Avtomobil dağıntılar altında qaldı: ata və iki övladı həyatını itirdi - VİDEO
Samsunda dağdan qopan torpaq və qaya parçaları yanacaqdoldurma məntəqəsinin avtoyuma hissəsinə düşüb. Burada bir avtomobil dağıntılar altında qalıb.
Sonxeber.az türk mediyasına istinadən xəbər verir ki, hadisə saat 23:20 radələrində Canik rayonu Toptəpə məhəlləsində Lovelet Ticarət Mərkəzinin yanındakı yanacaqdoldurma məntəqəsində baş verib.
Xəbərdarlıqdan sonra hadisə yerinə çoxlu axtarış-xilasetmə və tibbi qruplar göndərilib. Görülən işlər nəticəsində ana Çiğdem Kaya xəsarətlərlə dağıntılar altından çıxarılaraq xəstəxanaya aparılıb.
Avtomobilə edilən baxışda ata Adəm Qayanın (36) uşaqları Açelya (5) və Alya Kayanın (7) həyatını itirdiyi müəyyən edilib. Cansız cəsədlər avtomobildən çıxarılaraq Samsun Ədli Tibb Qrup Başçılığına göndərilib.
Ata və iki övladının həyatını itirdiyi torpaq sürüşməsinin videosunda ailənin avtomobilinin üzərinə böyük torpaq və daş yığınının düşdüyü anlar görünür.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2725 Tarix: 28 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrToya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
3 oktyabr