Bakıda ofisant xanıma görə dava düşdü - Qısqanclığa görə...
Bakıda ofisant xanımı qısqanan müştərilər arasında dava düşüb.
Qaynarinfo-nun məlumatına görə, hadisə Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında yerləşən "Beer Coin Pub" adlı restoranda baş verib.
Bir ildir 8-ci kilometr bazarında meyvə satışı ilə məşğul olan 1996-cı il təvvəllüdlü Muxtar T. "Beer Coin Pub" adlı restoranda 6 bakal pivə içib. Muxtarın restoranda ona xidmət göstərən C.D. adlı ofisant xanımdan xoşu gəlməyə başlayıb.
Həmin vaxt restoranda müştəri qismində yeyib-içən Samir adlı şəxs isə ofisantla söhbət etməyə başlayıb. Muxtar xanımı qısqandığından Samirə zor tətbiq edərək, bir neçə dəfə yumruqla sifət nahiyəsinə vurub. Hadisədən sonra saxlanılan Muxtar barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs cinayət əməlinin törədilməsində təqsirli bilinib və 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Qeyd edək ki, "Beer Coin Pub"da tez-tez dava düşməsilə bağlı məlumatlar yayılır. Ötən il "Beer Coin Pub"ın icarədarı Mehriban adlı qadının 1992-ci ildə Bakı şəhərində anadan olmuş Rəşad İsmayılov (şərti) tərəfindən döyülməsi ilə də bağlı məlumat vermişdik.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1371 Tarix: 28 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrToya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
3 oktyabr