"Avant Group" rəhbəri Əli Hüseynov haqqında cinayət işi başlanır?
Bakı şəhəri Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 241 ünvanında ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb.
XALQ.AZ xəbər verir ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində qanunsuz ağackəsmə faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Ağacların "Avant Group" MTK tərəfindən kəsildiyi və təbiətə 100 min manatdan çox ziyan vurulduğu müəyyən olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli və külli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər və prokurorluq orqanlarına göndərilib.
Qeyd edək ki, Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə "Azon Zavod"un ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan "Avant Group" MTK tərəfindən kəsildiyi və təbiətə 117 060 manat məbləğində ziyan vurulduğu bildirilmişdi.
Faktla bağlı akt tərtib edildiyi, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materialların Baş Prokurorluğa göndəriləcəyi açıqlanmışdı.
Qeyd edək ki, "Avant Group"un rəhbəri Əli Hüseynov ölkədən valyuta çıxarması ilə bağlı məhkəməsi keçirilmişdir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1592 Tarix: 22 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məhərrəm ayı başlayır
"Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək". "Qafqazinfo" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin müraciətində bildirilib. "Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziy
11 iyunTuran klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?
Bakı şəhərində fəaliyyət göstərən "Turan" klinikası ilə bağlı ciddi iddialar ortaya çıxıb. XALQ-ın məlumata görə, klinikada çalışan bəzi həkimlərin müvafiq dövlət sertifikasiyasından keçmədiyi, onların bir qisminin isə 65 yaşdan yuxarı olduğu iddia olunur. Bu iddialar səhiyyə sistemində kad
11 iyun"BANM-da 24 ölkədən 200 əcnəbi tələbə təhsil alır" - Elmar Qasımov
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) tədris olunan ixtisaslar qısa müddətdə xarici ölkələrdən olan gənclərin də böyük marağına səbəb olub. xəbər verir ki, bunu ali məktəbin rektoru Elmar Qasımov bildirib. Onun sözlərinə görə, hazırda BANM-da 24 ölkədən 200 əcnəb
11 iyunGamar Babayeva müştəriləri necə aldadır?
Müğənni Sevda Sanəliyeva üz prosedurları ilə bağlı müraciət etdiyi kosmetoloqun qiymət siyasətindən narazı qaldığını açıqlayıb. XALQ xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək izləyicilərini diqqətli olmağa çağırıb. Sevda Sanəliyevanın sözlərinə görə, eyni prosedu
11 iyunGəmiyə hücumda həlak olan Fuad Orucov Xaçmazda dəfn edildi (FOTO)
Azov dənizində yük gəmilərinə dron hücumunda həlak olmuş Azərbaycan vətəndaşı, gəmi kapitanı Fuad Orucov dəfn edilib. APA-nın Şimal bürosunun məlumatına görə, Fuad Orucovun nəşi doğulduğu Xaçmaz rayonuna gətirilib. Mərhumla əvvəlcə yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra Fuad Orucov doğulduğ
11 iyunBakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər
Vüqar Bayramov: Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər. Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər. xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. O qeyd edib ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dai
11 iyunRayonlara leysan yağır - FAKTİKİ HAVA
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 12-si saat 11:00-a olan məlumatında qeyd edilib. Düşən yağıntının miqdarı Kişçayda (Şəki) 27, Şahdağd
12 iyun"Space TV"də işə başladı
Aparıcı Vüsalə Səid "Space TV"də işə başlayıb. Axşam.az xəbər verir ki, aparıcı kanalın xəbərlər buraxılışını təqdim edəcək. Bu barədə Vüsalə sosial media hesabında özü paylaşım edib. Qeyd edək ki, V.Səid Lider TV, İctimai TV, AZTV kimi kanallarda çalışıb
11 iyunBakcell "Signature Gala Night" tədbirinin tərəfdaşı olub
Bakcell mədəniyyət və incəsənətin inkişafına yönəlmiş təşəbbüslərə dəstəyini davam etdirir. Şirkət dünya klassik musiqisinin seçilmiş nümunələrini bir araya gətirən "Signature Gala Night" tədbirinə tərəfdaşlıq edib. Tədbirdə ispan səhnəsinin tanınmış ifaçısı Angeles Toledano, məşhur "Th
11 iyun