Elektrik vurması nəticəsində xəsarət alan 22 yaşlı gənc həyatını itirdi
Türkiyənin Denizli şəhərində evdən əşyaların çıxarılması üçün quraşdırılan yük liftinin elektrik naqillərinə toxunması nəticəsində 22 yaşlı Batuhan Koçan elektrik vurması səbəbilə ağır xəsarət alıb və daha sonra həyatını itirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Pamukkale rayonunun Bağbaşı məhəlləsində baş verib. Əldə edilən məlumata görə, köç prosesi həyata keçirilən mənzilin əşyalarının daşınması üçün binanın kənarına yük lift sistemi quraşdırılıb. Əşyaların daşınması zamanı liftin metal hissəsi yoldan keçən elektrik naqillərinə toxunub.
Bu zaman yaxınlıqda olan Batuhan Koçan elektrik vurması nəticəsində ağır xəsarət alıb. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım briqadası tərəfindən dərhal xəstəxanaya aparılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Batuhan Koçanın cansız bədəni müayinə üçün Adli Tibb Qurumu Denizli Qrup Sədrliyinin morquna təhvil verilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1231 Tarix: 22 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çimərlikdə hicablı ana və qızına qarşı təhqir: "Rədd olun, gedin" - VİDEO
Seferihisardakı qalmaqallı çimərlik hadisəsi ilə bağlı 1 nəfər saxlanıldı. Türkiyənin İzmir vilayətinin Seferihisar rayonunda hicablı ana və qızına qarşı edilən təhqirlərlə gündəmə gələn hadisə ilə bağlı yeni inkişaf yaşanıb. bu barədə xarici mediaya istinadla xəbər verir. Türkiyə Ədliyyə Nazirliyini
6 iyulCinsi istismara məruz qalan gənc qızın zorla qaçırıldığı iddia edilir
Türkiyənin İstanbul şəhərində cinsi istismar işi üzrə məhkəmə prosesi davam edən hadisə ilə bağlı yeni iddialar ortaya çıxıb. xarici mediaya istinadla xəbər verir ki, təqsirləndirilən R.H.U. qərar iclasına iki ay qalmış zərərçəkmiş E.Ö.-nü zorla avtomobilə mindirərək Antalyaya aparıb. Məlumata görə
7 iyulŞirniyyat dükanına silahlı hücum edən yeniyetmələr həbs olunub - VİDEO
Türkiyənin Adana şəhərində ötən il iki dəfə silahlı hücuma məruz qalan şirniyyat dükanı bir neçə gün əvvəl yenidən atəşə tutulub. Polis araşdırması nəticəsində hücumu həyata keçirənlərin 15 və 16 yaşlı yeniyetmələr olduğu müəyyən edilib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Seyhan rayonund
7 iyulSərhəd Keçid Məntəqəsində 2 vaşaq və 2 serval pişiyi ələ keçirilib
Türkiyənin Ədirnə vilayətində yerləşən Hamzabəyli Sərhəd Keçid Məntəqəsində aparılan yoxlamalar zamanı xarici nömrə nişanlı avtomobildə qanunsuz daşınan 2 vaşaq və 2 serval pişiyi aşkarlanaraq mühafizəyə götürülüb. Bu barədə xarici mediaya istinadla xəbər verir. Türkiyənin Təbiətin Mühafizəsi və Mill
7 iyulMəşhur fenomen cütlük silahlı hücum nəticəsində yataqlarında öldürülüb
Kosta Rikanın La Kruz bölgəsində tanınmış sosial media fenomeni, 28 yaşlı Gabriela Sanarrusia Çavarria və 30 yaşlı sevgilisi Xorxe İsaak Agüero Korea yaşadıqları evdə silahlı hücumun qurbanı olublar. xarici mediaya istinadla xəbər verir ki, gecə saatlarında kimliyi hələ müəyyənləşdirilməyən silahlı şəxslə
8 iyulÖlkəni yasa boğan hadisə! 21 yaşlı vəkil faciəvi şəkildə öldü
Türkiyənin Mersin vilayətinin Erdemli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi 21 yaşlı vəkil Tuğçe Şenin həyatına son qoyub. xarici mediaya istinadla xəbər verir ki, hadisə D-400 magistral yolunda qeydə alınıb. Məlumata görə, yolu keçmək istəyən Tuğçe Şeni Uğur D.-nin idarə etdiyi avtomobil vurub
6 iyulXƏBƏRDARLIQ! Hava YENİDƏN PİSLƏŞƏCƏK: Leysan və sel...
İyulun 4-5-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 6-dan 8-i gündüzədək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı
4 iyul