"BANM-da 24 ölkədən 200 əcnəbi tələbə təhsil alır" - Elmar Qasımov
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) tədris olunan ixtisaslar qısa müddətdə xarici ölkələrdən olan gənclərin də böyük marağına səbəb olub.
Sonxeber.az xəbər verir ki, bunu ali məktəbin rektoru Elmar Qasımov bildirib.
Onun sözlərinə görə, hazırda BANM-da 24 ölkədən 200 əcnəbi tələbə təhsil alır: "Onlar Özbəkistan, Konqo, Rusiya, Gürcüstan, Somali, Türkiyə, Banqladeş, Qazaxıstan, Hindistan, Pakistan, Çin, Türkmənistan, Yəmən, İraq, Burundi, Çad, Şri-Lanka, Toqo, Qırğızıstan, Sudan, Tanzaniya, Kot-d'İvuar, Müqəddəs Lusiya və Misiri təmsil edirlər".
"BANM ildən-ilə beynəlxalq tələbələrin seçim etdiyi və xarici gəncləri özünə cəlb edən nüfuzlu ali təhsil müəssisəsinə çevrilir, yalnız yüksək keyfiyyətli mühəndis və mütəxəssis hazırlığı ilə deyil, eyni zamanda multikultural və beynəlxalq tələbə mühitinin formalaşdırılması ilə də fərqlənir. Xarici tələbələr universitetin akademik və ictimai həyatında fəal iştirak edir, müxtəlif mədəniyyətlərin qarşılıqlı inteqrasiyasına töhfə verirlər", - deyə rektor əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 365 Tarix: 11 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 35° isti olacaq
Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal
16 sentyabrADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."
Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö
17 sentyabrMakiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya
16 sentyabrTələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə
16 sentyabrÖtən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord
Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"
16 sentyabr