Kameralara düşən vəhşilik: Qadın gündüz vaxtı küçədə döyüldü - VİDEO
İstanbulun Avcılar rayonunda qadına qarşı baş verən şiddət hadisəsi bir daha cəmiyyətin diqqətini bu problemə yönəltdi. Hadisə Ispartakule Tahtakale məhəlləsində, Ispartakule küçəsində baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, avtomobildən düşən bir qadın, küçənin ortasında iki kişi tərəfindən vəhşicəsinə döyülüb.
Şahidlərin sözlərinə görə, qadının yanında olan və onun dostu olduğu güman edilən başqa bir qadın müdaxilə etməyə çalışsa da, bu cəhd nəticəsiz qalıb. Şiddətə məruz qalan qadın aldığı yumruq və sillələrdən sonra yerə yıxılıb, daha sonra başqa bir kişi onun saçından tutaraq yerdə sürüyüb.
Hadisə ətraf sakinlərinin mobil telefon kamerası ilə qeydə alınıb. Görüntülərdə qadının yardım çağırdığı, lakin yoldan keçənlərin müdaxilə etməkdən çəkinməsi də əks olunur.
Hadisəyə müdaxilə etməyə çalışan bir avtomobil sürücüsü, şiddət tətbiq edən şəxslərdən birinin hədəsi ilə qarşılaşıb və hadisə yerindən uzaqlaşıb.
Daha dəhşətlisi odur ki, qadın bir müddət sonra onu döyən kişi və digər iki nəfərlə birlikdə avtomobilə minib və hadisə yerindən uzaqlaşıb.
Bu hadisə bir daha qadına qarşı zorakılıqla mübarizədə hüquq-mühafizə orqanlarının, cəmiyyətin və medianın üzərinə düşən məsuliyyəti xatırladır. Cəzasızlıq mühiti və ictimai laqeydlik bu kimi halların qarşısını almaqda ciddi maneəyə çevrilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 3450 Tarix: 02 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrToya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
3 oktyabr