbaycan ədəbiyyatında elə görkəmli şəxslər olmuşdur ki, onların hətta, yazıb-yaratdıqları bu gündə bütün dünya üçün öz aktuallığını qoruyub saxlayır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb.

O, açıqlamasında qeyd edib ki, bu gün Heydər Əliyev Fonudunun xətti ilə işğaldan azad etdiyimiz Qarabağ və Şərqi Zəngəzurda çox önəmli tarixi abidələrimiz bərpa olunur və yenidən canlanır:

"Təbii olaraq müasir Azərbaycanda bu dəyərlərə hörmət, multikultural dəyərlər, tolerantlıq duyğuları xalqımızın kökündən gəlir. Prezidenti Cənab İlham Əliyev Müstəqil Azərbaycanı qlobal dünyada həm güclü dövlət, həm tolerant, həm də multikurtular həyat tərzi yaşayan bir xalq kimi bütün dünyada şərəf və qürurla təmsil edir. Təbii ki, bu kontekstdən yanaşsaq müasir dövrümüzün gəncləri də həmin dəyərləri yaşatmalı, qoruyub saxlamalı və gələcək nəsillərə əmanət kimi ötürməlidilər. Azərbaycan gənci öz milli-mənəvi dəyərlərinə olan sadiqliyini, vətənpərvərliyini, azərbaycançılıq məfkurəsinin daşıcısı olduğunu 2020-ci ildə, "Vətən müharibəsi"ndə bütün dünyaya göstərdi. Bir günlük antiterror tədbirləri ilə suverənliyimizin tam bərpa edilməsində əvəzsiz rol oynadılar. Erməni vandalları yerlə yeksan etdiyi Azərbaycanın tarixi abidələri, ekologiyası, şəhərsalma mədəniyyəti, ona məxsus bir çox vacib abidələri tamamilə dağıtmışdır. Müasir Azərbaycan bu gün dünyaya bir çox dəyərləri təbliğ edir. Biz həmin tarixi abidələri yenidən bərpa edir, qurur, yeni kəndlər və şəhərlər salırıq. Öz milli dəyərlərimizi, dövlətçilik ənənələrimizi dünyada uğurla təmsil edirik. Təbii olaraq öz tarixinə, dövlətçilik ənənələrinə, elmə, çağdaş dəyərlərə malik azərbaycanlı gələcək dünyamızın təlatümlü dövrlərində də, bu dəyərlərə sadiqliyi ilə ondan qürurla çıxacaq. Çünki, bu dəyərlərə sadiq xalq heç vaxt yer üzündən silinə bilməz. Bu gün Müasir Azərbaycan bunu bütün vasitələrlə sübut etmişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu da Azərbaycan mədəniyyətində, onun tarixinin dünyaya tanıdılmasında əvəzsiz rol oynayır. Bu gün Heydər Əliyev Fonudunun xətti ilə işğaldan azad etdiyimiz Qarabağ və Şərqi Zəngəzurda çox önəmli tarixi abidələrimiz bərpa olunur və yenidən canlanır".

Deputat onu da vurğuladı ki, bütün bunlar həm də ölkə rəhbərliyinin mədəniyyətə tarixə, milli dəyərlərə olan diqqətinin və qayğısının bariz nümunəsidir:

"Müasir Azərbaycan həmin o, dəyərlər üzərində dünyanın yeni çağrışlarına cavab verən, ölkənin qurulması, inkişaf etdirilməsi və gələcək nəsillərə çağdaş, müasir, inkişaf edən Azərbaycan dövlətinin əmanət kimi çatdırılmasını özünün bir nömrəli vəzifəsi sayır. Düşünürük ki, xalqımız da o dəyərləri yaşadaraq, inkişaf etdirərək gələcək dünyanın tələblərinə uyğun, keyfiyyətcə yeni formada inkişaf etdirərək müasir, inkişaf edən Azərbaycanımızın vətəndaşı olaraq həmişə qürur duyacaq".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" mövzusuna uyğun olaraq dərc edilir.

"Öz milli dəyərlərimizi, dövlətçilik ənənələrimizi dünyada uğurla təmsil edirik" - DEPUTAT


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1491   Tarix: 21 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15 oktyabr
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]

15 oktyabr
.

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i

15 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətləri niyə hədəfə çevrilir?

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında diplomatik əməkdaşlıq deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara söykənən qardaşlıq modelidir. Məhz bu münasibətlərin xüsusi xarakteri Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamları, tanınmı

15 oktyabr
.

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb

15 oktyabr
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr