Ətraflı dindirilmə zamanı cinayəti etiraf etdi: Cəsədi çay kənarına atmışdı
Giresunun Doğankent rayonunda 42 yaşlı Yusuf Alimin yoxa çıxması ilə bağlı başlanan axtarışlar sonda qətllə nəticələnən bir cinayəti üzə çıxarıb. Məlum olub ki, Alim əvvəllər oğurluq cinayətindən məhkum olunmuş A.Nuri tərəfindən qətlə yetirilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Yusuf Alimin gecə saat 01:00 radələrində evindən çıxaraq bir daha geri dönməməsi ilə başlayıb. Ailəsinin müraciətindən sonra Doğankent Rayon Polis Şöbəsinin koordinasiyası ilə istintaq-əməliyyat tədbirləri çərçivəsində müxtəlif sahələr üzrə ixtisaslaşmış polis qrupları — İstintaq, Cinayət Axtarışı, Narkotiklərlə Mübarizə və Kəşfiyyat bölmələri tərəfindən genişmiqyaslı axtarışa başlanılıb.
Araşdırmalar zamanı Plaka Tanıma Sistemi (PTS) qeydləri və telefon danışıqları təhlil edilib. Əldə olunan məlumatlara əsasən, Alimin modeli müəyyən edilməmiş bir avtomobilə minərək Tirebolu istiqamətinə doğru hərəkət etdiyi məlum olub. İstintaq nəticəsində 46 yaşlı A.Nuriyə məxsus, dövlət qeydiyyat nişanı 28-TA-023 olan avtomobil diqqət mərkəzinə düşüb. Həmin gecə A.Nurinin Yusuf Alimlə telefon əlaqəsi saxladığı da müəyyən edilib.
A.Nuri saxlanılaraq istintaqa cəlb edilib və dindirilmə zamanı cinayəti etiraf edib. Bildirib ki, Alimi odlu silahla qətlə yetirib və cinayətdə istifadə olunan silahı Harşit çayına atıb. Polis idarəsindəki ilkin ifadəsindən sonra məhkəməyə çıxarılan A.Nuri barəsində həbs qətimkan tədbiri seçilərək Espiye L Tipli Cəzaçəkmə Müəssisəsinə göndərilib.
Qeyd edək ki, silahla vurularaq öldürülən Yusuf Alimin daha əvvəl sələmçilik, A.Nurinin isə oğurluq cinayətləri ilə bağlı hüquq-mühafizə orqanlarında qeydiyyatlarının olduğu məlum olub.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2538 Tarix: 02 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrToya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
3 oktyabr