Qadın polis paltarı geyinərək keçmiş sevgilisinin arvadını qaçırmağa cəhd etdi
ABŞ-ın Florida ştatında 52 yaşlı qadın keçmiş sevgilisinin arvadını qaçırmaq üçün özünü polis məmuru kimi təqdim edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, saxta şəxsiyyət vəsiqəsi ilə otelə gedən Latrance Battle adlı qadın Türkiyə vətəndaşı olduğu ehtimal edilən zərərçəkmişi aldada bilib.
Belə ki, Battle qadına rəsmi iş üçün burada olduğunu söyləyib. Otel işçisi olan və ABŞ vətəndaşlığı üçün müraciət prosesində olduğu bildirilən qadın, ondan rəsmi formada edilən tələbləri şübhə duymadan yerinə yetirib. Battle qadına "Səninlə şəhər mərkəzinə getməliyik" deyib və onun maşınına mindirə bilib.
Battle maşından ərinə zəng etmək istəyən qadının telefonunu əlindən alıb və "Zənglərinizi polis bölməsində edə bilərsiniz" deyib. Lakin onlar polis idarəsi əvəzinə Panama Siti-Biçdəki yaşayış kompleksinə gələndə qadın vəziyyəti anlayıb.
Hadisə nəticəsində Battle özünü polis məmuru kimi təqdim etmək, adam oğurluğu və soyğunçuluq ittihamları ilə həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1750 Tarix: 30 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrToya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
3 oktyabr